Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu sənsən? Necə də dəyişilmisən
Bu sənsən? Necə də dəyişilmisən
Göndərən: qaranliq1
Şərhlər: 6
Baxılıb: 205
Səs ver:
Getdiyin zamandan keçibdir illər
Daha ögəyləşib bizim bu əllər
Dolanıbdır aylar, ötüb fəsillər
Sən hansı üz ilə geri gəlmisən
Bu sənsən? Necə də dəyişilmisən

Məndən uzaqlarda gül tək solmusan
Keçən bu zamanda unudulmusan
İndiysə görürəm tənha qalmısan
Əllərin boş qalıb, yalnız gəzirsən
Bu sənsən? Necə də dəyişilmisən

Qovuşmaq bizimçün daha çox qəliz
Sən qəlbi daş oldun, bitdi sevgimiz
O vaxt özün dedin, 'gəl ayrılaq biz'
Mənim dəyərimi indi bilmisən?
Bu sənsən? Necə də dəyişilmisən

Bilmirəm nə oldu, bu eşqə doydun?
Bir günün içində məndən soyudun?
Necə ki sən məni yarıda qoydun
Bax indi özündə tərk edilmisən
Bu sənsən? Necə də dəyişilmisən


Bir gün xatirələr önünü kəsər
Yanıma qaçmağa ruhun tələsər
O köhnə adamdan qalmayıb əsər
Alçalıb qürurun, çox əzilmisən
Bu sənsən? Necə də dəyişilmisən

Müəllif: Rüfət Sabirli


Şərhlər: 6
Baxılıb: 205
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lale.veliyeva19
Bir gün xatirələr önünü kəsər
Yanıma qaçmağa ruhun tələsər
O köhnə adamdan qalmayıb əsər
Alçalıb qürurun, çox əzilmisən
Bu sənsən? Necə də dəyişilmisən
19 sentyabr 2016 16:03
# 6
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

MODABAZ
Coooox urekleee oxudum ele bıl ureyımdekı sozler yazılıbb ınsallah bır gun senıde terk eden bır nefer cıxar
19 sentyabr 2016 14:34
# 5
Heyata daim gulmek lazimdii
Onun_Mələyi
acrıncı iki misranı daha çox bəyəndim. ..mənalı şeirdir. ...təşəkkürlər paylaşana01 02
19 sentyabr 2016 11:52
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
Turkan Abbasova
Maraqlı oldu. Twk
19 sentyabr 2016 10:10
# 3
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
vipbetul
maraqli seirdir
19 sentyabr 2016 09:47
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Alcalib qururun ,cox ezilmisen.bu sensen hec deyisilmemisen
19 sentyabr 2016 04:48
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz