Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qırıq güzgü parçalarını atmayın - foto dərs
Qırıq güzgü parçalarını atmayın - foto dərs
Göndərən: cinqosh
Şərhlər: 11
Baxılıb: 2266
Səs ver:
Güzgünün qırılması ilə bağlı bir çox batil inanclar mövcuddur: "Deyilənə görə, güzgü sınandan sonra insan 7 il müddətində müxtəlif çətinliklərlə qarşılaşır” , " Xalq inanclarında güzgünün sınması və ya çatlaması yaxın bir adamın, dostun, tanışın öləcəyinə və ya bədbəxtliyə işarə kimi qəbul edilir" , "Qırıq güzgünü evdə saxlamaq olmaz, çünki onu bədheybət ruhlar və cinlər qırıb, odur ki, dərhal atmaq lazımdır." və s. saymaqla bitməz.

Qadınlar.biz bu batil inancları bir kənara qoyub, evinizin dekoru üçün qırıq güzgü parçalarından mozaik bir taxta lövhə hazırlamağı təklif edir.

Lazım olan ləvazimatlar:
Taxta lövhə
Taxta çərçivələr
Qırıq güzgü parçaları
Ağ rəng boya və fırça
Çəkic
Xırda mismarlar
Yapışqan

Hazırlanması:
1.Taxta lövhəni ağ boya və fırça vasitəsilə boyayıb, quruması üçün kənara qoyuruq.
2. Quruduqdan sonra lövhənin kənarlarına taxta çərçivələri çəkic və xırda mismarlarla bərkidirik. Qeyd edək ki, çərçivələri qırıq güzgüləri yapışdırdıqdan sonra da lövhəyə bərkitmək olar.
3. Qırıq güzgü parçalarının arxa hissəsinə yapışqan vurub ağ rəngdə rənglədiyimiz taxta lövhəmizə ürəyimiz istədiyi formada və bir-birinə yaxın məsafədə yapışdırırıq.
4. Quruması üçün gözləyirik. Quruduqdan sonra divardan asmaq üçün dəmir asılqanı taxta lövhəyə bərkidirik.
5. Düzəltdiyimiz mozaik güzgü lövhəmizi evdə boş qalmış divarlardan birinə asırıq. Əgər günəş işığı düşən divardan asmaq mümkün olarsa, qırıq güzgüdən hazırladığımız bu mozaik lövhə həm evinizi geniş, həm də işıqlı göstərəcək.

 

 



 



Şərhlər: 11
Baxılıb: 2266
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Angel
mende guzgunun arxasin beziyiirdim lentlerle nece vaxdi elemirem gerek maraqli bir wey duzeldim
20 noyabr 2015 21:13
# 11
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Aydan Habili
Sınıq güzgü istifade edilmez
20 iyun 2015 12:32
# 10
Meleknur
Guzgusuz gunum yoxdu evin her otaginda boyuk guzgu var amma sinig guzgu yaxwi deyil deye bilirem
20 iyun 2015 04:02
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
FISTIK
Maraqli ve qeseng goruntu yaranib.
3 iyun 2015 02:10
# 8
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
vipbetul
qeseng alindi
3 iyun 2015 00:19
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
maraqli hazirlanib beyendim netice gozeldir eve yarasib
2 iyun 2015 23:48
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Aristocratic
qiriq güzgu eve mənfi tesir gosterir
2 iyun 2015 20:28
# 5
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
Sucan
Hm etmey olar ama vaxt lazimdi
2 iyun 2015 13:24
# 4
Fialka
Maraqlı əl işidir ancaq zövqümcə olan bir aksesuar deyil ancaq kim istəsə bu cür güzgü qırıqlarından hazırlayıb saxlaya bilər evində ) təşəkkür.
2 iyun 2015 09:56
# 3
Dosta_inam
Maraqli plar hazirlamaq,ancaq men evde neinki qiriq güzgü,çatlayan her bir eşyani qablari atiram,xoşlamiram qiriq çatlamiş bir şey olsun evde.
2 iyun 2015 08:18
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
gulka azeri
maraqli gorunur ancaq bele weye maraqim ve hevesim yoxdu.hemde orda ozumu butov gormeyecemse bowuna yer tutar,1de tehlukeli ola biler.
2 iyun 2015 03:16
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz