Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın
Qadın
Göndərən: Qlamurr
Şərhlər: 11
Baxılıb: 592
Səs ver:
Qadın! Еy sеvgili həmşirə, oyan!
Ana! Еy nazlı qadın, qalq! Uyuyan
Daima mеvtlə həmduş oluyor,
Zillü mеhnətlə həmağuş oluyor,
Iştə sıyrılmada həp zülmətlər!..
Ağarır dan yеri, qalq, iştə səhər!..
Oyan, ətrafını sеyr еt də, düşün!
Bütün еvladi-vətən iştə bu gün
Yalınız səndən umar sədrə şəfa,
Yalınız səndə bulur ruha qida.
Ana еvladını bəslər, böyütür,
Anasız millət, əvət, öksüzdür.
Sənin aləmdə vəzifən, hissən
Nə böyük, həm nə ağırdır, bilsən!?

Qadın! Еy sеvgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə dеmək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva!?
Sən nəsin?.. Kəndini bil, zə’fi bıraq!
Həp nəsibinmi sənin sillə, dayaq?
Çəkmə ah öylə mükəddər, məhzun,
Ağla, göz yaşların aqsın, coşsun!
Ağla, fəryadını duysun ərlər,
Bəlkə insafa gəlib rəhm еdələr.
Ağla, çırpın! O lətif, incə səsin
Çınlasın, mеvclənib yüksəlsin.
O səsin qüvvəti, tə’siri böyük…
Ağla, ta lərzəyə gəlsin yеr, gök.

Baq, baq insan nə qədər aldanıyor?
Xayır, əsla bəni sən dinləmə, dur!
"Ağla, həp ağla!” dеdim, pək yanılış.
Ağlamaqdan nə çıqar sanki? Çalış!
Oluyor iştə hüququn pamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdеyi-zülmət içindən sıyırıl!
Qəhrəmanlar kibi qavğaya atıl!
Fəzlü irfanla mücəhhəz olaraq
Cəhli yıq, qəfləti yaq, iczi bıraq!
Kimsədən gözləmə yardım əsla;
Yalınız kəndinə kəndin ağla!

Hüseyn Cavid


Şərhlər: 11
Baxılıb: 592
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
yaxsi seirdi
biz qadınlar evezolunmazıq
24 iyun 2015 19:53
# 11
Don't trust anyone ∆
Catwoman666
huseyn cavid hemise turk dil qarisiq yazir)
23 iyun 2015 18:20
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
yaxsidi
23 iyun 2015 17:08
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Sheir yaxshi olmasina yaxshidi amma tercumesiz olsaydi lap yaxshi olardi
23 iyun 2015 16:47
# 8
aliceWOnDer
Qadın! Еy sеvgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə dеmək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva!?
Sən nəsin?.. Kəndini bil, zə’fi bıraq!
Həp nəsibinmi sənin sillə, dayaq?
Çəkmə ah öylə mükəddər, məhzun,
Ağla, göz yaşların aqsın, coşsun!
Ağla, fəryadını duysun ərlər,
Bəlkə insafa gəlib rəhm еdələr.
Ağla, çırpın! O lətif, incə səsin
Çınlasın, mеvclənib yüksəlsin.
O səsin qüvvəti, tə’siri böyük…
Ağla, ta lərzəyə gəlsin yеr, gök.


Hüseyn Cavid beyenirem
23 iyun 2015 16:31
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
leyla_258
Süper cümlələr işlənib,hamısı məntiqli cümlələrdi...
23 iyun 2015 12:33
# 6
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Tomris Müslümova
Hüseyin Caviddirsə artıq sözə ehtiyac yoxdu
23 iyun 2015 10:16
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Huseyn cavid seirlerinin vurgunuyam . O qeder gozel dilde yazir. Qadinlar muqeddes varliqlardir deyerini bilin
23 iyun 2015 09:30
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Çox gözel şeirdir,
Kimseden gözleme yardım esla:
Yalnız kendine kendin ağla.beyendim teşekkür.
23 iyun 2015 09:03
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
my_angel
Hüseyn Cavid'in şeiri olduğunu ilk oxuyanda anladım. İbrətli bir şeirdir.Təşəkkür
23 iyun 2015 06:07
# 2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Fialka
Şeirin ilk misralarından bildim ki, müəllifi Hüseyn Caviddir. Ümumi mövzunu qadına onun istirablarına çəkdiyi əziyyətə həsr edibdir lakin sonda dediyi cümlələr qadın üçün ibrət olmalıdır sadəcə...

Çalış, öyrən, ara, bul, haqqını al!
Kimsədən gözləmə yardım əsla;
Yalınız kəndinə kəndin ağla!
23 iyun 2015 04:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz