Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağla ana
Ağla ana
Göndərən: Wiyinka
Şərhlər: 12
Baxılıb: 604
Səs ver:
Qəlbim uşaq, özüm dədə yerində,
Ömrüm bilməm hansı vədə yerində.
Gözüm qan-yaş, rişələri dərində,
Ağla, ana, ağla, yetim qalmışam.

Boy atdığım bu dağ-dərə göz dağı,
Gözüm duman, seçə bilmir uzağı,
Köç eyləyib, boş qalıbdır otağı,
Ağla, ana, ağla, yetim qalmışam.

Görməmişdim, yetimliyin sərt üzün,
Gecə bildim ən günəşli gündüzün,
Milyon qat qəm, bircə qatdır şən üzüm,
Ağla, ana, ağla, yetim qalmışam.

Azad idim yüz qayğıdan maraqdan
Yapışmışdım qələm ilə varaqdan,
Qərib quşam, – baxan olsa uzaqdan,
Ağla, ana, ağla yetim qalmışam.

Ha çalışdım, dərd-qəmimi silkinəm,
Həsrət sıxdı, çirkinlərdən çirkinəm,
Nə olsun ki, ilk ovunam, ilkinəm,
Ağla, ana, ağla, yetim qalmışam.

Vaxtsız gəldi ayrılığın çaparı,
Arzu yarı, ömür yarı, bəxt yarı,
Göz dik yola, ha arzula, ha arı,
Ağla, ana, ağla yetim qalmışam.

Ağlım çaşıb, sinəm oddu qəhərdən,
Nələr çəkdim, bu axşamla səhərdən,
Qaçammadım yetim adlı zəhərdən,
Ağla, ana, ağla, yetim qalmışam.

Nə olsun ki, bütün gələn gedəsi,
Bal dadırdı şapalağı, hədəsi,
Mən də payam, ömrün hansı vədəsi,
Ağla, ana, ağla, yetim qalmışam.


Şərhlər: 12
Baxılıb: 604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: Catwoman666
bele seirler adamin kefini pozureee


mencede
28 sentyabr 2016 17:50
# 12
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Catwoman666
bele seirler adamin kefini pozureee
27 iyun 2015 21:09
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
ALlahim bizi Valideyinlerimizle imtahan etmesun insallah

ALlahim bizi Valideyinlerimizle imtahan etmesun insallah
27 iyun 2015 21:00
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Çox təsirli şeirdir..Analar həmişə hər dərdə yanan övladlarının fikir çəkən olurlar..Heç bir ana göz yaşı tökməsin inşAllah..
27 iyun 2015 16:07
# 9
aliceWOnDer
Anam, ancaq ve ancaq sevincden aglaya biler..!
27 iyun 2015 16:04
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ayka95
men o qeder anamdan xelvet aglamisam hec vaxt bildirmemisem
27 iyun 2015 15:50
# 7
KRALİCEM
Ehhh o qeder aglamisam isdemisem herseyimi anama deyem bir kelme deye fikir verme amma hardadi ele gun olub evimde soz sohbet olub aglamisam hemen deq anam zen vurub bildirmemisem deyib sesin niye hele gelir dwmisem qrip olmusam agliya afliya sms yazmisamki yaxsiyam detip skayipi ac seni gorum demisem skayip isdemir nedi gormesin goz yaslarimi
27 iyun 2015 10:14
# 6
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Dosta_inam
Allah analarımızı ağlatmasın,gözlerinden sevinc yaşı axsın axanda,çox gözel şeirdir,hetda kövreltdi meni,teşekkür.
27 iyun 2015 10:07
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Analarimiz ancaq sevincden aglasinlar. Hec vaxt anami aglatmaram. Onun gozunnen dusen bir damlaya dunyani yox ederem
27 iyun 2015 09:56
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Analar aglayir onsuzda balasi ucun, basqa kimin vecinediki, teki analar bala dagi gormesinler.Amin.
27 iyun 2015 09:31
# 3
Qelbim doludu !!!!
tatyana
Aglamisamda anamdan xelvet,derdimi anamin uzune baxanda gule gule cekmisem,anamin yaninda gulmusem ureyim aglarken
27 iyun 2015 09:19
# 2
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
sadecə mən
Analar ağlamasın heç vaxt.
27 iyun 2015 08:23
# 1
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz