Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İbratamiz hekayə "İnsanlıq hələ ölmüyüb"
İbratamiz hekayə
Göndərən: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 303
Səs ver:
Nyu-York şəhərinin taksi sürücülərindən biri öz "Facebook” səhifəsində başına gəlmiş hadisəni paylaşıb. Ailem.az həmin hadisəni oxucularla bölüşür:
"Mən sifariş verilən ünvana gəldim və siqnal verdim. Bir neçə dəqiqə gözləyəndən sonra yenidən siqnal verdim. Bu, mənim axrıncı sifarişim idi. Maşını sürüb getmək istədim, amma getmədim. Maşını park edib qapıya yaxınlaşdım, zəngi çaldım. "Bir dəqiqə”, - kövrək bir qadın səsi eşidildi. Deyəsən nəyisə sürüyə-sürüyə gətirirdi.
Bir neçə dəqiqəlik fasilədən sonra qapı açıldı. Qarşımda 90 yaşlı, balaca boylu bir qadın dayanmışdı. Pambıq don geyinmiş, duvaqlı papaq taxmışdı. Sanki 1940-cı illərin filmlərindən çıxmışdı. Yanında balaca bir çemodan vardı. Evdə deyəsən uzun illər heç kim yaşamamışdı. Bütün əşyaların üstünə ağ parça sərilmişdi, divarlarda saatlar, şəkillər yox idi.
"Çemodanı maşına apara bilərsinizmi?” – dedi qadın. Mən çemodanı maşına qoyub qadına kömək etmək üçün geri qayıtdım. Əlimdən yapışıb astaca maşına doğru irəlilədi.
Dayanmadan xeyirxahlığıma görə təşəkkür edirdi. "Bir şey deyil”, - deyirdim – "Mən bütün sərnişinlərimə hamının anama davranmağını istədiyim kimi davranmaq istəyirəm”.
"Sən necə yaxşı oğlansan” – o dedi. Maşına əyləşəndə mənə bir ünvan verdi, sonra əlavə etdi: "Olar ki, biz ora şəhərin mərkəzindən keçib gedək?”.
"Axı bu yol uzun olacaq” – mən dedim.
"Oh, heç nə olmaz. Mən tələsmirəm. Onsuz da "Qocalar evi”nə gedirəm”.
Güzgüdən ona baxdım, gözləri parıldayırdı. "Ailəm çoxdan dağılıb”, - davam elədi: "Həkim deyir, ömrümə çox az qalıb”.
Mən sakitcə sayğacı söndürdüm.
"Haralardan keçmək istəyirdiniz?” – deyə soruşdum.
Növbəti iki saat ərzində biz bütün şəhəri fırlandıq. O, mənə nə vaxtsa liftçi işlədiyi binanı göstərdi, əri ilə yaşadığı rayondan keçdik, balaca vaxtı getdiyi rəqs məktəbini görüb sevindi, heyf ki, indi oranı mebel anbarı etmişdilər.
"Yoruldum, deyəsə, getmək vaxtı çatdı” – qaranlıq düşəndə dedi. Biz sakitcə o ünvana yollandıq. Sanatoriyaya bənzəyən bir yer idi. Çatan kimi qocalar evinin iki işçisi yaxınlaşdı, qoca qadına maşından düşməyə kömək elədilər. Görünür, onu gözləyirdilər. Mən çemodanı maşından çıxartdım.
"Mən sizə nə qədər borcluyam?” – o soruşdu.
"Heç nə” – mən dedim.
"Siz axı evə pul aparmalısınız” – o dedi.
"Başqa sərnişinlər də var” - dedim.
Qəfil əyilib onu qucaqladım, o da məni eyni sevgi ilə qucaqladı.
"Sən qoca bir qarını xoşbəxt etdin” – dedi, - "Təşəkkür edirəm”.
Mən onun əllərini sıxıb sağollaşdım. Qayıdanda daha sərnişin götürmədim. Fikirləşdim görəsən, mən yox, başqa bir sürücü çıxsaydı onun rastına, necə olardı? Bəs mən onu gözləməyib getsəydim, necə olardı?
Bu günə kimi həyatımda bundan daha vacib iş görmədiyimin fərqinə vardım.
Biz belə düşünməyə öyrəşmişik ki, həyatımız həmişə böyük hadisələrin ətrafında fırlansın. Biz həyatı dərk etmək üçün ciddi nəsə baş verməsini gözləyirik. Amma bəzən elə xırda şeylər olur ki, sənin ürəyinin dərinliklərinə təsir


Şərhlər: 8
Baxılıb: 303
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
S.Heydarova
Oxumuşam hekayəni
10 sentyabr 2016 20:45
# 8
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
cox gozel ibretli hekayedir caski hamimiz bu cur insanlara qarshi merhemetli ola bilek
10 sentyabr 2016 16:05
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Sitat: Angela7
İnsanlıq hələ ölməyib) Maraqlı yazıdır.
10 sentyabr 2016 15:12
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Wirin Meleyim
Maraqli yazi idi
10 sentyabr 2016 07:47
# 5
Imza aysu agazade
MODABAZ
Sitat: aziz a
Elbetde bele ınsanların ınsanlıgını esıdende adamın ureyı rahatlıq tapır...
10 sentyabr 2016 01:27
# 4
Heyata daim gulmek lazimdii
baby baku
supper hekayedi
10 sentyabr 2016 00:35
# 3
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
aziz a
Elbetde bele ınsanların ınsanlıgını esıdende adamın ureyı rahatlıq tapır...
10 sentyabr 2016 00:09
# 2
Qelbim doludu !!!!
Angela7
İnsanlıq hələ ölməyib) Maraqlı yazıdır.
10 sentyabr 2016 00:09
# 1
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz