Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vicdan şahidliyi
Vicdan şahidliyi
Göndərən: my_angel
Şərhlər: 5
Baxılıb: 235
Səs ver:
Hərdən əzab satar, qəm alar məni, 
Mənim bu dünyada çox xatam olub.
Səhvlər, qüsurlar, xatalar məni
Yenidən yaradan öz atam olub.
Xatalar üstündə boy atmışam mən,
Özümü yenidən yaratmışam mən.

Səhvimə, xatama hamıdan qabaq
Şahid də, hakim də vicdandır ancaq.
Belə bir məqamda vəkil lal olur,
Haqq kəsir, yalansa payimal olur.
Şahidim, vəkilim, hakimim də mən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?

Vicdan şahidliyi! Könüllü dustaq!
Özündən könüllü intiqam almaq!
Vicdan şahidliyi! Bir hökmdar tək
Özünə çəkdiyin öz sinə dağın.
Vicdan şahidliyi! Özünü görmək,
Özünün özünə təslim olmağın.

Özünü görməyən görməz özgəni,
Sözünü anlamaz, özünü bilməz.
Özünü bilməyən bilməz kimsəni,
Əyriyə əyilər, düzə əyilməz.
Şahidin, vəkilin, hakimin də sən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?

Müəllif: Bəxtiyar Vahabzadə


Şərhlər: 5
Baxılıb: 235
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayshen
Cox gozel sheirdi..
Balzac-in gozel bir sözü var .. Deyir; Vicdan yanilmaz bir hakimdir, biz onu öldürmedikce..

Teshekkurler muellife..
2 mart 2016 14:55
# 5

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
vipbetul
qeseng seirdir
2 mart 2016 12:07
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Özünü görməyən görməz özgəni,
Sözünü anlamaz, özünü bilməz.
Özünü bilməyən bilməz kimsəni,
Əyriyə əyilər, düzə əyilməz.
Şahidin, vəkilin, hakimin də sən,

Şeir çox gözəl və mənalıydı, bu bəndini daha çox bəyəndim. Belə insanlar ətrafımda çoxdu əyrini görübdə düzgünlükdən uzaq, ruhu çirklənmiş bir insanın hansı vicdannından danışım?) O vicdanla hansı namaz üstündə oturub dua etsəndə ancaq və ancaq günah qazanarsan nəinki savab... Allah belə şəxslərin şərindən uzaq eləsin.
2 mart 2016 11:57
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Cox gozel ve menali seirdir. Insan her seyden qaca biler vicdanindan esla. Vicdan ele bir mehkemedir ki gece yuxulara haram qatir. Seni rahat buraxmir
2 mart 2016 09:27
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Özünü görməyən görməz özgəni,
Sözünü anlamaz, özünü bilməz.
Özünü bilməyən bilməz kimsəni,
Əyriyə əyilər, düzə əyilməz.
Şahidin, vəkilin, hakimin də sən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?

Çox mənalı eyni zamanda da həqiqəti əks etdirən şeirdir. Ən böyük məhkəmə insanın vicdanıdır. Bədbəxt o kəsdir ki, vicdanın səsini eşitmir nə olan şeydir bilmir ya da onun üçün önəmli deyil..
2 mart 2016 09:09
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz