loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəribə bir gün
Qəribə bir gün
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 7
Baxılıb: 714
Səs ver:
Yataqdan ayrılmaq olmur nədənsə,
Yuxusuz gözlərdən yorğunluq axır.
Hava çox soyuqdur, bu bəhanəsə,
Evin hər tərəfin soba qızdırır.
 
İşə tələsməyə gərək də yoxdur,
Bu gün həftə sonu, istirahətdir.
Çöldəki ab-hava məni qorxudur,
Güclü yağış yağır, möhkəm yel əsir.
 
Səbəbin bilmirəm, müəmmalıdır,
Dünənki günəşdən iz də qalmayıb.
Külək hər bir yeri qırır, dağıdır,
Bircə qoca ağac məğrur dayanıb.
 
Hər şey cansıxıcı görünür bu gün,
Elə bil hər yeri matəm bürüyüb.
Xəbərim yoxdur heç, bəlkə də bu gün,
Qonşuda xəstənin yasıdır, ölüb.
 
Hələ bu, bu günün başlanğıcıdır,
Gör məni sonunda nələr gözləyir.
Ürəyim sıxılır, çox narahatdır,
Məncə bu, nəyəsə bir işarədir.
 
Bu günüm pəncərə önündə keçdi,
Əvvəllər bilmirdim tənhalıq nədir.
Səndən də, heç bu gün xəbər gəlmədi,
Nə qədər mənasız istirahətdir.
 
Artıq axşam düşüb, hər yer qaranlıq,
Əlimdə ən gözəl şəkillərin var.
Bunlarla daha da doğmalaşmışıq,
Acılar, ağrılar, bir də xəyallar.
 
Günün ağırlığın axır anladım,
Sən axı demişdin, toyum olacaq.
Mən necə unutdum, xatırlamadım,
Beyin iflic olub, ağlım qaçacaq.
 
Təbiət möhtəşəm gün təyin edib,
Yağışlar, küləklər yersiz deyilmiş.
Qonşuda xəstə heç vəfat etməyib,
Cənazə marşı da mənə görəymiş.
 
Özünü günahkar adlandırma sən,
Sən ki, heç bir səhvə yol verməmişdin.
"Mütləq eybim vardır” əgər düşünsən,
Yalnız bir eybin var, çox gözəl idin.
 
Mənimçün narahat olmağa dəyməz,
Mən belə həyata öyrəncəliyəm.
Deyirlər sevən kəs ümidin üzməz,
İnamı qürurla bir itirmişəm.
 
Bir gündə baş verən böyük fəlakət,
Ömrümdən gör neçə illəri aldı.
Məcburi ayrılıq, böyük rəzalət,
Ruhuma, qanıma xəstəlik saldı.
 
Nəysə gedim yatım, saat gec olub,
Sabah iş günüdür, tez qalxmalıyam.
Yorğanı üzümün üstünə qoyub,
Yuxu tutanacan ağlamalıyam.
 
Yəqin ağılsız deyəcək hamı,
Mənim olmayanı sevdiyim üçün.
İstəsə verəcəm yenə canımı,
Xətrinə dəymərəm bir parça cançün..

Müəllif: Nicat Babaşov

loading...
Şərhlər: 7
Baxılıb: 714
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
seiri beyenmedim amma menfi aura bexs eden seirdi yeni tam da mene aid(
1 iyun 2015 20:31
# 7
Viking
vipbetul
maraqli seirdi
1 iyun 2015 16:08
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Şeir sanki depresiyada olanın diliylə yazılıb insanı neqativ yükləyir ona görə bəyənmədim.
1 iyun 2015 15:56
# 5
Mrs.A
Cox menasiz weirdi beyenmedim
1 iyun 2015 15:39
# 4
Acısı çox olan qizların guluşu gozel olur.!
Cimbom Nilay
Yəqin ağılsız deyəcək hamı,
Mənim olmayanı sevdiyim üçün.
İstəsə verəcəm yenə canımı,
Xətrinə dəymərəm bir parça cançün..
1 iyun 2015 13:46
# 3
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
aziz a
Seirden adama o qeder menfi enerji geldiki, adam lap bu deqiqe olmek istedi.Amma heqiqet cox idi seirde, bu menadaki bele olanlr az deyil heyatda..Sebebsiz deyil yasadigi bu qarmaqarisiglig....Neise adam lap pis oldu....tesekkur seir ucun.
1 iyun 2015 08:58
# 2
Böyük Rebbim sen özün kömek ol hamıya....
BARBI
Menimde heyatimda bele qeribe gunler olur necistediyimi bilmediyim hec ne etmek istemediyim her seyden yoruldugum gunler olur
1 iyun 2015 07:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz