Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əsas olan hər cürə mühitə əsasən gülümsəməyindir
Əsas olan hər cürə mühitə əsasən gülümsəməyindir
Göndərən: Fialka
Şərhlər: 4
Baxılıb: 248
Səs ver:
Bir axşam yuxusuz qaldığınız gecələri düşünün. Yatağın sol tərəfində qurduğunuz o saf xəyalları
düşünün. Gördüz alınmır, xoşbəxt olduğunuz bir anı düşünün. Məktəb illərindən kiçik, amma üz
güldürən bir fraqment, qar topudan yorulmuş bir əlcək, bir gecə Tanrıyla səmimi söhbət...
- Düşünün.
- Pəncərə önündə yaradanla sirrlərinizi, qeyd dəftərində yazdığınız etirafları düşünün. Cəmi bir-
iki cümlə, az amma, səmimi danışıq. Düşünün, o gecə səmimiyyətdən söylədiyiniz və bəlkədə
günah sayılan duaların şirinliyini. Çoxmu sadə, çoxmu mohtəşəm?
- Dur, dur həyəcanlamma, bilirəm. Çünki o gecə məndə ordaydım, məndə dua edirdim və məndən
savablardan ötə bir rahatlıq yaşıyırdım. Əslində dəyərli bir varlıqlarıq, sadəcə "qismət və qürur"
adlandırdığımız bu iki şey,bizə əngəl törətdi. Nə mübarizə apara, nədə geri gətirə bildik ötənləri.
- Gedənlərin gedişini belə, həyatımızdan gözəl sandıq. Dostum bilirsənmi gözəl olan nə, bir sabah ayılıb bütün ailəni yanında görmək?
- Düzdü bilmirəm bu yazını oxuyanlar kimlər və necə birilər, amma ən azından oxuyacaq kəslərin
bir dostu olacağına şübhəm yox. Səmimiyyət dediyin içdən gələr, içdən gedənlər isə, daimi olmayanlardır. Və hər sabah ayıl, düşünə biləcəyin tək bir şey olsun " və bu gündə oyana bildim".
- Heç kəs aciz deyil, hər kəsin bir gedəni var, bilirəm. Amma bir düşünün biz olsaqda-olmasaq da o günəş yenə doğacaq və unudulmaz adlandırdığımız müqəddəslər belə, bizim üçün doğmalığını itirəcək bir qədər. Tanrının sistemi bu və buna görədə önəmsəməyin həyatı. Düşün, bir yerlərdə yaşa, bacarırsan kəşf et! 
- Yazılarımın sonsuz, mənimsə cəmi 19 yaşım var. Və nə zaman həyatdan narazı olsam, zaman bi yerlərə yazmış olur "1-0 səndən öndə". Qalib gəlmək şərt deyil, əsas olan hər cürə mühitə əsasən gülümsəməyindir. Gecələr xeyrə, sizlərdə Tanrıya əmanət)

- Süleyman Əliyev


Şərhlər: 4
Baxılıb: 248
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel yazidi maraqla oxudum
31 may 2016 22:24
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
Maraqli cumlelerdi..
Amma bir düşünün biz olsaqda-olmasaq da o günəş yenə doğacaq və unudulmaz adlandırdığımız müqəddəslər belə, bizim üçün doğmalığını itirəcək bir qədər.
31 may 2016 21:17
# 3
Acısı çox olan qizların guluşu gozel olur.!
Kölge
Maraqli idi.tşk
31 may 2016 20:44
# 2
Her şeye gore şukur
Antikvar
Mənalı yazıdı,mənimdə düşünəcəyim gün çoxdu,ən çox Allahla söhbət etməyim məni rahatladır bəlkədə içimdəki olan sözləri Allahdan başqa sərbəst tam açıq şəkildə ifadə edə biləcəyim şəxs yoxdu əyər belədisə niyə mən Allahımı saxlayıb yaratdığı bəndələri dost hesab edim?Dostum allahımdı hər gecə əlimi ürəyimə qoyub gözlərimi yumub qəlbən səssiz danışıram -danışdıqcada belimdə olan yüklərin bir anlıqda olsa yüngülləşdiyini hiss edirəm,rahatlaşdırır məni sərbəstlik bəxş edir mənə həmən an.Daha sonra gecələr ulduzlara baxıb düşünməyi sevirəm ,Allahımın yaratdığı insanlara ,ağaclara,quşlara baxıb düşünməyi sevirəm,hər zaman qeyd etmişəm mənim həyata baxışım tamamilə başqadı hər bir xırdalıqlarına qədər ölçüb biçib nələrisə özümə ibrət götürürəm gözlərimi qapayıb bu həyat var və məndə kef çəkəcəm deyib fikirləşənlərdən deyiləm əksinə bu həyat niyə var və niyə yaşayıram deyə düşünənlərdənəm.Sual oıaraq nəticə çıxardınmı deyəcəksiz,bəli çıxartdım yox çıxardıram hər yaşım ötdükcə ortaya atılan suallar yaşım qədər çoxalır.
Təşəkkürlər.
31 may 2016 20:33
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz