Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatın mənası yox, Yaşamaq heçdir, Gülüm!
Həyatın mənası yox, Yaşamaq heçdir, Gülüm!
Göndərən: WiRiN BaLaM
Şərhlər: 10
Baxılıb: 413
Səs ver:
Ürək, o ürək deyil,
çırpınıb, gecə-gündüz
darıxardı, səninçün...
Sanki, heç döyünməyir,
duymayır bu həyatı.
Dünyanın axarında,
dəyərək, daşdan-daşa,
Elə, biganələşib;
unudub, bu həyatı...
Köksümdə "ürək yeri”
boş qalıb, inan mənə...
Adidən-adi duyğu,
tərk eləyib qəlbimi,
Heç nəyə ehtiyac yox,
Hər şeyə etinasız,
"ROBOT”-a çevrilmişəm...
Həyat özü mənasız,
Dünya boş bir, əyləncə.
Sən də yaddan çıxmısan,
Sənin məhəbbətin də...
Hardan alım o, günü;
geri dönməz keçmişi?
Görüşə tələsərdim,
HƏSRƏTİNLƏ YAŞARDIM,
Səni az-az görərdim,
Xəyalla danışardım...
Həmişə birgə idik;
sırada, iş başında,
oxuyanda, yazanda...
Oxuyanda sətirlər,
Yazanda dərt olardın.
Yatmaq üçün yatağıma girəndə,
Heykəl olub başımın, üstündəcə durardın...
İndi, hanı o, istək?
Hanı qəlbdə o, həvəs?
Hər şey tərk edib məni,
Quru qəfəs qalmışam,
Bilməm bu duyğuları,
Kimdən necə almışdım?
Kimə necə satmışam?!
İnsan necə dəyişər,
Necə solarmış, Gülüm?!
İnsan kütlə içində,
Necə də təklənərmiş,
Tənha qalarmış, Gülüm?!
Bilməm, zaman soyutdu,
Yoxsa ki, biganəlik???
- bu eşqi, məhəbbəti,
səmimi ünsiyyəti...
Sevgimə acıyıram;
- necə sonluğa çatdı,
nələrin arzusunda,
nərdə axşamlamışıq???
Bilməm, sonu necədir,
Hələlik tək qalmışam,
Sən orda, xoş xəyalla,
Ovudursan gününü,
Mənisə, biganəlik,
Alıbdı ağuşuna...
Nəsə...
İllərin axarında,
Bilməm, hayana doğru,
Ömür baş alıb, gedir...
Dünya özü qaranlıq,
Suyu yaman bulanlıq,
Həyat özü qəribə,
Ömür yolu dolaşıq,
Sonu da sonsuzluğa,
Uzun yolu yarıda,
Yaman mənasızlaşıb,
Bu mənasız, duyumsuz,
Həyat,
nədəndi bilməm,
mənimçün cılızlaşıb...


* * *
Həyatın mənası yox,
Yaşamaq heçdir, Gülüm!
Nə güldə var, təravət,
Nə də eşqdə sədaqət...
Məhəbbət nağıllarda,
Yaşayardı bir zaman,
İndi, nağıllardan da
Uçub, ərşə gedibdi...
Həyatın mənası yox,
Yaşamaq heçdir, Gülüm!
Nə dünyaya etibar,
Nə insana inam var...
İnsanlar etibardan,
inamdan uzaq düşüb!!!
Sədaqət insana yad,
məhəbbətsə, yabançı...
Səmimilik gen düşüb!!!
İnsan qaıb ümidsiz,
İnsan tam etinasız,
İnsan insanlığa yad, yabançı məxluq olub...
Bu duyumsuz həyatın, duyğusuz sakiniyəm...
Demə ki, biganəyəm, qayğılardan azadam, sakitəm, asudəyəm?!


Şərhlər: 10
Baxılıb: 413
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sevgi Meleyi
Əlaa superdi halaldıı yazana
9 avqust 2015 01:36
# 10
love love love
Yusif Ulker
super bayildim
1 avqust 2015 23:23
# 9
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Catwoman666
Səmimilik gen düşüb!!!
İnsan qaıb ümidsiz,
İnsan tam etinasız,
İnsan insanlığa yad, yabançı məxluq olub...
Bu duyumsuz həyatın, duyğusuz sakiniyəm...
Demə ki, biganəyəm, qayğılardan azadam, sakitəm, asudəyəm?!

hissəsini daha çox bəyəndim.

...666...
31 iyul 2015 12:59
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
beleda
30 iyul 2015 20:32
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
maraqlı serdi, paylasdigin ucun təşəkkür
30 iyul 2015 17:35
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Mrs.Pianist
Tesekkurler qeşeng seirdi
30 iyul 2015 14:13
# 5
Acısı çox olan qizların guluşu gozel olur.!
Little girl
Her setir meni anladir.Onuncun de cox beyendim.Menali seidir.
30 iyul 2015 12:38
# 4
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Tomris Müslümova
Səmimilik gen düşüb!!!

gözəl şeirdi amma bu sətir həqiqətdi
30 iyul 2015 11:01
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dosta_inam
Maraqli seirdir, tesekkur.
30 iyul 2015 08:36
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Heyatda ele yasa ki yasamaqcun heyata davam etmekcun bir menan bir dayanagin olsun. Seirin menasi cox derindir elbette anlayana
30 iyul 2015 08:18
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz