Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən getdin...
Sən getdin...
Göndərən: Narın Yağış
Şərhlər: 9
Baxılıb: 472
Səs ver:
Sən getdin... sənsizlik mənimlə qaldı,
Üzsüz qonaq kimi getmək bilmədi.
Sən getdin... könlümü qüssə-qəm aldı,
Günlər aya döndü, ötmək bilmədi...

Sən getdin... dəyişdi fəsillər bir-bir,
Guya, bu yoxluğa alışdım mən də.
Silib xəyalları sətirbəsətir,
Ayaqda qalmağa çalışdım mən də.

Sən getdin... kölgənə dönüm, istədim,
Sən keçən yolları keçə bilməyə.
Bitib-tükənməyə n dözüm istədim,
Qəmi damla-damla içə bilməyə.

Sən getdin... köksümdə bir eşq yarası,
Mənə yoldaş oldu elə o gündən.
Qarışdı hər şeyin rəngi, sırası...
Küsdüm səni alan kəm taleyimdən.

Sən getdin... ölmədim, yaşadım, niyə?
Yaşadım lal olan nəğməkar kimi...
Eşqini könlümdə daşıdım, niyə? -
Sanki həyatımda hələ var kimi...

Sən getdin... əlimdən, söylə, nə gəlir?
Guya, bu yoxluğa alışdım mən də...
Amma ki, hər dəfə qəlbim titrəyir
Səsinə bənzəyən səs eşidəndə...


Şərhlər: 9
Baxılıb: 472
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
Sen getdin.... elimden soyle ne gelir
Guya bu yoxluga alisdim mende
Ama ki her defe qelbim titreyir
Sesine benzeyen ses esidende



superrrrr seirdi cooox beyendim yani
2 avqust 2015 08:16
# 9
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
VIP
Bəzən kimssənin getməyi sənin xeyrinə bəzəndə zərərinə olur kimin getməyi kimin qalmagına inşallah Allah qərar verər cünki hər şeyin yaxşısını O bilir
20 iyul 2015 20:56
# 8
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Mrs.Pianist
Tesekkurler,beyendim
20 iyul 2015 17:10
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
belada

belada
20 iyul 2015 14:11
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ell.nell
Cox maraqlıdı..geden mutleq insandan bir şey alıb aparır....
20 iyul 2015 11:18
# 5
WiRiN BaLaM
Gözəl şeirdi
Sən getdin... ölmədim, yaşadım, niyə?
Yaşadım lal olan nəğməkar kimi...
Eşqini könlümdə daşıdım, niyə? -
Sanki həyatımda hələ var kimi...
20 iyul 2015 11:06
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Dosta_inam
Bezen insanin getmekden basqa caresi olmaz, bezen ozu getsede ruhu fikirleri getdiyi yerde qalar, cox gozel seirdir, qem dolu keder dolu, tesekkur.
20 iyul 2015 09:55
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Getmek: bezen ele bir veziyyet yaranir getmekden basqa care qalmir . Seiri cox beyendim menali seirdi
20 iyul 2015 08:09
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Menali weirdi)Sen gediwinle heyatimi aldin menen.Ancaq bezilerinin gediwi xowbextlik getirir
20 iyul 2015 07:36
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz