Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Güvənməyin gücü
Güvənməyin gücü
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 249
Səs ver:
"Ah bacı, əmin olmadan mənə niyə söylədin? Araşdırıb söyləsəydin, ya da heç söyləməsəydin olmazdımı? Nə olacaq indi? Bir heç üçün evim yıxılır. Ərim, ailəm əlimdən gedir.
Sənə inandım, ərimə inanmadım. Haqqım halal deyil sənə, bunu bil...
Əslində qəbahət məndədir. İllərdir eyni yastığa baş qoyduğum, kədərimi, sevincimi paylaşdığım can yoldaşıma inanmaq varkən sənə inandım.
Nədir, ərim gənc bir qızla bir çay bağçasındaymış. Əgər məni, ya da yuvamı düşünsəydin, oraya gedər, ərimlə danışıb vəziyyəti öyrənərdin. Ya da araşdırar, qızın kim olduğunu öyrənərdin. Amma bunlar çətindir, sən asanı seçdin və gəlib mənə "Ərin səni aldadır" dedin.
Kimdir o qız, bilirsənmi? Ərimin xaricdə yaşayan bacısının qızı. 10 ildir xaricdə olan bacısının. Mən də son dəfə ibtidai məktəbə gedərkən görmüşdüm onu. Amma sən dərhal ərimin məni aldatdığını düşünə bildin. Və gəlib mənə  öz əlavələrinlə bildirdi. Mən nə etdim? Olanları ərimdən soruşmadan yalnız ona təhqir dolu bir mesaj yazaraq çamadanımı götürüb arxama belə baxmadan anamgilin yanına getdim. 
Ah, mənim axmaq başım. Hər şeyə inanarlarmı? Xüsusilə də belə əhəmiyyətli bir mövzuda.
Heç vaxt itirərəmmi? Boşanma iddiasını da dərhal açdım. Bu müddət ərzində ərimin və ailəsinin görüşmə tələblərini rədd etdim. Telefonlarına cavab vermədim. Ən sonda dözə bilməyib günlər sonra ərimin telefonunu açdım və elə təhqir etdim ki, düşmən etməz. Düşün, mən o adamın arvadıyam. Sonra ərim qapıya gəldi, qapıdan qovdum. İzah etməyə çalışdı, inanmadım. Ən son bacısı qızı gəldi. İlk baxışda mən belə tanıya bilmədim, böyük gənc qız olub, mən görəndə 10-11 yaşlarında idi. Gəldi əllərimi öpdü, bir səhvi olmadığı halda üzr istədi.
O gedəndə içimdəki yanğını heç bir söz tərif edə bilməz... O qədər peşmanlıq hiss edirdim ki, dərhal ərimi axtardım.
Telefonda o da ağladı, mən də. Dedi: ''Etdiyin təhqirlər, söylədiyin incidici sözlər məni incitmədi, bilirsənmi? Məni incidən mənə etibar etməməyin və inanmamağın oldu. İki ay oldu, uzun iki ay. Biz bir-birimizin ən yaxını deyildikmi? Biz ər-arvad deyildikmi? Mənə deyil, el-aləmin sənə dediklərinə inandın. Mən sənə hər şeyi açıqladım, yenə inanmadın, ta ki, bacımın qızı gələnə qədər. Mənim deyil, bir başqasının izah etməsinə nə gərək vardı? Mənim söylədiklərimdən başqa bir şey söylədimi sənə? Xeyr. Demək, sən hər kəsə güvənib, inanırsan, mənə inanmırsan. Mütləqdir ki, bəziləri məni təsdiqləsin. Bir evliliyin təməllərindən biri nədir - etibar. Etibarsız bir evlilik necə davam etdirilə bilər?
Səni çox sevirəm. Sənin məni sevdiyindən çox-çox sevirəm. Amma mənə etibar etməyən bir insanla bu evliliyi davam etdirə bilməyəcəyəm. Düşün, sənin etdiklərini mən sənə etsəydim, sən kədərlənməzdinmi, inciməzdinmi? Özünü mənim yerimə qoy" dedi və dəstəyi qoydu.
O gündən bəri o, mənimlə görüşmür. Bunları sənə niyə izah edirəm, bacı. Halımı gör və belə mövzularda araşdırılmadan addım atılanda nəticənin nə olduğunu bil. Gör məni, bir ailə heç nədən necə yıxılır? Bunları gör - mənə etdiyini başqasına etmə. Soruşub dəqiqləşdirmədən addım da atma...
Bu gün məhkəmə günümüzdür, dua et ki, yoldaşım qərarını dəyişdirmiş olsun..."
Bu hekayə olmuş bir hadisədir. Ümid edirəm ki, ürəklərindəki sevgiləri nəfslərinə qalib gəlmişdir və bu cütlük yeni xoşbəxt həyatlarını davam etdirirlər.
Hekayədəki üç tərəfin yerində hər birimiz ola bilərik. Dedi-qoduçu qadın kimi gördüklərimizi "ünvana" çatdırmadan öncə düşünək, gözlərimizin bizi aldatması səbəbi ilə kimlərinsə həyatını məhv edə bilərik...
Səbirsiz qadının başına gələn başımıza gəlsə, qarşıdakına danışmaq haqqı verək. Dinləmək və danışmaqla çox problemləri kök salmadan həll etmək olar...
Şərlənən ərin vəziyyətinə düşsək, yenə də səbr edək. Etibar etmək çox önəmlidir, xüsusilə ailə daxilində. Amma bu duyğunun azlığı ailəni dağıtmaq üçün səbəb deyil. Özümüzə də güzgüdə baxaq - qarşı tərəfdə olmayan, amma bizdə olan mənfilərimizi görə bilirikmi? Axı heç kim ideal deyil... Qarşı tərəf səhvini anlayıbsa, kini bir tərəfə qoyub bağışlamağı bacaraq... Ailəmiz üçün... Özümüz üçün... Allah üçün...


Şərhlər: 8
Baxılıb: 249
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
maraqli tesirli hadisedir twk
29 may 2016 11:36
# 8
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Gultekin.A
Cox tesirlendim.Gerekki insan qarwindakini dinlemeyi bacarsin.inamsizliq cox pis weydi.neinki aileni insanin ozunde mehv edir.ona gorede her iki teref caliwmalidiki inamsizliq yaranmasin
Ve bir birin bawa dusmeyi dinlemeyi bacarmalidi
28 may 2016 23:52
# 7
..
vipbetul
bir valideyin gelib bunu qizina deyilorda yeznesiniden sorusmaliydi isi qorxaq kimi qizina xeber vermeli deyildi her kes oz ailesine inanmali onudinlemelidir ilk onge sonra qerar vermelidir
28 may 2016 23:23
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Cox maraqlidi olmuw hadisedise inwallah ayrilmamiw olsunlar.evlilik,dostluq,sevgililik butun munasibetlerde guven mutleqdir eger guven yoxdursa bu elaqe her an qirila biler

Cox maraqlidi olmuw hadisedise inwallah ayrilmamiw olsunlar.evlilik,dostluq,sevgililik butun munasibetlerde guven mutleqdir eger guven yoxdursa bu elaqe her an qirila biler
28 may 2016 20:46
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
YalniZ-ArZu
Muhakime etmeyin ki,muhakime olunmayasiz!
Cox tesirli yaziydi,tewekkurler paylawdiginiz ucun.
28 may 2016 20:02
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 may 2016 19:41
# 3
heyatim_menim
O qeder cox tesir etdiki yazilanlar.bezen insan gorduklerine yasadiqlarina bele inanmaq isdemir.insan heyati boyu kimese,neyese inanaraq bu heyat yoluna cixir.amma bu heyat yolunda insan basina neler geleceyinden xebersizdi.heyat bezen insanin qarsisina yaxsi insan bir de pis insan cixartda biler.bezen biz o sehv insani secirik.niye bilmirem neye gore secirik ona da bilimirik amma secirik.Ne qeder gec olsa da ne qeder aci ceksek niye seni secdik desek de olmur.bu bezen dost bezen de sevdiyi insan ola biler.bele gozel soz var gec olsun amma guc olmasin.gucuden istifade ederek heyatimizda olan sehv insanlari cixartmagi bacarmaliyiq.bunu etmeseq yeqin coxdan meğlub teref olaraq heyatimizi davam etdireceyik.
sonda yazilan fikir ise cox gozel qeyd olunub bagislamagi bacarmaliyiq ki bagislanaq.her seye regmen bagislamaq boyuklukdur.cox tesekkurler cox ibretli yazi oldu ALLAH razi olsun.
28 may 2016 18:52
# 2
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
BARBI
Hec vaxt hec kimi gormeden muhakime etmeyin. Sehv anlamayin onu gunahlandirmayin.
28 may 2016 18:36
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz