Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana və Poçtalyon
Ana və Poçtalyon
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 375
Səs ver:
Dörd ay vardı ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi.
Sorurdu:"Balam hanı?"Hər cəbhədən gələndən,-
Ondan xəbər gəlməyir,xəbər gəlir öləndən.
"Yerəmi batdı oğlum,göyəmi çıxdı oğlum?
Bəlkə mən yanılmışam,əzəldən yoxdu oğlum?!
El bilir ki,uşaqlıqdan o,naxələf olmayıb,
Ürəyimə damıb ki,oğlum tələf olmayıb...

Bəs nədir yazmır anaya bircə kağız?
Oğul,oğul deməkdən qabar oldu dil,ağız"
Buludlu səma idi,onun dalğn baxışı
Gözlərindən yağırdı bir ilk bahar yağışı.
Qəlbindəki ilk yara təzəydi,builkiydi;
Onu bu hala salan nobarıydı,ilkiydi,
Qalxırdı yatağından dan yeri söküləndə...
Həq qapı açılanda,hər qapı döyüləndə,
Dikilirdi ananın gözləri bir nöqtəyə,
Sevinirdi:-"Oğlumdan bəlkə məktub var!"-deyə.

Dörd ay vardı ananın gözləri yol çəkirdi:
Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi.

Tanımayan tapılmaz məhlədə poçtalyonu;
Hamı istərdi onu,hamı sevərdi onu,
Onu tanıyırdılar adamlar addımından,
Bir bayramdı,çantası dolu gəldiyi zaman.
Anaya şad xəbərlər gətirmişdi vaxtilə,
İndi kağız almayan ana gələrək dilə
Söylədi poçtalyona bir neçə acı kəlmə:
-Məktub olmasa,bir də sən bu həyətə gəlmə!
POçtalyon söz demədi,dilsiz dayanıb durdu,
Elə bil dağ başında onu ildırım vurdu...
Ananın gözlərində sual gördü bir yığım,
Başını yerə dikib dayandı xeyli dalğın
Sinəsini ötürüb sonra küçəyə çıxdı,
Fikirlər,düşüncələr həssas qəlbini sıxdı.
Deyirdi öz-özünə:-Ananın haqqı vardır
Geniş dünya oğulsuz onun qəlbinə dardır...

Dörd ay vardı ananın gözləri yol çəkirdi:
Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi....

Günlər keçdi...poçtalyon bu həyətə girmədi;
ANa gözüylə onu çox aradı,görmədi.
Bütün həyətdəkilər öyrənmişdilər ona,
Hamı dedi:"Görəsən nə oldu poçtalyona?!"
Bu qoca poçtalyon da anaya bir dərd oldu;
Yolunu gözləməkdən hər gün gözü dörd oldu.
Heç olmasa,poçtalyon bu həyətə gələndə,
Məktub alan qonşular sevinəndə,güləndə,
Oğlunu xatırlayıb sevinirdi ana da;
Ümumin sevincindən pay düşürdü ona da...
Ana düşündü:"Bəlkə qəlbini qırdım onun,
Bəlkə bir macəra var başında poçtalyonun...
Bəlkə onun da oğlu qanlı döyüşlərdədir,
Kim bilir,bəlkə,o da mənimlə bir dərddədir...
Xəstədir,baxan yoxdur,bəlkə də poçtalyona,
Evlərini bilsəydim,bir baş çəkərdim ona.
BUndan artıq nə gələr,nə gələr ki, əlimdən?!
Kaş ki,o sözlər mənim çıxmayaydı dilimdən,
Məktub gətirməsə də,qoy gəlsin,görək onu...
Görməsə çatlayacaq bu dərdli ürək onu...
Oğlumun ətri gəlir,onun hər gəlişindən,
Ümid,təsəlli yağır mehriban gülüşündən..."
Dərdli ananın artdı indi birə on dərdi,
Bir doğma oğul dərdi,bir də poçtalyon dərdi...

Bir gün qapısı açıldı çox sürətlə,
Qonşular çıxdı evdən təəccüblə,heyrətlə,
Gördülər ki,poçtalyon əlində məktub gəlir,
Elə bil caynağında qartal ov tutub gəlir,
Aldılar bir qırpımda poçtalyonu dövrəyə:
-Məktub kimədir??Söylə,niyə dinmirsən,niyə?
Zilləyib gözlərini ananın gözlərinə,
Poçtalyon qanaq taxdı öz ürək sözlərinə:
-Bundan neçə gün əvvəl məndən küsən,inciyən,
"Məktub olmasa, bir də bu evə gəlmə"- deyən
Mərhəmətli,möhtərəm anayadır bu kağız!...
Hamı bir səslə dedi: "Gözlərin aydın ay qız!"
Ana,gözləri yaşlı,ətir saçan dilindən,
Tez öpdü poçtalyonun məktub verən əlindən....

Müəllif: Süleyman Rüstəm


Şərhlər:
Baxılıb: 375
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz