Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Darmadağın
Darmadağın
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 271
Səs ver:
Bir əli ilə telfonu, bir əli ilə şəkilləri qurcalıyırdı. Səssizcə gözləyir, əlləri o qədər titrəkdi ki, telfon yerə düşməkdən çat vermişdi. Gözlərinin qucağladığı şəkillərə baxıb köks ötürürdü. Dişlərini bir-birinə qıcayıb, son mesajlara baxmağa davam edirdi. Əllər titrək, qəlb kövrək və o gün bir qız valdeyin qorxusundan səssiz ağlamaq məcburiyyəti.
- Səs eşidilməsin deyə yorğanı qucaqlayıb var gücü ilə ağlayaraq, ötən günlərini önünə gətirirdi. İncə bir varlıq, bu cür qətlə yetirilməsi ağılasığmazdı. Zülfü sifətinə elə yapışıb ki, sanki hər bir tel dilə gələrək "ağlama" deyə yalvarır. Sol çiyində əyləşən mələk belə, günah dəftərini tullayıb yardıma gəlmişdi o gecə. Qadın ölməyi, ölüm isə onun yaşamağını istəyir. O baxışlar, o şıltaqlıq məhv olmuşdu daha. Dəlisov hisslər, payız yarpaqları kimi sərxoş vəziyyətdə keyidilmişdi. Heçnə işləmirdi, saat susub, zaman dəyanıb, davam edən sadəcə göz yaşları.
- Üzülmüşdü, o gecə Tanrı üzülmüşdü.
- Çətir qoxulu qadından heçnə qalmamışdı. Qırışlar o günün tarixçəsi. Qurduğu dünyada hər kəs ölməlidir, çünki göz yaşları bütün şəhərləri basdıracaq qədər güclü axırdı. Nuhun gəmisi hazırlanmamışdı. Düşnməzdi nə vaxtsa o gəmi lazım olar, çünki ondan gələn hər şey gözəl idi. 
- Düşünmədi, bilmirdi, sanırdı ki, ölüm aşiqlərin ikinci cənnətinə aparan yoldur. Son mesajlar, əli ilə səliqəyə salınan fotolar. Və hələdə bu qədər ağrı içərisində, islanmış əlləri ilə, ucları bükülmüş şəkilləri düzəldir və oğlanın yanaqlarını sığallayır. Səhər açıldığının fərqinə varmır, hər sübh namazından sonra əl-üzünü yuyur və 'ac deyiləm ana' deyib otağına keçirdi.
- Hamı eyni sözləri təkrarlayır: 'Ağılsızsan', 'dəyməz', 'keçib gedəcək'. Bilmirlər, dostlar, tanışlar hamısı uzaq baxışlı yad simalar. Gecələr xəstə kimi, zəng çatmayan nömrəyə onlarca mesaj yazıb zəng edər və təkrar-təkrar pıçıldayar : Səni sevirəm.
- Anlaya bilmirdi, bir insanı bu qədər sevmək acizlik yoxsa özünə edilə biləcək ən böyük sui-qəsd? 
- Qapalı otaqlar, tozlu şəkillər, özlü yollar. Hamısı bir kəsi xatırladır. Atasından başqa gördüyü hər kişini o sanırdı. Gözlərmi dəlirmiş, yoxsa baxışlar bərkimiş? - Bilmir, o bilmir, heç nəyi, heç kimi... - Cismi yerdə olmağının nə mənası, ruh artıq vidalaşandan sonra?
- Qorxar, yorular, daha nə olacağı önəmli deyildi.
- Anidən gülümsəyər, susar və lənətə gəlsin.. yenə də ağlayardı.
- Çox vaxt qara baxışlarla, mavi buludları seyr edər və hərdən söyləyər: Hələdə ordamısan Tanrı?
- Və göydən bir damcı yendi üz çuxurlarına..

- Süleyman Əliyev


Şərhlər: 6
Baxılıb: 271
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Narın Yağış
Nə yalandan özümü tərifliyim boş-boşuna ay özümü bu qədər əzmərəm falan yox məndə yaşamışam tamamilə bu yazılanları...ətrafımdakılar həmişə sən çox güclü qızsan desələr belə o insana görə sevgimə görə çox aciz olmuşam...onun özünə bildirməsəmdə hər gecə nəfəsim kəsilənə qədər ağlamışam...çox əziyyət çəkmişəm ama vAllah hamıdı keçir gedir...məndə elə bilirdimki keçməz həmişə o acıyla yaşıyacam yox elə olmadı bilmirəm bəlkədə bu dəfə tərk edən tərəf olduğum üçün olmadı düzdü ağladım pis oldum ama cəmisi 2 gün...oda əvvəlki kimi içim yanmadı...yetərincə acı çəkəndən sonra ağlım başıma gəldi bir oğlan səni dəli kimi sevmir lap neynir eləsin özüvü həlak etməyə dəyməz...çünki sevirsə onsuz əl çəkməyəcək sevmirsə sənin bircə get demənlə səni yarı yolda qoyub gedirsə demək elə sənin o sözüvü gözlıyirmiş...nə qədər sevsəndə elə birini sevməyədə dəymir...dediyim kimi yaşamışam bu hissləri heçkimədə arzu etmirəm çox çətindir çünki güclü olmağa çalışırsan,ağlamamaq üçün nəfəsini tutursan, heçkəsə üzüntünü göstərməməyə çakışırsan ama olmur, özüvü gücsüzş aciz hiss etdiyin üçün ilk öncə özünə daha sonra onu bu qədər sevdiyinə və sonda onun özünə nifrət edirsən....mən onu niyə sevirəm?nəyə görə bu qədər acı çəkə çəkə onu sevməyə məcburam?. Ama nə fayda əlindən yenəfə heçnə gəlmir susmağa başlıyırsan özünü ələ alırsan və bir müddət gəlir keçir görürsən daha nə acı çəkirsən nədə ağlıyırsan öncəki kimi...sadəcə adı çəkiləndə,xatirələr,dediyi şirin sözlər yada düşəndə üzündə gülüş yaranır uzaq başı 2 damcı yaş gəlir day dəli kimi ağlamırsan) sonda isə heçkimi özünüzü məhv edəcək qədər sevmiyin deyərdim inanın sizi sevirsə bir oğlan nə olur olsun yenədə sizdən əl çəkməyəcək qırsaqqız kimi 23 Təşəkkür maraqlı xəbərə görə içimi tökdüm resmen)
31 may 2016 02:23
# 6
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
ummuselma
Dəyməz kişi cinsindən olan birinə görə bu qədər ağlamaq, sizlamaq. onsuzda onlar heçvaxt qadınların dəyərini bilmirlər.
30 may 2016 21:52
# 5
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


30 may 2016 21:14
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
Həm ağılsızlıq həmdə özünə edilmiş sui-qəsddi bir oğlana görə dəyərmi bu qədər əzab çəkmək? ələxəsus o oğlan o sevgiyə layiq deyilkən,düzdü unutmaq çətin olacaq bir qadın üçün amma əyər istəsən cəsarətin olsa unutmaq o qədərdə çətin deyil,indi yazacaqsız unutmaq olmur yaxşı bu sözüdə dəstəkləyirəm unutmaq olmur amma zaman ötdükcə nələrisə geridə qoyub irəlləməyə dəyməzmi ,mən sevirəm dəyə öz həyatımı məhv edib deyə bir qanun qoyulmamalıdı özünə ,sevgi tək tərəfli yaşanan bir hiss deyil olsada o insanı yorur əzab verir ,yaşadığı həyat mənasız olur.Lazımdı çox zaman bir qadına güclü olmaq nələrinsə üstəsindən gəlib qalib olmaq.Belə yazılara qarşıyam mən çünki sevgi əzabı yaşayanlara bir stimuldu baxıb görənlər onsuz o halda olarkən dahada bu hissə qapılıb mən düz edirəm deyə fikirlər formalaşır.Allah sevənləri qovuşdursun inşallah.
30 may 2016 20:39
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
kimise isdeyirler baqlanirlar sonucdada ozlerine ezab verir bu xanimlar
30 may 2016 19:01
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bir insani bu qeder sevmek agilsizliq ve ozune qesddir
30 may 2016 18:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz