Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Antikvarçı
Antikvarçı
Göndərən: Fi-Ra
Şərhlər: 7
Baxılıb: 233
Səs ver:
Gənc adam, antik əşyalar marağı səbəbiylə Anadolunun ən ucqar guşələrini gəzir və gözünə kəsdirdiyi malları yox bahasına satın alaraq yolunu tapırdı. Qış qiyamət demədən davam etdirdiyi səyahətlər zamanı başına gəlməyən qalmamışdı. Lakin, bu dəfəki hamısından fərqli görünürdü. Yolları bağlayan qar üzündən arabasını tərk etmiş və soyuq hava altında donmaq ərəfəsindəykən, bir qoca tərəfindən tapılıb onun daxmasına dəvət edilmişdi. Yaşlı adam, gəncə yeriməsinə yardım edərkən:
 - Günlərdir xəstə olduğumdan, odun kəsmək üçün ilk dəfə çölə çıxdım, - dedi. Sən demə səni tapmaq üçün sağalmışammış. Dizə qədər qalxan qarla boğuşub göclə daxmaya gəldiklərində, antikvarçının ağ görməkdən donan gözləri fal daşı kimi açıldı. Otağın orta yerində stolun ətrafına qoyulmuş üç-dörd stul, onun indiyədək gördüyü ən gözəl antikvarlar olmalı idi. Saatlardır qar içində qalan bədəni bir anda isinmiş, buzları əriməyən badımcan bənövşəyi sifətini atəşlər örtmüşdü. Yaşlı adam, qonağını yatırmaq üçün cəld hərəkət edirdi. Ona bir neçə tikə ikram edib sidr yatağını hazırlayarkən:
- Bu gün soba yandırmadım övladım, - dedi. Amma bu yorğanlar səni qızdıracaqdır.
 
Ev sahibi, illər öncə vəfat edən xanımı ilə bölüşdükləri otağa keçərkən, antikvarçı da tiftik hörülən adyallar arasına gömüldü. Ancaq bütün yorğunluğuna baxmayaraq heç cür yatmırdı. Ertəsi gün getməzdən əvvəl nə edib-edib o stulları götürməli, bunun üçün də yaxşı bir ssenari uydurmalıydı. Məsələn, həyatını xilas etməsinə qarşılıq qocaya bir neçə kreslo satın ala və köhnəlmiş olduğu bəhanəsi ilə çölə çıxardığı stulları, oğrun-oğrun mikroavtobusun arxasına atardı. Hətta onları düşdüyü kimi qaçmaq da mümkün idi. Yeriməyə belə gücü olmayan qoca, sanki onun arxasınca gedəcək idi?
 
Gənc adam, beynində fikirləri kamilləşdirməyə çalışarkən dalıb-dalıb gedir və küləyin səsi ilə oyandığı vaxt, qaldığı yerdən davam edirdi. Bu arada yaşlı adamın sabah namazına durduğunu görmüş, hətta fərz olsa da odun parçaladığını eşitmişdi. Gözlərini açanda, onun kuzine üzərində yemək bişirib yediyini gördü və ətrafına boylandı, birdən stulları xatırladı. Yüngülcə qalxıb ətrafına baxdı: Aman Allahım! Antikvar əşyalardan heç biri ortada yox idi.
 
Qoca canavar, hər halda planını hiss etmiş və bəlkə də yuxudakı danışığını eşidərək onları əmin bir yerə qaldırmışdı. Sakit görünməyə çalışaraq:
 
- Ətim, sümüyüm isinmiş, - dedi. Şorbanız da gözəl iy verib doğrusu. Amma axşamki stulları görmürəm.
 
Yaşlı adam, otağın küncünə topladığı stul parçalarından birini daha sobaya atarkən:
 
Stul dediyin, dünya malıdır övladım, - dedi. Biz qonağımızı qoyarıq üşüsün?


Şərhlər: 7
Baxılıb: 233
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Ibretamiz hekaye ucun tewekkurler.
2 may 2016 18:08
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
yarpaq33
Qonaq tamahkar olsada qoca cox ureyitemiz insafli adam imiw qonaginin rahat etmesi ucun neler edib
2 may 2016 16:44
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Antikvar
Xəbərin başlığı diqqətimi çəkdi,nikimi əvəz etdiyi üçün))Nikim Antikvar olsada Antikvar əşyalardan bir tək suvenerləri sevirəm)
Gəncin tamahı başqa qocanın isə qonaqsevərliyi...Həyatda istəklərin ola bilər amma o istəkləri normal dilə gətirərəkdə demək mümkündür bu gənc isə qocanı aldadaraq Antikvar əşyalara sahiblənmək istəyirdi,yəqin qocanın sözlərindən sonra düşündüyü fikirlərdən utanmışdır.İbrətamiz hekayə oldu təşəkkürlər.
2 may 2016 16:17
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
gencin fikirlerine bax qocanin ureyine bax negede gozel ibretli hekayedir
2 may 2016 15:33
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Görünür hiss edib antikvarçının hiyləsini.Ama doğru etmiyib o gənc adam.Ona kömək etməyi müqabilində mükafatlandırıb xəcalətindən çıxmaqdansa əşyalarına göz dikib.Qoca isə çox ağıllı və tədbirli davranıb.
2 may 2016 15:05
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
evli.mutlu.cocuklu
Maraqlı idi tşk
2 may 2016 14:58
# 2
BARBI
Qoca necede agilliymis. Oglanin planini o deqiqe anladi
2 may 2016 14:52
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz