Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecələr-Pənah yerim
Gecələr-Pənah yerim
Göndərən: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 175
Səs ver:
Səhərlərim - boyasız, gündüzlərim - qorxusuz
Gecələrim - narahat, gecələrim - yuxusuz.
Başbaşayıq sübhə tək mənimlə fikirlərim,
Gecələrə açılır gizli-gizli sirlərim.
İndi mən qısılmışam gecələrin qoynuna
Boylanıram içimdə gah əvvələ, gah sona.
Gecələr - sığnaq yerim, gecələr - pənah yerim,
Gecələr bir-birilə döyüşən fikirlərim.
İnanardı ağıl da öz içimin səsinə
Şirin xəyallarımın yumşaq mütəkkəsinə
Baş qoyardım bir zaman
Xəyalı gerçək kimi yaşayardım bir zaman.
İndi qurban verməyə hazıram bir yad kimi
Min-min səhərlərimi, min-min gündüzlərimi
Bir anlıq sükutuma, bir yuxusuz gecəmə.
Qəm sükuta dəm tutur, gecələr sükut qəmə.
Allahın bal yuxusu mənə haram gecələr
Sürünürəm gündüzlər, yaşayıram gecələr.
Anam deyərdi: "Oğul, sən gecə doğulmusan
Bəlkə buna görə də gecəquşu olmusan".
Mən təpədən dırnağa indi səbrəm, dözüməm,
Çoxluğumda başqası, təkliyimdə özüməm.
Verdiyin tənhalığı geri götürmə, Allah,
Gecəmlə həsb-halı mənə çox görmə, Allah.
Mənim mənə ən yaxın sirdaşımdır gecələr,
İçimə damcılayan göz yaşımdır gecələr.
Gecələr sığnaq yerim, gecələr pənah yerim,
Səhərlər açılanda qapanır kirpiklərim.
Öyrəndim gecələrden
Qaranlıq içində mən
Ulduz-ulduz yanmağı,
Özümə qapanmağı, içimə boylanmağı.
Gecələrin sahibi, gündüzlərin quluyam,
Mən gündüzlər adiyəm, gecələrsə uluyam.
Gecələr çiçəklənir söz gülşənim, söz bağım
Gecələrin şahıyam, yoxdur mənim ortağım.

Bəxtiyar Vahabzadə


Şərhlər: 4
Baxılıb: 175
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Bextiyar vahabzade en sevdiyim seirlerin muellifi.Cox gozel ve tesirli seirdir
3 noyabr 2016 11:11
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Turkan Abbasova
Çox gözəl şeir idi. Bəxtiyar Vahabzadə elə bil insanın ürəyini oxuyaraq yazıb. ALLAH rehmet etsin. Gecələr insanin özü olduğu tək zamandır.
3 noyabr 2016 10:14
# 3
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Onun_Mələyi
Xəbərin altındakı bu iyrənc reklamlar sizdə də görünür?saytın zayı çıxdı təmiz.....kzgn
3 noyabr 2016 10:09
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
maraqli seirdir
3 noyabr 2016 09:54
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz