Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səhv düşəndə yerimiz...
Səhv düşəndə yerimiz...
Göndərən: Tomris Müslümova
Şərhlər: 7
Baxılıb: 323
Səs ver:
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,

Buludlar xəsis...
Yağış tökür Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
 
Qabil


Şərhlər: 7
Baxılıb: 323
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli seir alinib

maraqli seir alinib

maraqli seir alinib
19 aprel 2016 02:49
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Bir vaxtlar sevərək əzbərlədiyim şeir ..Təşəkkür.
18 aprel 2016 14:59
# 6
Miss_Oxatan
Men bu weri mekteb illerinden ezber bilirem hetta menim ironiyali ifadelerimden biridir.heyatda yerini bilneyenlere deyirem Qabilin sehv duwende weri sene aiddir.cox sevdiyim werlerden biridir.
18 aprel 2016 12:38
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Ayka I-va
maraqlidi twk
18 aprel 2016 11:31
# 4
krisa
Bu ser menim sevimli serimdir.5-ci yoxsa 6-ci sinifde oxuyanda bu seri kecmisdik.Ele o vaxtdan bu serden xosum gelir.Kas her bir insan heyatda öz yerin bilsin.
18 aprel 2016 10:07
# 3
ulduz
Maraqli seirdi. Ag bilekler gül eller tarlada qabar. Bu kupeti beyendim
18 aprel 2016 08:57
# 2
BARBI
Heyatda her kesin oz yeri var. hec kesin yeri sehv dusmesin
18 aprel 2016 08:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz