Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəlkə də..
Bəlkə də..
Göndərən: aLoNe AnGeL
Şərhlər: 9
Baxılıb: 500
Səs ver:
Dilim istəmədən sevmirəm dedi,
Dərdlilər içində başda biz varıq.
Bəlkə də o görüş sonuncu idi,
Bəlkə də nə vaxtsa qarşılaşarıq..

İnanma belə tez sevərəm yenə,
Ömürlük bağlanıb eşqin kitabı.
Bəlkə də nə bilim, gülürsən mənə,
Bəlkə də çəkirsən vicdan əzabı...

Bəlkə düşünürsən bitsin ayrılıq.?
Deməyim artıqdı, günahımdan keç.
Bəlkə də yoldasan, gəlirsən artıq,
Bəlkə də gəlməyi düşünmürsən heç..

Hər şeyin çarəsi əgər zamansa,
Zamanım azaldı, kədərim boldu...
Bəlkə də düzələr hər şey haçansa,
Bəlkə də bundan da beşbetər oldu...

Ən gözəl şeyləri mən diləmirdim.?
Amma ki görmədim səndən yaxşısın.
Bəlkə də mən sənə bəs eləmirdim,
Bəlkə də tapmısan məndən yaxşısın...

Bəlkə günahını anlayıb susdun,
Bəlkə də səhvini dedi bəlkələr...
Bəlkə bəlkələrdir sənin də dostun,
Bəlkə də bilmirsən nədi bəlkələr..

Əksimi görərsən qəlbimə baxsan,
Amma "gəl" deməyə hünərim yoxdu.
Bəlkə unutmusan, bununçün yoxsan.
Bəlkə də ölmüsən, xəbərim yoxdu...

Demə ki çox şeyi bilmir söyləyir,
Çox gözəl bilirəm söylədiyimi...
Bəlkə düşünürsən, indi neynəyir.?
Bəlkə də bilirsən neynədiyimi...

Yaşadıq ən acı həqiqəti biz,
Yaşada bilmədi həqiqət bizi...
Bəlkə də bitirdik məhəbbəti biz,
Bəlkə də bitirdi məhəbbət bizi...

Qəfil ayrılanlar biz ikimizik,
Amma tək dərd çəkən qəmli var, Mənəm...
Bəlkə də günahkar biz ikimizik,
Bəlkə də ən böyük günahkar mənəm...

İstəsən ömründən məni silərsən...
Düşünüb hər şeylə ayaqlaşarsan.
Bu şeiri eşidib bəlkə gələrsən,
Bəlkə də biraz da uzaqlaşarsan...

Çəkdiyim kədəri mən deyim, tanı,
Alaraq qoynuna gəzdirir məni.
Bir yandan "kaşki"lər yorur insanı,
Bir yandan "bəlkə"lər bezdirir məni...

Müəllif: Xanlar Corat


Şərhlər: 9
Baxılıb: 500
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
belkelerle ömrümü yedim(
tsklar
7 avqust 2015 16:43
# 9
Don't trust anyone ∆
Catwoman666
Bir yandan "kaşki"lər yorur insanı,..

Kaş ki'lərdən bezmişəm 29

...666...
6 avqust 2015 19:50
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Narın Yağış
Yaşadıq ən acı həqiqəti biz,
Yaşada bilmədi həqiqət bizi...
Bəlkə də bitirdik məhəbbəti biz,
Bəlkə də bitirdi məhəbbət bizi...


Ayrılıq çox pis hissdir.. ama ayrıldınsa gərək içindədə bitirəsən o xatirələrlə yaşamaq insana əzab verir..
6 avqust 2015 18:28
# 7
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Little girl
Allahim eynile menim heyatimi,menim dusuncelerimi sozlere duzub sanki.Meettel qaldim.Eynile menim heyatim ve dusuncelerimdir.Amma ki seirde de dediyi kimi:
İnanma belə tez sevərəm yenə,
Ömürlük bağlanıb eşqin kitabı.
Bəlkə də nə bilim, gülürsən mənə,
Bəlkə də çəkirsən vicdan əzabı...
Yeni ki menimcun artiq esqin kitabi baglanib.Belke de ne vaxtsa acacam o kitabi.Amma basqasi ucun))Cunki sevgi ucun hele tezdir.Gec de olsa anladim.Her kes heyatinda sehv ede biler.Esas olani sehvini anlamaq ve o sehvi duzeltmekdi.Men de bele etdim.Ve cok mutluyum.

Çəkdiyim kədəri mən deyim, tanı,
Alaraq qoynuna gəzdirir məni.
Bir yandan "kaşki"lər yorur insanı,
Bir yandan "bəlkə"lər bezdirir məni...
Bu da cox gozel misradir.Bi zamanlar bende de boyleydi amma simdi her sey guzel.
6 avqust 2015 15:22
# 6
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Mrs.Pianist
`-TeshekkurLer
6 avqust 2015 15:09
# 5
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
Yaxsıdı
6 avqust 2015 14:42
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ela
Cox gozel serdu
6 avqust 2015 11:37
# 3
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Dosta_inam
Cox gozel seirdir, belkeler keskeler olmasa heyatda jesje, o zaman gozel olar her sey, tesekkur.
6 avqust 2015 10:44
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Seir cox gozeldi. Bu sozu calisdiqca az isledirem. Hec vaxt belkelerle yasayan olmamisam.
6 avqust 2015 08:45
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz