Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ancaq və ancaq körpəm üçün
Ancaq və ancaq körpəm üçün
Göndərən: Tomris Müslümova
Şərhlər: 10
Baxılıb: 303
Səs ver:
Avstraliyada o günə qədər görünməmiş bir quraqlıq başlamışdı. Meşədə yaşayan heyvanlar susuzluqdan ölürdülər. Heyvanlar arasında su tapmaq üçün kəndlərə "üz tutanlar” da var idi. Halbuki, kəndlərdə yaşayanların vəziyyəti onlardan yaxşı deyildi. İnəklər və qoyunlar susuzluqdan zəif düşmüşdülər. Onlar da meşədəki heyvanlar kimi ölümə məhkum idilər. Kəndlilər isə əllərində qalan su ilə həm özlərini, həm də heyvanlarını xilas etməyə çalışırdılar. Ona görə də bu qiymətli sərvəti meşə heyvanları ilə "bölüşmək” niyyətində deyildilər. Hətta bəzi kəndlilər əllərində tüfəng su anbarlarının yanında keşik çəkirdilər...
susuz qalmış kenquruBelə quraqlıq günlərindən birində əlində silah keşik çəkən bir kəndli kolluqların arasından bir səs eşitdi. Kəndli: "Bu, yəqin ki, meşədəki heyvanlardan biridir” – deyə düşündü. Asta və səssiz addımlarla səs gələn tərəfə getdi. Əlindəki tüfəng isə çoxdan atəşə hazır vəziyyətdə idi. Artıq hədəfə kifayət qədər yaxınlaşmışdı. Tüfəngini qaldırıb nişan aldı və heyvanın üzə çıxmasını gözləməyə başladı. Bir azdan kolluqların arasından kisəsində balası olan bir kenquru çıxdı. Kenqurunun susuzluğu üzündən oxunurdu. O, qəhvə rəngli gözləri ilə kəndliyə baxır və sanki bir udum su üçün yalvarırdı. Kəndli istər-istəməz əlini tətikdən çəkdi. Nə olursa-olsun, o, kenqurunu öldürə bilməzdi. Üstəlik, yanında balası da vardı. Kenquru asta addımlarla inəklər üçün qoyulan su qabının yanına getdi. Kəndli hələ də onlara baxmaqda davam edirdi. Kenquru da gözlərini kəndlidən çəkmirdi. 
Nəhayət, kenquru su qabına yaxınlaşdı. Kenquru balası suyu görən kimi içməyə başladı. Balaca kenquru o qədər susamışdı ki, az qala suyun içinə düşəcəkdi. Ana kenquru isə yalvarış dolu baxışlarla kəndliyə baxmaqda davam edirdi. Kenquru balası doyunca su içib başını qaldırdı. Artıq getçək vaxtı idi və ana balası ilə birlikdə bir az əvvəl gəldikləri kolluqlara tərəf getdi. Bir azdan hər ikisi gözdən itdilər. Bütün bu baş verənlərə tamaşa edən kəndli isə tüfəngini bir kənbara qoymuş və səssizcə ağlamağa başlamışdı. Çünki ana kenquru bütün susuzluğuna baxmayaraq, bir udum da su içməmişdi. O yalvarış dolu baxışlar isə "ANCAQ VƏ ANCAQ KÖRPƏM ÜÇÜN...” demək idi...


Şərhlər: 10
Baxılıb: 303
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Akkuw)
Cann..Rebbim hec kimi susuz ve ac qoymasin Amin!!!
1 iyul 2016 15:14
# 10
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Barbaris
bele oxuduqca aglamagim geldi heyvanlar bele balalarinfikirlewir can((
1 iyul 2016 13:38
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Onun_Mələyi
oxuduqca çox tesirlendim.bele hekayeleri uwaqlıqdan meyilli idim.çoxusunu gürcü dilinde oxuyurdum.heqiqeten heyvanlar da insanlar kimi balalarnı düşünürler...
tewekkurler hekeye üçün Toma
1 iyul 2016 11:40
# 8
Bir duam var,səndən amin gözləyirdua09123
Gülüş.
cox tesirli hekayedi
1 iyul 2016 11:36
# 7
vipbetul
negede goZeldi Allahim her kese insaf versunki bu ucr heyvanlara toxunmasinlar onlarda insanlar kimidir
1 iyul 2016 11:21
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SonSuz SeVGi
Cox tesirli hekayedi... Ana öz balasina göre her cetinliye dozur teki balasi yaxwi olsun deye
1 iyul 2016 10:46
# 5
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 iyul 2016 10:39
# 4
Wirin Meleyim
Maragli ve menali idj twk
1 iyul 2016 03:38
# 3
Imza aysu agazade
qanadli melek
Maraqli hekayedi ana ovladi ucun herwey eder
1 iyul 2016 02:00
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Tesirli hekaye idi. Analar ovladlari ucun her cetinliye dozurler. Ovladlarida onlarin deyerini bilmelidir
1 iyul 2016 01:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz