Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vərdiş etmənin təsir gücü
Vərdiş etmənin təsir gücü
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1866
Səs ver:
Söhbət kişi vərdişlərindən gedirsə, belə bir sual meydana çıxır: "Nə edəsən axı, necə edəsən?”. Bununla barışmaq istəmirsən, amma mübarizə aparmaq da mənasız görünür. Başqa bir variant təklif edirik: bəzi kiçik hiylələr vasitəsilə onu (kişini yox, vərdişi) zərərsizləşdir.
Nəvazişlə
Şallaq cəzası burada keçməz, balaca qulaqburması isə lap yerinə düşər. Amma gündəlik davalar. "Ya mən: atıcılıq kursları” kimi ifadələr işlətmək inanma ki, yaxşı nəticə versin. Mark Twainin dediyi kimi: "Vərdiş elə vərdişdir, onu pəncərədən tullamaq mümkün deyil, sadəcə, mədəni şəkildə nərdivanda pillə-pillə aşağı salmaq olar”.
İş yoldaşım Fidan ərini qab yumağa necə alışdırdığmdan danışırdı. O, uzun müddət idi, ərinin kömək təklifini gözləyirdi. Nəhayət ki, o gün yetişdi. Əri ona qabları yumaqda köməkliyini təklif etdi Bu "qəhramanlıq”ının ertəsi günü əri işdən gələndə evi tanımadı. Hər yer şar və tablolarla örtülmüşdü, çilçıraqdan isə "Qızıl ər” yazlı medal asılmışdı. İndi isə Fidanın əri ona ev işlərində daha çox yardım etməyə çalışır. Əlbəttə, hamı istəyər ki, əziyyəti layiqincə qiymətləndirsin. Bəzən "Sən necə də qayğıkeşsən” demək, ən tənbəl kişini də çətin bir işi görməyə sövq edə bilər, Bir sözlə, şirin sözlər prosesin idarəedici hissəsidir.
Əfqanə isə daha maraqlı metoda əl atır. Bu metod "Məhəbbət naminə” adlanır. Əfqanə deyir: "Adətən, kişilərə hansısa lazımlı bir iş gördürmək çox çətindir, ona görə də müxtəlif üsullardan yararlanmalı olursan. Yaxşı ki, "Məhəbbət naminə” ifadəsini fikirləşib tapdıq. Artıq xahiş əsnasında ikimizdən biri bu sözü işlətdikdə, digərimiz ona əməl etməyə çalışırıq. Artıq mən gecənin bir yarısı onu çiyələk dalınca göndərə bilirəm, o isə qəzəbdən qışqırmır. Düzdür, bu məsələnin digər bir tərəfi də var. Məsələn, o da "Əzizim, bizə pivə gətir və dostlarımla futbola baxdığıma mane olma… təbii ki, tipli xahiş səsləndirə bilər. Amma mənə elə gəlir ki, münasibətlərin maraqlı tərəfi elə bundadır”.
Hiyləylə
Vərdiş uzun müddət tələb edən məsələdir. Deyilənlərə görə, hər vərdişin yaranması üçün minimum qırx gün zaman tələb olunur. Pis vərdişdən azad olmaq üçün isə elə ona yiyələnməyə sərf etdiyin qədər zamana ehtiyacın olacaq. Onda belə çıxır ki, kişinin beş yaşından siqaret çəkirsə, ona bu vərdişi tərgitməsi üçün iyirmi il vaxt lazım olacaq? Vəziyyət belə olduqda, "əvəzləmə” prinsi-pi yerinə düşür. Pis vərdişin yerinə yaxşı və ya o dərəcədə pis olmayan yenilərini əlavə edə bilərik. Rəfıqəmin anası ərini siqaret çəkmək vərdişindən yayındırmaq üçün məhz bu hiylədən faydalanmışdı. Bunun asan olmayacağını anlayan ana-qız möhtəşəm plan hazırladılar. Bayram hədiyyəsi kimi ailə başçısına əl işi olan tənbəki çubuğu hədiyyə etdilər. Onun hədiyyədən o dərəcədə xoşu gəldi ki, bir aydan sonra qadınların xeyrinə qərar qəbul edərək, siqaretdən tamamilə imtina etdi. Bir müddət sonra istirahətə yollanarkən təsadüfən tənbəki çubuğunu evdə unutdu. Əlacsız qalsa da, yenidən siqaretə başlamağa ürək etmədi. Deyirsən, hiylədir? Ola bilər, amma vacib olan odur ki, bu, sadə hiyləgərlik deyil, məqsədyönlü, uğurla nəticələnən siyasətdir.
Bəzən vərdişdən yaxa qurtarmaq üçün düzgün stimul lazımdır. Əfruz sevgilisinin xırda pullarmı evin hər yerinə səpələməsinə qarşı mübarizə aparırdı. O deyir: "Bir gün anladım ki, daha evin hər küncündən onun səpələdiyi qəpikləri yığmağa taqətim qalmayıb. Ona görə də elektron pul daxılı aldım və izah etdim ki, bundan sonra hər qəpiyimiz çoxdan getmək istədiyimiz İndoneziya səfəri üçün yığılacaq”. Əfruzun sevgilisi bu fikri bəyəndi və daxıla hər gün xırda pullar atmağa başladı, Yəqin, anladın, cütlük indi Indoneziya səfərinə hazırlaşır və Əfruz evdəki səliqə-sahmandan xeyli razıdır.

Redakte etdi: PRETTY GIRL


Şərhlər:
Baxılıb: 1866
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz