loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağlamağım var, gözəlim
Ağlamağım var, gözəlim
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 321
Səs ver:
Nə işim var, na evim var, nə bağım var gözəlim,
Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,

Demə ki, yoxdu bağım mən tərəvəzdən kasıbam,
Kabinetlərdə kudum, balqabağım var gözəlim.

Neynirəm mən maşını gərçi məni dərd aparır,
Əlli dörd at gücünə tən ayağım var gözəlim.

Mənə tən eyləmə ki, evdə çırağım yoxdur,
Vacib oldur ki, dənizdə "Çırağ"ım var gözəlim.

Nə olar ki, Bakıya erməni təşrif buyurub,
Erməniynən axı burda calağım var gözəlim.

Məni toy məclisinə bir hacı dəvət elədi,
Dedi "şollar" şüşəsində arağım var gözəlim.

Bədgüman olma ki, dəryaya gedərsəm quruyar,
Çünki dərya qədəri ağlamağım var gözəlim.

Yedilər, qoymadılar ortada bir şey qalsın,
İncimə söyləsəm ancaq qırağım var gözəlim.

Saçım ağ, saqqalım ağ, neynirəm ölsəm kəfəni,
Bəxti-Pünhanə sevin, pulsuz ağım var gözəlim.
 
Baba Pünhan

Şərhlər: 4
Baxılıb: 321
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox gozel menali seirdir

cox gozel menali seirdir
19 aprel 2016 02:48
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Baba Pünhanın satirik formada yazılmış şeirlərini bəyənirəm ..Təşəkkür.
18 aprel 2016 15:05
# 3
ulduz
Menali cumlələrdi. Heyati ifade edir
18 aprel 2016 08:42
# 2
Qadının ən böyük vəzifəsi analıqdır :50:
BARBI
Cox menali seirdir. Yasadigimiz veziyyetleri ifade edir.
18 aprel 2016 08:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz