Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölmüş itimə
Ölmüş itimə
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 205
Səs ver:
Onsuzda insanlıq qalıb kölgədə
İt olmaq səninçün bədbəxtlik idi
Bilmirəm,nə deyim,amma bəlkə də
İt olmaq ən böyük xoşbəxtlik idi
 
Bağlı bir zəncirə oldun oyuncaq
Ayağın olsa da, əlin yox idi
Öz dərdin başından aşsa da ancaq
Dərdini deməyə dilin yox idi
 
Halal suyun vardı, çörəyin vardı
Qapının durardın düz keşiyində
O qədər yumşaq bir ürəyin vardı
Xətrinə dəyməzdin bir pişiyin də
 
Bir damın altına çəkib özünü,
Gah qarnın tox olub,gah ac olmusan
Bəzən boş əlimə dikib gözünü
Bir quru çörəyə möhtac olmusan
 
Çox zaman gizlətdim mən öz sevgimi
Amma sən yenə də görə bilirdin
Sevincin sirrliydi qəzəbin kimi
Axı sən sadəcə hürə bilirdin
 
Çoxunu qoymuşam sənin yerinə
Gözümdə çoxundan üstün olmusan
Səni bəs, mən qoyum kimin yerinə? 
Mənə çox insandan isti olmusan
 
Sənin də qapını döymüşdü ölüm
Gördüm gözlərimə inanmadım mən
Bu necə əzabdır, bu necə zülüm?!
Sənə yandığımtək heç yanmadım mən
 
Dünyadan gedənlər qayıtmır bir də
Bir taya altında doğulmuşdun sən
Həmin o tayada, həmin o yerdə
Köpüklər içində boğulmuşdun sən
 
Sənin o çarəsiz, dilsiz ağzından
Xırıltı gəlirdi, bir səs gəlmirdi
Cansız bədənində qalmamışdı can
Sən artıq yox idin,nəfəs gəlmirdi...
 
Özün də bilirdin,yetim deyildin
Həmişə əhdinə sadiq qalmısan
Sən mənim sadəcə itim deyildin
Mənim ən vəfalı dostum olmusan...
 
Müəllif:Rəvan Məmmədli


Şərhlər: 6
Baxılıb: 205
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli seirdir
18 mart 2016 14:36
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
S.Heydarova
ilk dəfə itə yazılmış şeir oxudum
18 mart 2016 14:14
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
18 mart 2016 13:07
# 4
tatyana
Ser sevmesemde ite aid oldugu ucun merak etdim oxudum,bizim itimiz vardi usaqvaxti it olunce butun kucenin usaqlari yigisdiq iti uzatdiq aglasdiq basinda sonrada yer qazdiq basdirdiq,mamam zibilliye aparib atin demisdi,mamanin onda xeberi olduku bagcadan iy gelirdi
18 mart 2016 11:12
# 3
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
BARBI
Cox tesirli seirdir.Men heqiqetende pis oldum. Olmus itim var idi. Onu yadima saldi. It en sadiq canlidir. Sahibini hec vaxt atmaz
18 mart 2016 09:21
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Əlbəttə bizə sadiq olan canlılardır itlər amma onlarda ölümsüz deyillər...
Mənalı şeir alınıb ilk dəfə hansısa canlıya bu cür sevgi forması ilə tanış oldum təsirlidir anlayana..
18 mart 2016 08:08
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz