Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər misrası gözəldir
Hər misrası gözəldir
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1021
Səs ver:
İllər boyu həsrətimi duymaz oldun,
İllər boyu kədərimi bölmədin də.
Çox vaxt güldüm ağlayaraq için-için,
Bircə sözlə göz yaşımı silmədin də...

Soyuqluğun buz olanda yanağımda,
Nəfəsinlə başqasını isitmisən.
Sənsizliklə yaşadıqca otağımda,
Sən də məni bir otaqda itirmisən...

Bəs, bilmirdin həsrətinlə ürəyimə,
Həsrətinin əvəzinə daş asırsan?!
Bəs, bilmirdin özün mənə yad olduqca,
Mənimçün də yavaş-yavaş yadlaşırsan?!

Yad baxışlar dikilibdir gözlərinə,
Sənsə mənə peşiman qəlb gətirmisən.
Necə verim sabahımı, necə sənə?
Sən ki mənim dünənimi itirmisən...

Nə deyim, nə? Bir ümmandın mənim üçün,
Heç xəbərin olubmudur ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə,
Gözlərimdən damla-damla süzülmüsən...

Bəs, bilmirdin unutdun bu gününü,
Bir gün yenə bu ocağa dönəcəksən?!
Bəs, bilmirdin dodaqlarda alışanda,
Mənim üçün ürəyimdə sönəcəksən?!

Nə deyim, nə? Günahını qaytar mənə,
Ürəyimdə yanar bir od söndürmüsən.
Damla kimi yaşadıqca özə qəlbdə,
Gözlərimdən damla-damla süzülmüsən...

Deyirsən ki, dəyişmişəm, yadlaşmışam,
Səsimdə də bir ögeylik duydun mənim...
Unutma ki, ögeyliyim, yadlaşmağım,
Həm günahın, həm cəzandır indi sənin...
Özün günahkarsan... Özün günahkar.


Şərhlər:
Baxılıb: 1021
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz