Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özüm üçün darıxmışam...
Özüm üçün darıxmışam...
Göndərən: tek umidim sen
Şərhlər: 15
Baxılıb: 649
Səs ver:
Ən böyük xəyalı
böyümək olan özüm üçün darıxmışam...
Böyüdüm, kiçilmək istədim,
uşaqlaşmaq
yenə də uşaqlar kimi qəhqəhə çəkib
ürəkdən gülmək istədim...

Ən böyük istəyi
doyunca oynamaq olan özüm üçün
darıxmışam
oynaya-oynaya böyüdüm
anladım ki özüm də bir oyuncaqmışam
Fil olub piyadaları sıradan çıxarmağıma
qürrələnərkən –
Şahmatdakı kimi -
qüdrətli bir əlin oyuncağı olduğunu
anlamamışdım...

Ən ağır dərdi
yatmaq olan özüm üşün darıxmışam...
Böyüdüm,
saxta laylalar belə yuxuya verdi məni
Elə dərindən yatdım ki
həyatın ən səs-küylü zəngləri belə oyada
bilmədi
yatdım, qaldım
yox, yox, işə deyil, həyata gecikdim...

Ən böyük xəyanəti
dərsdən qaçmaq olan özüm üçün
darıxmışam...
İlk qaçışım çətin oldu,
yadımdadı
Dərs mənə tərs gəldi
qaçdım
indi həqiqətlərdən qaçdığım kimi...

Ən böyük cinayəti
qənddandan qənd oğurlamaq olan özüm
üçün darıxmışam
Şirinlərdən xeyir gəlmədi heç zaman,
marça-marçla yediyim qəndlər dişlərimi
çürüdüb, tökdü
günahı siçanın boynuna atdı atam,
anam...

Ən böyük qorxusu
üst-başını bulamaq olan özüm üçün
darıxmışam
anamdan elə qorxardım ki...
Böyüdüm, ruhumu buladım
anam dinmədi
dinə bilmədi
dindi, bilmədim
ölmüşdü...

Ən qəddarlığı
həyətdəki pişiyin ayaqlarını
biri-birinə bağlamaq olan özüm üçün
darıxmışam
Elə məsum günahlarım var idi ki...
Böyüdüm
günahlarım ayaqlarımı bağladı
haqqa doğru gedə bilmədim...

Darıxmışam
Illər öncə itirdiyim
o sevincli üzüm üçün darıxmışam
Sənin üçün məndən gedən
Səndə qalan özüm üçün darıxmışam...
Darıxmışam...

...Doğularkən ağlayırmışam deyərdi anam
Sənə mənim öyrətmədiyim yeganə şey
ağlamaqdı deyərdi...
Gülməyi isə sonradan mənə həyat öyrətdi
Və mənim ilk öyrəndiyim saxtakarlıq gülmək
oldu...

İlqar Kamil (gənc yazar və şair)


Şərhlər: 15
Baxılıb: 649
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
ferqli seirdi, men de ozum ucun darixmisam...
29 iyun 2015 23:11
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
gozel menali seirdi
29 iyun 2015 18:38
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
axirdan ikincisini beyendim
29 iyun 2015 17:10
# 13
Fialka
Darıxmışam
Illər öncə itirdiyim
o sevincli üzüm üçün darıxmışam
Sənin üçün məndən gedən
Səndə qalan özüm üçün darıxmışam...
Darıxmışam...

Şeirin müəllifinə və bu şeiri bizimlə paylaşana təşəkkürlər...
29 iyun 2015 15:25
# 12
Mrs.Pianist
Cox gozel xeberdi.
29 iyun 2015 15:16
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
aliceWOnDer
...Doğularkən ağlayırmışam deyərdi anam
Sənə mənim öyrətmədiyim yeganə şey
ağlamaqdı deyərdi...
Gülməyi isə sonradan mənə həyat öyrətdi
Və mənim ilk öyrəndiyim saxtakarlıq gülmək
oldu...
29 iyun 2015 14:05
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
aLoNe AnGeL
Seir superdir Ilqar Kamil -ellerinize sagliq
29 iyun 2015 12:32
# 9
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Tomris Müslümova
Allah hərəyə bir qismət yazıb bəzən pis bəzən yaxşı itirdiklərimizdə olur qazandıqlarımızda ama hər iki halda bu günümüzə şükür
29 iyun 2015 10:54
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
KRALİCEM
Ehhh itirdiklerimin araainda hemise en cox kendimi ozluyarum
29 iyun 2015 10:45
# 7
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Narın Yağış
Darıxmışam
Illər öncə itirdiyim
o sevincli üzüm üçün darıxmışam
Sənin üçün məndən gedən
Səndə qalan özüm üçün darıxmışam...
Darıxmışam...


Məndə darıxmışam geridə qoyduğum illər üçün geriyə dönmək şansım və indiki ağlım olsa bir sıra peşmanlıqlarım oldu onları etməzdim 29
29 iyun 2015 09:49
# 6
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
ell.nell
Mende cooox darıxmışam
29 iyun 2015 09:47
# 5
aziz a
Cox maraq dolu cumlelerdi..Qenddandan qend ogurlamaq ve yemek , disler curuyendede sicanin ustuna atmaq.......
29 iyun 2015 09:04
# 4
Qelbim doludu !!!!
BARBI
Deyerli ve menali cumlelerdi. Duygulari cox gozel hislerle ifade edib . Bezen insan o qeder saxtalasir ki ozu ucun darixir
29 iyun 2015 08:17
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Ay çox gözel menalı yazı idi,uşaqlaığım üçün keçen günlerim üçün mende darıxmışam,anamın dizine başımı qoyduğum günler üçün darıxmışam,o saxta gülüşleri mende öyrendim,içi qan ağlarken gülmeyi mende öyrendim,teşekkür edirem,bu gözel yazı üçün.
29 iyun 2015 07:44
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
my_angel
...Doğularkən ağlayırmışam deyərdi anam
Sənə mənim öyrətmədiyim yeganə şey
ağlamaqdı deyərdi...
Gülməyi isə sonradan mənə həyat öyrətdi
Və mənim ilk öyrəndiyim saxtakarlıq gülmək
oldu...

Təşəkkür mənalı şeir üçün
29 iyun 2015 07:29
# 1
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz