Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məni elə unut ki...
Məni elə unut ki...
Göndərən: Tomris Müslümova
Şərhlər: 10
Baxılıb: 379
Səs ver:
Məni elə unut ki
Mən unuda bilməyim
Məni elə unut ki
Yadına da gəlməyim
Ayrılmaq çətinsə də
Sənin kimi qadından
Bir kəlmə də demədən
Çıxıb gedim yadından
Məni elə unut ki
Dünya başıma dönsün
Yanıb-yanıb kül olsun
Ümid çırağım sönsün
O ümidin külləri
Boş başıma tökülsün
Məhəbbətim gizlincə
Ürəyimə çəkilsin
Qoy o sevgi dağ olsun
Günahkar ürəyimə
Sənin canın sağ olsun
Qıymaram mələyimə
Məni elə unut ki
İzim-tozum qalmasın
Danışan bir lal olum
Sənə sözüm qalmasın
Qoy böyüsün dərdlərim
Dəniz kimi,dağ kimi
Unut məni,sevgilim
İtmiş oyuncaq kimi
Məni elə unut ki
Uçub gedim xəyaltək
Silinim yaddaşından
Cavabsız bir sualtək
Səni mənim qarşıma
Çıxarmasın küçələr
İşıqlı səhərinə
Qovuşmasın gecələr
Duyğularım lal olsun
Əsəblərim korlansın
Qısqanclığım əlindən
İçim od tutub yansın
Məni elə unut ki
Gözlərində yaş olum
Fəryad ilə döyünən
Sinən üstə daş olum
Hər gün biraz çox unut
Gümanımız qalmasın
Geriyə dönmək üçün
Zamanımız qalmasın
Məni elə unut ki
İnciməyim, küsməyim
Həsrətindən tərləyib
Sonra tir-tir əsməyim
Üşütməsin sənintək
Üşütməsin qış məni
Mən sənə ağladıqca
Ağlasın yağış məni
O yağışla yuyulsun
Kirli günahlarımız
O yağışla açılsın
Bağlı sabahlarımız
Məni elə unut ki
Yuxu yata bilməyim
Ruhlarımız qaçışsın
Sənə çata bilməyim
Burax məni, at məni
Möhkəm tut,nə var ondan
Beş qəpiyə sat məni
Bərk yapış qürurundan
Məni elə unut ki
Özündən soyut məni
Keçmişin bir küncünə
Tullayıb, unut məni
Unut əsən küləklə
Unut yağan yağışla
Sevmək günahmış demə
Səni sevdim,bağışla!
Səni sevdim,bağışla!!!
 
Müəllif:Rəvan Məmmədli


Şərhlər: 10
Baxılıb: 379
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli seirdir
2 aprel 2016 13:22
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Teymurbəyli Mirvari
Maraqlı və təsirli şeirdi. Unut deməklə unutmaq olmur
2 aprel 2016 12:57
# 9
Saymıyanın ağası
Barbaris
sen onu unutmaqa caliwdiqca heyat her tesadufle onu sene xatirladacaq
2 aprel 2016 12:19
# 8
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fialka
Unudulanlar unudanları heç vaxt unutmur...
Mənalı idi.
2 aprel 2016 11:45
# 7
qanadli melek
Unut demekle unudulsa kaw..
2 aprel 2016 11:14
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
mawa1
tesirli seirdir tesirlendim
2 aprel 2016 10:41
# 5
lale.veliyeva19
unutmaq çətin olsada unut məni....
2 aprel 2016 10:00
# 4
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Fi-Ra
Burax məni, at məni
Möhkəm tut,nə var ondan
Beş qəpiyə sat məni
Bərk yapış qürurundan
Çox gözəl şeirdi. Ən çox bu bəndini sevdim. Heç sevmədiyim şeydi sevgidə qürur.
2 aprel 2016 09:15
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
BARBI
Cox tesirli seirdir. Unutmaq cox cetindir. Xatirlamaq ise bir an
2 aprel 2016 07:52
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Yusif Ulker
Sox ola bilmez Cox xowdadim eladi tewekkurler
2 aprel 2016 07:43
# 1
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz