Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətim bağışlanacaqmı? (13-cü bölüm)
Xəyanətim bağışlanacaqmı? (13-cü bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4213
Səs ver:
Nazlı 1 həftə ərzində sinifə tamamilə öyrəşmişdi artıq...Xüsusəndə müəlliməsi Karolayna (Caroline)...Karolayn əslən Cenubi Afrikalı idi və zahirən ingilislərdən heç də fərqlənmirdi...İlk baxışda Nazlıya soyuq kimi görsənən bu müəllimənin əslində çox yumşaq bir qəlbi vardı...Sinif uşaqlarından öyrəndiyinə görə Karolayn, 1995 təvəllüdlü böyük oğlunu, xərçəng xəstəliyindən itirmişdi ama buna baxmayaraq şən, həyatsevər, həmişə üzündən təbəssüm əksik etməyən bir qadınıydı...Bu da təbii ki Nazlının Karolaynı çox sevmə səbəblərindən biri idi...Nazlının bu dərsə, kollecə həvəsinin artmasında da Karolaynın böyük rolu vardı. Nazlı ilk prezentasiyasını məhz ondan cəsarət alaraq bütnü sinif qarşısında təqdim etmişdi. İlk prezentasiyası Graham Bellin ilk telefon icadı haqqında idi...Nazlı nə qədər ‘’Yox mən bunu bacarmaram, çətindi’’ desə də Karolayn da o vaxtlarda Nazlının tənbəlliyini, utancaqlığını ortaya çıxarmış, ilham vermişdi və 1 ay ərzində Nazlının ingilis dilisi məhz ünsiyyət qurmaqla, utancaqlığı bir kənara qoymaqla inkişaf etmişdi...
Nazlı sinifdə şagirdlərdən biri, Xalid adında oğlanı qıcıqlandırırdı....Xalid əslən Kürd idi və 25 yaşı vardı. Pizza dükanında işləyər və 2 əmisi oğulları ilə yaşayardı. Nazlını bəyənməmə səbəbi isə onun Türk olduğunu düşünməsi idi çünki bəzi kürdlər kimi o da türklərə nifrət edərdi. Ama vaxt keçdikcə Nazlı haqqında fikirləri neceə deyişəcəkdi?!......
19 Noyabr....
27 Noyabr Ümidin ad günü olduğundan ve Nazlı da ilk dəfə təbrik edəcəyindən xüsusi olmasını istəyirdi...Sinifdəki qızlardan yaxınlıqda tapa biləcəyi gözəl sep dükanı haqqında soruşduğunda, Mint ona:
Mint: -İf you want, come with me to Middlesbrough today...I’m going to go shopping with my friend...Duringthat time you can buy whatever you want...(İstəsən bu gün mənimlə midlzbroya gəl...Dostumla alış-verişə gedəcəm...o vaxt ərzində nə istəsən ala bilərsən)
Nazlı: -İt would be perfect...thanks a lot..(əla olardı...çox təşəkkürlər)
Dərs çıxışı Nazlı Mint ilə kollecin avtomobil dayanacağına yollandı...Mintin göy maşına yaxınlaşdığını görənde o an onun maşın sürdüyü ağlına gəldi...Yol boyu söhbətləşərək Mintin rəfiqəsini də götürüb alış-veriş mərkəzinə yollandılar...Bu vaxt ərzində Nazlı Mintin maşını necə idarə etməsinə də fikir verirdi...
Nazlı: -Aman ALLAHım 1 maşın qıza bu qədərmi gözəl yaraşar? Mən də istiyirəm(((( Offf evdə papaya da desəm başımı kəsər yəqin....ama burda normaldı axı..sürməy olar bəlkə icazə verdi?
Mint bu yaxın refiqəsiylə yaxın zamanda Taylanda, həm tətil üçün, həm də anasının doğum günü üçün yola düşəcəkdi...Bunun üçün də anasına ad günü hədiyyəsi seçmiş, Nazlı üçün də sep dükanına yollanmışdılar...Bir çox mağaza gəzdikden sonra Nazlı fikrini deyişərək mobil telefon almaq qerarına gəlir ve alır...Ad günü kartı da aldıqdan sonra işini həll etmiş olur...
Nazlı Mintə təşəkkür edərək evə daxil olur...İlk iş, kartı açıb ürək sözlərini yazmaq olur:
Nazlı: "Canım sevgilim...Ad günün mübarək...Neçə belə illərə çıxasan sevdiklərinlə birgə...Sənə can sağlığı və xoşbəxtlik arzu edirəm həyatım...İNŞALLAH hər şey o gözəl üreyincə olsun...Yaxşı ki varsan sevgilim...Yaxşı ki MəNİM HEYATIMDA varsan...Həyatımda başıma gələn ən gözəl şeysən...Mənim ən böyük əvəzolunmaz hədiyyəmsən...Həmişə gülümsə sevgilim...Sən gülümsə ki mən də gülümsəyim Üzündən əsla təbəssüm əskik olmasını...Unutma SəN 1 insanın xoşbəxtliyinə səbəbsən....MəNİM! ...Səni Sevirəm...Ümid edirəm hədiyyəmi bəyənərsen...Səni &¸oooooxxxxx sevən SEVGİLİN”...
Nazlı hədiyyəni bağladıqdan sonra səhəri gün göndərir...
27 Noyabr...
Bu gün Nazlının canından çox sevdiyi oğlanın, Ümidin ad günü idi...Nazlı çox həyəcanlıydı...Heç arası olmazdı təbrik etməklə...Xüsusilə də telefonda və yaxud da üzbəüz...
Ümid bu gününü dostlarıyla qeyd etdikdən sonra Nazlıyla danışmaq üçün sebirsizlənirdi...Nazlı digər ürək sözlərini həyəcandan unudacağını bildiyi üçün kağıza yazır ve oradan oxuyaraq təbrik edəcəkdi...
Nazlı Ümidin nömrəsini yığır və hər telefon çaldığında ürəyi yerindən çıxacaqmış kimi olurdu....Ümid teli götürür və Nazlı yazdığı bütün ürək sözlərini oxuyur......Ümid: -Canım çox sağ ol hər şey üçün...Hədiyyən çatdı bilmirəm necə təşəkkür edim...Hələ ürək sözlərin...Çox çox təşəkkürlər sevgilim...
Nazlı: -Dəyməz ee ama indi halımı görsən...Qıpqırmızı pamidora dönmüşəm...Adicə teldə təbrik edəndə necə utandım off nə çətin imiş(((
Ümid: -Caaaan keçdi xexexe...
Nazlı yarım saat danışıb zəngi sonlandıraraq:
Nazlı: -Offf bu ili belə yola verdik...Ürəyimdə yerindədi((( elə bildim bir anlıq dayanacaq)
Ümid isə bu gecə təkrar-təkrar Nazlının ürək sözlərini oxuyur, onun barəsində düşünürdü...İndi bir dəfə də anlamışdı Nazlının ona olan sevgisini...
1 saat sonra Mehdi artıq işdən gəlmişdi...Nazlı bütün cəsarətini toplayıb atasının maşın sürmək haqqında fikrini öyrənməli idi...Mehdinin yanına gedərək:
Nazlı: -Necəsən papa günün necə keçdi?
Mehdi: -Belə də doşan bir az yorulmuşam...danış görüm ee alış-verişə gedən sənsən nəsə ala bildin?
Nazlı yalan deyərək: -Yox e papa elə belə baxdım qayıtdım...Şeyyyy bu Taylandlı qız var ee sənə dediyim...
Mehdi: -Aha nolub ona?
Nazlı: -Maşın sürür...
Mehdi: -Sən də sürərsən nə var ki bunda?
Nazlı: -Aaaa doğurdan? Nə vaxt sürə bilərəm?
Mehdi: -Bir az burda prava almaq çətindi bilirsən ama burda sürmək daha rahatdı...
Nazlı: -Bəs Azərbaycanda sürə bilərəm?
Mehdi: -Orasın hələ düşünmə baxarıq...Yavaş-yavaş sənədləri topluyaq...onsuz 16 yaşın olub..16 yaşından müveqqeti prava alarsan, şablonu verərsen, sonra da yezda...
Nazlı: -Müvəqqəti prava nədi? Sürə bilərəm onla?
Mehdi: -Müvəqqəti pravaynan sən sürənde polis saxlasa onu göstərirsən ki sən şagirdsən,öyrənirsən hələ...Yezdanı verəndən sonra qırmızı əsl pravanı verəcəylər...
Belə-belə Nazlı atasıyla danışaraq hər şeyi dərindən öyrənib, atasının razılığına çox sevinirdi...
Səhər açılmış, Nazlı hazırlanaraq dərsə yollanmışdı...Sinifə 5 dəqiqə gecikdiyindən, hamı artıq yerini almışdı...Nazlı sinifə daxil olduğunda Xalidin Nazlıya qarşı düşüncəsi və baxışları dəyişmişdi artıq....Çünki o Nazlının türk yox Azerbaycanlı olduğunu öyrənmişdi...........


Şərhlər:
Baxılıb: 4213
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz