Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təklik
Təklik
Göndərən: Gulu-Qezi
Şərhlər: 19
Baxılıb: 770
Səs ver:
Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...

Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.

Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.

Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar nə yağış yağar.

Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?

Öz el-obasını tərk etdiyindən
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.

Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.

Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.

Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın


Şərhlər: 19
Baxılıb: 770
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aysel Tatli
allah hec kimi tek yawatmasin
24 yanvar 2015 19:24
# 19
Aynuray
eladi ela
23 yanvar 2015 22:28
# 18
SEN MENIM SADELIYIME BAXMA MUREKKEBIMDE BATARSAN
ece uslu
Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.
22 yanvar 2015 21:33
# 17
Nazan
iyyyy iyyyyy
22 yanvar 2015 19:55
# 16
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Ayselina
Mene biraz ondan danis..az da olsa yasat meni..cox dolmusam icin icin..biraz aglat bosalt meni..yaman sixir heyat meni..cox sevdiyim seir..
22 yanvar 2015 16:43
# 15
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
roksi1995
Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın
22 yanvar 2015 13:42
# 14
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
tatyana
baxir nece tekliye,men herden tek qalmagi fikirlerimle bas basa qalmagi sevirem
22 yanvar 2015 13:32
# 13
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
guler19
gozel seir idi REBBİM hec bir insana teklik yaşatmasın amin
22 yanvar 2015 12:20
# 12
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
emis
Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.
22 yanvar 2015 11:08
# 11
ayan97
Qesey seyirdi amma mene ait deil men tek deyilem sukur ailem var meni seven nisanlim var mektebim var ve qadinlar.biz sayti var men hec tek qalarammi?????
22 yanvar 2015 10:36
# 10
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
SEVGI DENIZIM
Allahima cox sukur tek deyilem
22 yanvar 2015 09:41
# 9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Bestoş
teklik yalniz allaha mexsusdur hec vaxt tek qala bilmerem
22 yanvar 2015 09:40
# 8
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
BARBI
Hemise tek olmusam ona gore de tekliyi sevirem
22 yanvar 2015 09:20
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lili)
teklikden qorxuram seir super seirdi muellifide qeyd olunsaydi
22 yanvar 2015 09:17
# 6
Fialka
Kolların dibində tək bitdiyindən
boynu bükük olur bənövşənində
Allah heç kəsə təkliyi yaşatmasın,şeri bəyəndim maraqlı idi müəllifi də qeyd olunsaydı yaxşı olardı.
22 yanvar 2015 09:13
# 5
xeyalperest
Mende teklikden qoxyram tewekkur
22 yanvar 2015 09:05
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
arzum-aysum
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.

həqiqətən də təklik pisdi. mən tək qalanda heç bir dərdim olmasa da sıxılıram. Allah heç kimə təklik nəsib etməsin. amin
22 yanvar 2015 08:56
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
rəmsə
Yığılın,yığılın başıma dostlar,
Mənim bir günümdə sizsiz olmasın.
Tşk.maraqlıydı
22 yanvar 2015 08:19
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Little girl
Ela seirdir.Ellerinize sagliq.Tsk.
22 yanvar 2015 08:09
# 1
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz