Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişiləri özündən çıxaran hərəkətlər
Kişiləri özündən çıxaran hərəkətlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1646
Səs ver:
Heç kimə sirr deyil ki, kişilər qadınlardan fərqli düşünür və hiss edir. İnanın ki, yanınızda olan kişi öz əsəbiliyini biruzə verməsə də, onda sadalanan hərəkətlər onu özündən çıxarır.
1. Vulqar geyinməyin
İstənilən qadın vaxtaşırı özünü gözəl və istəkli hiss etmək, sevgilisindən açıq-aşkar etiraflar eşitmək istəyir. Amma heç də bütün kişilər nümayişkaranə intimuallığı sevmir. Hərçənd kişilər açıq-saçıq geyinən qadınlara baxsalar da, yanlarındakı xanımın nəzərə çarpmayacaq şəkildə geyinməsinə üstünlük verirlər. İri dekolte və qısa yubkaları özəl günlər üçün saxlayın. intimual sirrilik və bir qədər ləyaqət cəlbetmənin açıq-saçıq geyim və provokasiyalı hərəkətlərdən daha effektiv vasitədir.
2. Onlara həyatı öyrətməyin
Nadir hal deyil ki, bir sıra məsələlərdə qadınların başı daha yaxşı çıxır. Qəribə orasıdır ki, kişilər bunu bili və buna baxmayaraq məsləhətlərimizi eşitmək istəmirlər. Bu hərəkəti necə izah etmək olar? İş ondadır ki, hər məsləhəti kişilər onların iradəsini manipulyasiya etmə cəhdi kimi qəbul edirlər. Heç vaxt kişilərə öyüd verməyin və işlərinə qarışmayın. Əgər özünüzü şərhvermədən saxlaya bilmirsinizsə, fikrinizi heç kimə müraciət etmədən söyləyin. Onun qüruru və mənliyi sizə minnnətdar olacaq.
3. Ağılsız şərhlər verməyin
Bilirsiniz ki, sevgiliniz futbol həvəskarıdır, avtomobilləri və poker oynamağı sevir. Əgər həqiqətən bu məşguliyyətləri siz paylaşırsınızsa, sizə birlikdə rahat olacaq. Əgər bunlardan zəhləniz gedirsə, sevgilinizin boş vaxtını necə keçirməsi sizin üçün maraqsızdırsa, bu, elə də böyük problem deyil. Kişilər qadınlardan bu tip qurbanlar istəmirlər. Həm də futbol, poker və avtomobil mövzusu üçün onların dostları var, siz kişilər üçün başqa şeylər üçün lazımsınız. Qadınların uğursuz futbol yarışı və ya Ferrari-nin yeni modeli barədə fikirləri kişiləri özündən çıxarır, xüsusilə qadın bu sahələrdən xəbərsizdirsə. Onlar başa düşürlər ki, bunu xoş niyyətimizdən edirik, amma yenə də bu cür müdaxiləni pis qəbul edirlər.
4. Əgər hadisə danışa bilmirsinizsə, danışmayın
Düzdür, təfərrüatları qadınlar kişilərdən daha yaxşı görür və təsvir edirlər. Amma yenə də bəzi detalların üstündən keçmək lazımdır, xüsusilə maraqlı hadisə danışanda.Lazımçsız təfsilatı minimuma endirin. Kişilər mövzudan ən çox iki kənara çıxmaya dözür, sonradan səbirləri tükənir. Yadınızda saxlayın, əgər söhğətinizdə «sonra», «hə, belə» və ya «bir də» sözlərindən çox istifadə etsəniz, kişilərin marağı itəcək.
5.Kişiləri sınamayın
Düzdür, kişilər onlara nə etməli lazım olduğunu söyləyəndə əsəbiləşir, amma onları sınayanda daha çox hirslənirlər. Kişilər başa düşmürlər ki, qadınlar niyə onlara tələ qurur, sonra peşiman olaraq hər şeydə rəfiqələrini təqsirləndirirlər. Qalmaqaldan uzaq olmaq üçün sevgiliniz sizə «təklif etməmiş» özünüz ondan qabları yumasını xahiş edin.
6. Onları gözlətməyin
Kişilər həqiqətən də dəqiqliyi sevirlər. Hərçənd başa düşürlər ki, qadın özünə bəzək verməsi (qoy sevgilisi heyran olsun, ətrafdakılar da paxıllıq çəksin) səbəbindən gecikir və bundan məmnun qalsalar da gözləməyi xoşlamırlar. Ona görə də sevgilinizi yazşı əhval-ruhiyyədə görmək istəyirsinizsə, gecikməyin və onu gözlətməyin.
7. Kosmetikadan həddinə artıq istifadə etməyin
Əgər o, artıq sizi seçibsə, onun üçün sizin necə görünməniz önəmli deyil. Hər zaman ideal görünməyə ehtiyac yoxdur. Açığı makiyaj bir çox kişilərə cəlbedici görünmür (inanmırsınızsa, ətrafdakılardan soruşun). Kişilər makiyajdan çox istifadə etmisən deyəndə nəyi nəzərdə tutur? Əgər makiyajın təmizlənməsinə bir dəqiqədən artıq vaxt sərf edirsinizsə, deməli ondan sui-istifadə etmisiniz.
8. Situasiyanı dramatikləşdirməyin
Kişilər bizə laqyed qalmırlar. Əgər ona ağır iş günü haqqında - müdirin sizi acılamasından, iş yoldaşlarınızın sizi layiqincə qiymətləndirməməsindən danışırsınızsa, o mütləq sizi qucaqlayıb öpəcək. Amma səhər yolunuzdan qara pişik keçdiyinə görə özünüzdən çıxsanız, onun dəstəyinə güvənməyin.
9. İsterika yaratmayın və sızıldamayın
Biz artıq uşaq yaşından çıxmışıq, ona gödə kişinin qabağında isterika yaratmaq əbəs yerədir. Əgər bunsuz bacarmırsınızsa, ən ağır nəticəyə hazır olun.
10. Susmağı öyrənin
Qadınların fikirlərini daha yaxşı izah etmələri o anlama gəlmir ki, bunu hər zamant etməlidir. İnanın ki, kişi sizin fikrinizi dəyərləndirir, amma hər şeyin vaxtı-vədəsi var. Kompromiss tapın: sevgilinizə işdən bezdiyiniz, rəfiqənizdən incidiyinizi söyləyin, amma bunu futbol yarışı zamanı etməyin. Bir də, xəbərləri sevdiyinizi insana qapdına girən kimi verməyin-qoyun o da özünə gəlsin.


Şərhlər:
Baxılıb: 1646
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz