Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərin ən güclü silahı
Kişilərin ən güclü silahı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2880
Səs ver:
Deyirlər ki qadınların ən güclü silahı göz yaşları və gözəlliyidir.
Bəs tapın göprək kişilərin ən güclü silahı nədir?
Səmimiyyət və nəzakət.Bu silah deyil deyənlər-bu qadın kişi münasibətində ən güclü silahdır.Qadının kişidən gözlədiyi hər şey bu bir tək sözdə ifadə olunub.
İnanın ki,hər bir qadın kişinin ona palto verməsinə,hündür pilləkəndən düşərkən əlindən tutmasına, avtobusa minərkən kömək etməsinə, avtomobilin qapısını açmasına, qadını özündən irəli buraxmasına diqqət edir.
Qadınlar belə məsələlərdə çox həssasdır.Hətta heç bir münasibətiniz olmasa da kişinin nəzakətli hərəkətləri qadına çox xoş olur.Hər bir qadın özünü aparmağı bacaran kişiyə üstünlük verəcək.
Özünə inam. Qadına iradəsiz və həddindən yumşaq kişilər xoş gəlmir.Düşünsəniz ki Rişard Gir və ya Jan Pol Belmandonu xoşlayan qadınlar onlarda axı nə görüb?Onlar axı gözəl deyil...amma özünə necə də inamlıdırlar.Onların hətta gəzişi belə kənardan xoş təsir bağışlayır.Əsl qadın isə sırtıqlıqla özünə inamı seçməyi bacarır.
Nəzakətli və inamlı olan kişilər öz hisslərini məharətlə,həssaslıqla və başlıcası israrla göstərməyi bacarır.Qadınlar qərarsız kişiləri sevmir,cəsarətli olanlar isə hətta şəhərləri belə fəth edə bilirlər.Qadın nə qədər gözəldirsə kişi o qədər qərarlı olmağı bacarmalıdır.
Yaraşıqlı xarici görünüş.Fikir versəniz bəzən qadınlar şirin gözəl kişilərdən yan keçib adi bir kişiyə valeh ola bilirlər.Qadının xarici görünüşündə gözəl üz quruluşu,fiqura və cazibədarlıq üstünlük təşkil etdiyi qədər kişidə bunu yalniz bir şey əvəz edə bilər...Ətri,qoxusu
Hə təəccüblənməyin.Qoxunun bəxş etdiyi cazibədarlığa qarşı durmaq çətindir.Hətta qədimlərdə də həyat yoldaşını seçmək zamanı burun başlıca rol oynayıb.İndi də qadınlar bəzən özləri də bilmədən patnyorlarını qoxusuna görə seçirlər.
Qadın üçün yaxşı qulluq edilmiş kişi bədənin ətri,yeni ütülənmiş köynəyin ətri və gözəl parfumun birləşərək yaratdığı ətirdən cazibədar heç nə ola bilməz.Acığı gələn isə 3 gün təraş edilməmiş sifət, alkoqol qoxusu,nikotin üstəgəl çirkli paltarın qoxusu,çirkli dırnaqlar...
Danışıq qabiliyyəti.Qadına öz hisslərini çatdıra bilən kişilər nə xoşbəxtdir.Kişi qadına heyranlığını bildirəndə bu hər bir qadının xoşuna gəlir.Göstərin ki o necə unikaldır,yeganədir,müqayisə olunmazdır.Daha deməyin ki bütün qadınlar eynidir.Hətta yaşlı qadınlar da hisslərini ifadə etməyi bacaran hər hansı bir kişiyə üstünlük verəcək.Və kişilər bilir ki onun səsinin tonu artıq çox şeyi dəyişə bilər.
Qadının yanında uğur qazanmaq istəyirsinizsə onların qaydaları ilə oynayın.Qadınlar xoşlayırlar ki onları sevsinlər.
Səxavətli olmaq.Uğur qazanmağın daha bir yolu.Belə kişi qadının yanında həmişə gözəl qarşılanacaq.Qadınlar naturalarına görə çox səxavətli olurlar,onlar düşünmədən hədiyyə edə bilərlər.Haqq hesab etmədən bağışlayarlar.Ona görə də səxavətli insanla xəsis insanı asanlıqla ayırd edə bilirlər.
Bizim zamanımızda belə kişilər çox azdır.Çoxluq qadınları tamahkar,mənfəətpərəst hesab edir.Yəqin ki belələri görüşə gedəndə çiçək almağı,telefonun balansına pul yükləməyi lazım bilmir...mənə zəng edərsən deyir.Qadını yeməyə dəvət etməkdənsə özünü qonaq dəvət etməyi təklif edir.Qonaq gələndə də əliboş gəlib özü isə gözəl hazırlanmış süfrə tələb edir.Hətta bəzən banketin davamını arzulayanlar da tapılır))
Diqqət və qayğını səxavətlə göstərmək bahalı hədiyyələr qədər dəyərlidir.Xəsislik qadınların xoşlamadığı başlıca xarakterlərdən biridir.
Diqqətli,qayğıkeş,səmimi olun.Sevgi heç vaxt çox olmur.Özünü xoşbəxt hiss edən qadın isə sizi də xoşbəxt etməyi bacaracaq.

Yadda saxlayın:
...kişi qadından şahzadə yaratmaq istəyir,qadın isə hazır şaha rast gəlməyi arzulayır...
...kişi o vaxt qalib gəlir ki,qadının gözündə döyüşü qazanır,qadın o vaxt qalib gəlir ki,o kişiyə məglub olur...
...kişi ağacdır,qadın torpaqdır.Ağaç torpaqdan enerji alaraq ucaldığı kimi,kişi də qadınından enerji alaraq yüksəlir.Olur ki qadınlar kişi üzərində yüksəlir,amma bu çox çəkmir.O sonda uduzur,çünki torpağın altda ağac mümkün deyil. O zəlzələ yaradır.Kişisinə məğlub olan qadın hər zaman qalibdir...
...kişi heç də güclü deyil,o zaman güclü olur ki,qadını ona güclü olduğunu hiss etdirsin...
...qadın heç də zəif deyil,sadəcə o başa düşür ki kişilər qadınlardan güclü olduqlarını bilməlidirlər...

Redaktə etdi: PURE LOVE

 


Şərhlər:
Baxılıb: 2880
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz