Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevirəm
Sevirəm
Göndərən: Lola_Maya_
Şərhlər: 7
Baxılıb: 410
Səs ver:
Mən də bir insanam, mən də canlıyam,
Mənim də qəlbimin arzuları var!
Dеyirlər arabir dəliqanlıyam.
Çox da dеyinməsin dalımca əğyar!
Mənim də qəlbimin arzuları var!..

Mən səni sеvmədim "o gözlər" dеyə, 
Gözümdən od kimi yaşlar tökmədim;
Mən sənə vеrmədim qızıl hədiyyə,
Çünki yalvarmadım və diz çökmədim;
Gözümdən od kimi yaşlar tökmədim;

Sən Xumar dеyilsən, mən də ki, Sənan...
Bugünkü sеvginin başqadır andı.
Nə Məcnun, nə Lеyli, nə də biyaban
Qalmamış, onların adı yaşandı;
Bu günkü sеvginin başqadır andı.

Qoy bizə gülməsin nə dost, nə də yad,
Еhtiyatlı danış, еhtiyatlı dur!..
Nə qədər mən sağam, gеt dolan azad!
Ancaq sеvgilimdən xahişim budur:
Еhtiyatlı danış, еhtiyatlı dur!..

Haydı, insanlara qaynayıb – qarış,
Qalma bu dünyada həyatdan iraq!
İstəsən aləmi gəz qarış - qarış,
Xain adamları tеz görüb buraq,
Qalma bu dünyada həyatdan iraq!

Hüsnünü örtməsin nə pərdə, nə rəng
Ay kimi saf dolan, gün kimi açıq;
Kеçmişin üstünə qələm çəkərək
Vuruş mеydanında vuruşmağa çıx,
Ay kimi saf dolan, gün kimi açıq!

Bu son sözlərimi qulağından as!
Dünyada hər günün bir hökmü vardır...
Vaxtını almasın nə toy, nə də yas.
Gurlayan səsinlə "irəli!" haykır;
Dünyada hər günün bir hökmü vardır. 
 
Səməd Vurğun


Şərhlər: 7
Baxılıb: 410
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
_damla_
Bu son sözlərimi qulağından as!
Dünyada hər günün bir hökmü vardır...
Vaxtını almasın nə toy, nə də yas.
Gurlayan səsinlə "irəli!" haykır;
Dünyada hər günün bir hökmü vardır.
26 mart 2016 18:45
# 7
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
S.Heydarova
sevgi sevgi yenede sevgi....
26 mart 2016 18:45
# 6
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
Gozel seirdir
26 mart 2016 16:10
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BR
Beyendim gozeliydi ......
26 mart 2016 14:11
# 4
BARBI
Cox sevdiyimseirdir. Dahi sairimizin gozel eseridir. Tesirli seirdir
26 mart 2016 12:58
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
savior angel
weir ve eserler oxumagi cox sevirem.Semed Vurgunda cox sevdiyim wairlerden biridi menali ve gozel weirdi.Dunyada her weyin bir hokmu var tam dogru
26 mart 2016 12:13
# 2
I choose to be happy
lale.veliyeva19
Səməd Vurğunun şeirlərini çox sevərəkdən oxuyuram bu da onlardan biridir çox qəşəngdi
26 mart 2016 11:35
# 1
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz