Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəli bir ağlamaq keçir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən
Göndərən: Dark Lian
Şərhlər: 12
Baxılıb: 970
Səs ver:
Yüyürüb, yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoylu
Öpüm bu torpağı,öpüm doyunca;
Üzümə üz qoysun bu soyuq daşı,

Qoy şehə qarışsın gözümün yaşı...
Qurumuş bulaqlar içir könlümdən,
Dəli bir ağlamaq keçir könlümdən.
Könlünə dəydiyim,incitdiyim qız,

Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.

Yan desən,
Alışıb yana bilərəm.
Don desən,
Yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt!

Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.
Çoxdan qəbristana düşməyir yolum,
O tənha məzarı ot basıb bəlkə.

Mənim soyuqluğum laqeydliyim
Onun sinəsinə od basıb bəlkə.
Bir daş var gözümün yaşına həsrət,
Dayanıb o giley heykəli kimi.

Əlim torpağına, daşına həsrət,
Yıxılıb üstünə mən dəli kimi ağlayam gərək.
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək.

Şöhrətin üstünə yürüdükcə mən
İstəklər, arzular köçür könlümdən.
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən.

Küləklər oynayır kənd evimizdə,
Tale baş götürüb aparır məni.
Hörümçək tor qurub pəncərəmizdə,
Həsrətim çırpınır o torda mənim.

Yarasa boylanır uçuq tavandan,
Bükülmüş dirəklər çat-çat olubdur.
Qorxudan divarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur.

Gedim divarına yalvarım onun,
Gedim qapıların qatı açılsın.
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çiynimə barı uçulsun...

Daşı daş üstünə qoyum təzədən.
Dəlisov küləklər əsir könlümdə!
Elə kövrəlmişəm,
Bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdəm.


Şərhlər: 12
Baxılıb: 970
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
DASİ DAS USTUNE QOYUM TEZDEN. DELİSOV KULEKLER ESİR KONLUMDE. ELE KOVRELMİSEM BİLMİREM NEDEN.. DELİ BİR AGLAMAQ KECİR KONLUMDEN

AGLAMAQ İSTEYİREM AMA AGLAYADA BİLMİREM BİLMİREM NEDEN.. DELİ BİR AGLAMAQ KECİR KONLUMDEN...
21 mart 2015 12:52
# 12
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
MiRA
Ele kovrelmiwem, bilmirem neden Deli bir aglamaq kecir konlumden
8 mart 2015 01:21
# 11
Qədrimi bil -_-GECƏ-_- bir sənə göz yumuram...!
lili)
aqlamaqdan bezmisik uje pozitiv olmaq isdeyirem
23 fevral 2015 08:44
# 10
ʚɞღ..Sultanım..ღʚɞ
Tesekkur seire gore
22 fevral 2015 21:15
# 9
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
qanadli melek
Ela weirdi
22 fevral 2015 14:16
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Qlamurr
Müəllifini də yazsanız yaxşı olardı...
22 fevral 2015 12:51
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
cinqosh
Mən şeir oxumağı sevmirəm. Ama bu təsirli şeirdi.təşəkkürlər.
22 fevral 2015 12:42
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
emis
artiq aglayada bilmirem boguluram
22 fevral 2015 11:47
# 5
naxçıvan balası
Çox tesirli şeirdi teşekürler
22 fevral 2015 09:44
# 4
BARBI
Deli bir aglamaq kecir ama aglaya bilmirem nedense bu his mene acizlik kimi gelir
22 fevral 2015 09:10
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Təsirli şerdi bəyəndim
22 fevral 2015 08:44
# 2
aziz a
Bu deli aglamaq tez tez olur mendede,ve meni yungullesdirir biraz.
22 fevral 2015 08:39
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz