Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən niyə dəyişdin
Sən niyə dəyişdin
Göndərən: kiraz mevsimci kiz
Şərhlər: 8
Baxılıb: 271
Səs ver:
Sən niyə dəyişdin, yaz buludutək? 
Yumaz günahını bir dəniz sənin. 
Sən indi ləçəyi tökülmüş çiçək; 
Beləmi böyütdü kəndimiz səni?! 
 
Söylə, kim qalıb ki, eşq ummayasan? 
Qoy deyim. 
Özün də, bil ki, nəçisən: 
Ömründə bir qəzet oxumamısan, 
Moda jurnalına abunəçisən!
 
Bir qəlbin üstünü duman, çən aldı, 
Boyalar üzünə yaxıldığı gün. 
Ülvi məhəbbətin ömrü qısaldı, 
Donunun ələyi qısaldığı gün! 

Demə ki, bəxtimin günəşi söndü, 
Demə ki, pis gözün girinə düşdük. 
Kəsdiyin hörüklər cüt yola döndü, 
Hərəmiz bu yolun birinə düşdük.
 
Sən məndə acı bir xatirə qoydun, 
Səni xatirədə tapam, sığınam! 
Ayrılıq çətindir... 
Bəs necə qıydın 
Çatılmış qaşların ayrılığına?! 
 
De necə baxırsan sən gülə-gülə? 
Ruhumu yenə bir hicran oxudur. 
Boyadın gözünü qara xətt ilə
Sandım ilk eşqimin nekroloqudur!

Omrümün qırılmış budağındakı
Məhəbbət adlanan son yarpaqmısan? 
Boya yox! 
Qanımdır dodağımdakı
Sən mənim qəlbimi parçalamısan. 

Duyğular əlində bölündü iki, 
Bilməzdim ömrümə sərt ayaz səni. 
Elə dəyişibsən görkəmini ki, 
İndi heç anan da tanımaz səni!
 
Demə ki, bəxtimin günəşi söndü, 
Demə ki, pis gözün girinə düşdük. 
Kəsdiyin hörüklər cüt yola döndü, 
Hərəmiz bu yolun birinə düşdük!..
 
NÜSRƏT KƏSƏMƏNLİ


Şərhlər: 8
Baxılıb: 271
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Demə ki, bəxtimin günəşi söndü,
Demə ki, pis gözün girinə düşdük.
Kəsdiyin hörüklər cüt yola döndü,
Hərəmiz bu yolun birinə düşdük!..
1 oktyabr 2016 20:46
# 8
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
kiraz mevsimci kiz
tesekkurler qizlar
16 avqust 2016 17:25
# 7
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
___Jasmin___
Demə ki, bəxtimin günəşi söndü,
Demə ki, pis gözün girinə düşdük.
Kəsdiyin hörüklər cüt yola döndü,
Hərəmiz bu yolun birinə düşdük!..
10 avqust 2016 15:07
# 6
I remained behind now the mother of 14 spring -Big

gulay..
Beyendimm....
7 may 2016 20:37
# 5
Sən xiristianlar ölkəsində tək müsalaman, Mənsə sənə həsrət qalmış `azan...
Svetoklana
İnsanlar deyişmir eslinde,sadece olaraq biz onları evvelden başqa cür taniyiriq.Sonra isə yanildigimizi qebul etmeyib,onlara deyişdiklerini deyirik.
7 may 2016 16:16
# 4
Göz yaşlarının belə bir vəzifəsi var imiş,ardından gələcək təbəssüm üçün təmizlik edərmiş...
vipbetul
yaxsi seirdir
7 may 2016 13:30
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Sevdiyim sairin seirdidir. Bezen insanlar ele deyiserki onlari biz bele taniya bilmerik
7 may 2016 09:33
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayka95
Gözel ve menali seirdir
7 may 2016 09:25
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz