Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İndi mənim ürəyimdə özgəsi var!
İndi mənim ürəyimdə özgəsi var!
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 439
Səs ver:
Ümid olma nə axşama, nə sabaha,
Hönkür-hönkür ağlamağa, nə də aha,
Bundan sonra yuxuma da girmə daha,
Çünki bunu çox sərt deyir bizə rüzgar,
İndi mənim ürəyimdə özgəsi var!

Öz əkdiyin o güllər də indi solub,
Unuduram, aramızda nələr olub.
Sənin yerin ürəyimdə artıq dolub,
Bu sevgidə təkcə sənsən,sən günahkar,
İndi mənim ürəyimdə özgəsi var!
.
Peşimanlıq ürəyini eşir, didir,
Ancaq demə hər şeyi də fələk edir!
Fəsıllərə çox inanma, gəlir, gedir,
Nə olsun ki,bu qış gedir,gəlir bahar,
İndi mənim ürəyimdə özgəsi var!

Bütün şəhər o gün mənə qarşı idi,
Gülüşlərin vəfasızlıq marşı idi!
Öz gözümlə nəyi görsəm,yaxşı idi?
Bir sən idin,bir özgəsi,bir də bulvar,
İndi mənim ürəyimdə özgəsi var!
.
Mən qalmışam bir adada sanki yalqız,
Coşub-daşan dəniz burda çox amansız!
Ümid qalıb bir qayığa indi yalnız;
Bu qayıqda fələk çəkir ancaq avar,
İndi mənim ürəyimdə özgəsi var!

Dumanlıdır hər tərəfim;sağım,solum,
Soyuyubdur iş-gücümdən əlim,qolum.
Açılsa da sənə tərəf gələn yolum;
Mən gəlmərəm-boğsa məni hətta qübar,
İndi mənim ürəyimdə özgəsi var!
.
Çox olub ki,bir xəlvətdə ağlamışam,
Sınıq qəlbi eşq odunda dağlamışam!
Taleyimi başqasına bağlamışam,
Ümidim var sönmüş olan şamım yanar,
İndi mənim ürəyimdə özgəsi var!

Yadındadır,seyr edirdik biz dənizı,
Dəniz şövqlə dınləyirdi səsımızı.
Söylədin ki,ayırmasın hicran bizi;
Bəs nə oldu sənin arzun,ey xətakar,
İndi mənim ürəyimdə özgəsi var!

Durduğumuz sahil yeri indi bərbad,
Qumlu sahil hətta səni etmirdi yad.
Silinmişdi üzərində yazdığım ad,
Sanki bilmiş onu yuyan bu dalğalar,
İndi mənim ürəyimdə özgəsi var!

Ləpə üstdə o qağayı necə şaddır,
Heyif bilmir,bu sahillər mənə yaddır!
Ondan qalan bir xatirə quru addır.
Hislərimi gəl oyatma, ey gilavar,
İndi mənim ürəyimdə özgəsi var!

Mənim kimi yoxdur sənin dəyanətin,
Özünü də çox yandırır xəyanətin!
Kimə lazım belə ucuz məhəbbətın?!
Bir qədər döz,sənin yaran tez sağalar,
İndi mənim ürəyimdə özgəsi var!

Zənglər edib deyirsən ki, peşimansan,
Mesajlardan bəlli olur, pərişansan,
Günün keçir ah-vay ilə, qəlbi qansan.
Daha gecdir,geri dönməz gedən qatar,
İndi mənim ürəyimdə özgəsi var!

Ağla gülüm,ağlar gözün qəmxarı yox,
Yanında da sönmüş eşqin sərdarı yox!
Bu günah ki,sən emisən, miqdarı yox,
Yoxdur burda nə bir ölçü, nə bir civar,
İndi mənim ürəyimdə özgəsi var!
.
Sevmək necə asan oldu, qəribədir,
Unutmaqsa çox çətindir,görən nədir?!
Yox,düşünmə bu küsməyim bəhanədir.
Guya qəlbim yenə səndən sevgi umar,
İndi mənim ürəyimdə özgəsi var!

İki qəlblə sevda qurmaq nədən deyir,
Sevən qəlbin genişliyi - xeyir, xeyir!
İlğım kimi hər ikisin yolun əyir,
Hey gedirlər, susuz çöldə bir intizar,
İndi mənim ürəyimdə özgəsi var!

Ola bilər bir binada yaşayaq biz,
Ola bilər çatsın bizə lar səsimiz!
Yaxin ikən mən olaram yenə sənsız.
Ayıracaq onda bizi bir daş divar,
İndi mənim ürəyimdə özgəsi var!

Nə işinə,bu sevdiyim kimdi mənım,
Allahın bir bəndəsidir bu həmdəmim!
Bəlkə məni xoşbəxt edər, bitər qəmim,
Yaddan çıxart, unut məni, vəfasız yar,
İndi mənim ürəyimdə özgəsi var!

Sən öyrətdin məhəbbəti,eşqi mənə,
Qəm çəkməyi, ağlamağı, əşki mənə!
Bu dərsləri keçməyəydin kaş ki mənə.
Sevə bilsəm, bilməsəm də budur qərar,
İndi mənim ürəyimdə özgəsi var!
 
Bəxtiyar Ruşin


Şərhlər:
Baxılıb: 439
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz