Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Darıxdım
Darıxdım
Göndərən: Gulu-Qezi
Şərhlər: 15
Baxılıb: 790
Səs ver:
Bir sevgi can verdi içimdə mənim,
O gündən kədərin köləsi oldum.
Üzməyi bilməyən bir insan kimi,
Mən eşq dənizinə düşüb boğuldum.

Közərə-közərə yanan şam kimi,
Həsrətin odunda yanıb darıxdım.
Yenə də ağlıma gəldi gözlərin,
Yenə də ismini anıb darıxdım...

Ruhumun qidası, dərdimə dəva,
Ürəyin məlhəmi sözlərin idi.
Mən ki bilməz idim şərabın dadın,
Məni sərxoş edən gözlərin idi.

Səadət səninlə köçdü və getdi,
Bilirəm, qayıdıb gələn də deyil.
Bilirəm, əzizim sən bilən kimi,
Dərdimi bir kimsə bilən də deyil.

Hələ də yolunda qalıb gözlərim,
Yollarına baxan gözüm ağlayır.
Nəfəsim dəyəndə pəncərəmizə,
Pəncərə nəfəsdən buxar bağlayır.

Yəqin ki hardasa xoşbəxtsən indi,
Amma dərd çəkən bir dərdli var-mənəm.
Bəlkə də ən böyük günah səndədir,
Bəlkə də ən böyük günahkar mənəm.

Sən elə bilmə ki yaşayıram mən,
Sağ ikən özümə qəbir qazıram.
Yenə də çəkilib xəlvət otağa,
Yenə darıxmaqdan şeir yazıram..

Közərə-közərə yanan şam kimi,
Həsrətin odunda yanıb darıxdım.
Yenə də ağlıma gəldi gözlərin,
Yenə də ismini anıb darıxdım...


Şərhlər: 15
Baxılıb: 790
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kama99
tewekkurler
4 may 2015 15:26
# 15
Lesya Kh
Mende çox darıxıram sevdiyim üçün. Bizi mecbur ayırdılar bir-birimizden. Menim ailem meni başqa bir oglana verdiler. İndi ise iyunda toyımdu. İnanın o qeder ğis oşuram ki, bu cür helayeleri, şeirleri görde dehşet. Allah heç kime bu cür şeyi yaşatmasın. İnsan sevdiyi insanı itirenden sonra başa düşür her şeyi. Amma sonra... Sonra kı, peşmançılıq fayda vermir...

Bəlkə də ən böyük günah səndədir,
Bəlkə də ən böyük günahkar mənəm
30 aprel 2015 20:57
# 14
Sevirəm sevmənin acı verdiyini , Hər sevənin sevilmədiyini bilə-bilə ... Amma yenə də bir ümid daşıyıram .Bəlkə sevən sevilər deyə. =/
Turkan Abbasova
Ayy. Mende cox cooox darixiram. Kas darixmaga bir care tapsaydilar
30 aprel 2015 17:50
# 13
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
emis
Yəqin ki hardasa xoşbəxtsən indi,
Amma dərd çəkən bir dərdli var-mənəm.
Bəlkə də ən böyük günah səndədir,
Bəlkə də ən böyük günahkar mənəm.

bu bendi daha cox beyendim tesekkur
30 aprel 2015 17:10
# 12
vipbetul
beleda seirdi

beleda seirdi
30 aprel 2015 17:01
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Səadət səninlə köçdü və getdi,
Bilirəm, qayıdıb gələn də deyil.
Bilirəm, əzizim sən bilən kimi,
Dərdimi bir kimsə bilən də deyil.
30 aprel 2015 15:36
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Şeir olduqca mənalı və təsirlidir, görünür şair darıxdığı kəsi vəsf edib..
30 aprel 2015 15:12
# 9
tek umidim sen
Bir sevgi can verdi içimdə mənim,
O gündən kədərin köləsi oldum.
Üzməyi bilməyən bir insan kimi,
Mən eşq dənizinə düşüb boğuldum.
30 aprel 2015 14:24
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
Catwoman666
men de darixiram amma kimdense otru yox. sadece darixiram
30 aprel 2015 14:12
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
Lucia
Çox darıxıram həqiqətən də. 15
30 aprel 2015 12:13
# 6
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Nezka
Darıxdığım adamı həyatımdan atdım
30 aprel 2015 11:57
# 5
İçimi görsən mənə aptek alarsan.
Tomris Müslümova
gozel seirdi muellif kimdi
30 aprel 2015 11:11
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Sevdiyi ucun darixmagin ayri bir gozelliyi var hele darixib qovusmagin demirem
30 aprel 2015 09:31
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
çox gözel şeirdir,teki her kesin istediyi yaninda olsun darixmağa ehtiyaci olmasin,ama harda o günler ele hey birileri üçün darixiriq.
30 aprel 2015 09:10
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
Qeweng weirdi.Her kesin bir darixdigi vardir
30 aprel 2015 07:21
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz