Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlığında qiymət verin insanlara
Sağlığında qiymət verin insanlara
Göndərən: my_angel
Şərhlər: 13
Baxılıb: 587
Səs ver:
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, gözəl insan Cabir Novruzun şeir dünyasına kiçik səyahət etdik Qadınlar.Biz saytı olaraq şairin sevilən şeirlərindən bir neçəsini oxucularımıza təqdim edirik:
 
Cabir Novruzun özünün səsləndirdiyi, ən yaxşı şeirlərindən daha biri

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara...
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir...
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...


Şərhlər: 13
Baxılıb: 587
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
teri meri
bu il keçmişik dərsdə ama mən ədəbiyyatı oxumadığım üçün əzbır bilmirəm
20 may 2015 20:28
# 13
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
ALESSANDRA
sağlığında qiymət verin insanlara)))həqiqətəndə belə olmalıdı)))))))))))))))))))))))))))
20 may 2015 19:08
# 12
Don't trust anyone ∆
Catwoman666
bu seiri ezber bilirem bu il kecmisiq. deyesen bu sayt uje edebiyyat dersine cevrilir yavas yavas....indi hami baslayacaq dersde kecdiyi seirleri yazmaga
20 may 2015 16:01
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
Akkuw)
Bu seir menim en sevdiyim weirdi

bizim wairlerimizee alllah rehmet etsin heqiqetende cox menali derim fikirli sozler yaziblar ewq olsun azerbaycan weirlerine
20 may 2015 15:55
# 10
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
tek umidim sen
Cabir Novruzun en cox sevdiyim seiri,mektebde kecende cox gozel ezberlemisdimbu seiri)
20 may 2015 15:37
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
Marta
Cox sevdiyim seirlerden biridir. SAĞLİĞİNDA QİYMET VERİN İNSANLARA!!!
20 may 2015 13:39
# 8
Немного терпения, и у тебя все получится..
lelos
lap mekteb vaxti bu şeiri müellimeye danişdiqim yadima düşdü
20 may 2015 13:32
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
emis
seirlerden demek olar ki, en beyendiyim seirdi bu sagliginda qiymet insanlaraa bu seiri defelerle oxumusam yenede oxuyuram cox menalidi heyatda gorunen ve gorunmeyen tereflerini izah edir insana seir,dogrudu insanlara sagliqlarinda qiymet verek ki,oldukden sonra pesmanciliq cekmeyek sonradan edilen pesmanciliq hec bir fayda vermez.Ona gore de calisiram sevdiklerimin qedrini ve deyerini bilim bu variq saah yoxuq saniyeler,deqiqeler sonra basimiza ne geleceyini bilmirik.tesekur edirem paylasdiginiz ucun.
20 may 2015 12:06
# 6
efsane..
cox deyerli sairimiz ve deyerli seiri cox xosladigim seirdi bu seir dillerdedi amma emel olunmasi yenede zeifdi
20 may 2015 11:58
# 5
Baharim ol
BU seir lap yerine dusdu.Dunen binanin yanmagindan cox tesirlenmisem.Hele hele usaqlarin heyatini deyismesinden.heqiqeten insan bilmir ezizlerinin ne vaxt nece itirecek.ona gore elimizde olanalrin qedrini bilmeliyik
20 may 2015 11:33
# 4
Ama yenede
Fialka
Çox mənalı şeirdi və nələrisə nəticə çıxarmaq olar. Cabir Novruz bəyəndiyim şailərdən biridir. Bu dünyada olarkən qiymət verməyi bacarmasaq öldükdən sonra edilənlər nəyə gərək ? Sadəcə mənasızdı... Paylaşana təşəkkür.
20 may 2015 10:08
# 3
guler19
Cabir Novruz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir, və en sevdiyin şeirdir bu şeir.Kicikden boyuye her kese hormet etmek lazimdi. Sonradan gec ola bilər çünki.
20 may 2015 09:43
# 2
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
En beyendiyim seirlerden biridir. Her zaman sevdiklerinizin deyerini bilin onlara sag iken qiymet verinki olduyunnen sonra vicdan ezabi pesmanciliq cekmeyesiz

En beyendiyim seirlerden biridir. Her zaman sevdiklerinizin deyerini bilin onlara sag iken qiymet verinki olduyunnen sonra vicdan ezabi pesmanciliq cekmeyesiz
20 may 2015 09:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz