Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qayıt ana
Qayıt ana
Göndərən: Fialka
Şərhlər: 11
Baxılıb: 359
Səs ver:
-Böyük qız oldum artıq ana,gəl, saçlarımı hör yenədə. Birdə "gəl yeməyini ye, soyutma toppuşum" söylə.Söz verirəm əsəbləşib "mənə toppuş demə"-söyləməyəcəm.Darıxıram sənin üçün ana,hər gün gözlərim yollarda,yolunu gözləyir.O günləri qaytarmaq üçün Allaha altı dildə dua etmişəm,hansı daha tez duyularsa yerinə yetirsin deyə.-Yadındadırmı ana sənə sual vermişdim ki,görəsən Allah bizim danışdığımız dili bilirmi?
- Sən isə cavabında,o sənin söyləmk istədiyin duaları səndən öncə bilir,çünki o sənin qəlbindədir.Qəlbdən edilən dualar isə,həmişə yerinə yetir. Qəlbimin qırıldı ana.Kaş o günlərə dönsəydik, atam əlində meyvə dolu səbətlərlə gələrdi,səndə qabağın kəsib, yenədə pendir almadınmı deyə danlıyardın,mən isə qəh-qəhə çəkərək ürəkdən gülərdim.Atamda "Siz ana-bala birləşmisiz yenə mənə qarşı?" deyərək gülümsəyib,gedər pendir alardı. İndi isə gözlərini tor basıb, əlləri tir-tir əsir.Atamda dönəcəyinə inanıb,qapı tıkkıltısının səsini eşidən kimi,diksinib tez yerindən qalxaraq qapını açır,sən olmadığını görən kimi gözləri dərinliyə çəkilir.Hətta bir dəfə mən evə qayıdarkən, qapını döyüb atamın açmasını gözlədiyim an,qapını açıb "nə tez qayıtdın Sevda"- söylədi. Donub qaldım yerimdə,gözlərim doldu,ağlayaraq atamı qucaqladım...
- Hətta on illiyində,məzar başına gələrkən dözə bilməyib hönkür-hönkür uşaq kimi ağlayıb,baş daşını qucaqladı. Mən səni, o isə öz Sevdasını itirmişdi.Darma-dağın olmuşuq ana.
- Hər gecə yuxuda məni ziyarət etdiyin kimi,atamıdamı ziyarət edirsən? Qorxuram atamdan soruşmağa,dözə bilmirəm atamın göz yaşlarına.Sanki illər onun üzərindən şütüyüb keçib,hündür,enli kürək kişidən sadəcə titrək əllər və yorğun gözlər qalıb.Nolar arada gəl görsən bizə,sənsiz yetim qalmışıq ana.Artıq şəkillərdən səni canlandırıb danışa bilmirəm.Danışmaq kifayət etmir,gəlib özündə görməlisən.Gülüşlərin otaqlardan əksik olmur,hələdə barışa bilmirik.O gözəl saçlarının qoxusunu heç birimiz unuda bilmədik,Atam hər gün örpəyinlə gözlərini silib,qoxunu duyur.Nəfəs borusuyla yaşıyan xəstə kimi,örpəyindəki qoxudan doya bilmir.Atamı ruhundan ayırmaq olar,amma o örpəkdən əsla ayırmaq olmaz.Yerini söylə gələk ana,cənnət nə qədər uzaqdadır?! -Gəl əyaqlarından öpüb,bizdə yanına gələk.Gözlərimi açanda yox olmağın,çox təsir edir mənə anacan. - Son sözün "qızıma onu sevdiyimi söylə və həmişə onunla olacağam"-olubmuş. Hərdən fikirləşirəm ki,atam səni məndən çox sevib...Yoxluğun düşüncəmə,ruhuma,qəlbimə təsir edib mavi gözlü anam... -"Anacan sən rəhmətə gedən günün gecəsi,atama sual verdim ki,anam ölübmü ata? Cavabında isə'anan sağdır ölmüyüb,həyatda yaşıyanlar ölüdür"-deyərək, gözlərindən sən süzüldün ana.Məni indi anlayıram nə demək istədiyini atamın...
-Gəl artıq ana,bir payız yağışıyla özünü bizə yetir.Qapını döy,atam açsın həmişəki qayda ilə,təəccüblənməmiş şəkildə öpüb qoxlasın.İçəri buyurub yeməyimizi bişir,bizə oralardan danış layiq olduğun cənnətindən ana...

Süleyman Əliyev


Şərhlər: 11
Baxılıb: 359
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
adsiz-a
Allah Analarimizi Atalarmizi qorusun Amin...
12 may 2016 17:57
# 11
Barbaris
oxuya bilmedim pis oluram Allah anamzin canini sag ele Ailemi mene cox gorme
11 may 2016 23:22
# 10
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Gözlərimdəki yaş göz ətrafımdan süzülüb yastığımı yaş etdi,çox təsirli yazı oldu,insanın qəlbinə toxundu hər bir sözləri,Həyatın qanunu uşaq,gənc,yaşlan və sonun ölüm çox qəribə deyilmi düşündükcə və bir anlıqda olsun insana mənasız gəlir həyat,amma neyləmək olar verilən həyatı yaşamalıyıq çətin və asand fərqi yoxdu əsas odur yaşamalısan,sevdiklərinlə və zaman gələcək sevdiklərin olmadan sonra isə həmən bu misralar sənə aid olacaq vaxt olar məndə qocalacam övladlarım böyüyəcək və bir gün o soyuq torpağı məndə dadacam...Qəribə deyilmi?
Allah valdeynlərimizi qorusun.
11 may 2016 22:55
# 9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
sadece_men
Cox sagolun doyunca agladim.mende darixdim anamcun atamcun.Allah onlari mene cox gorme.niye qizlar aile quran kimi ata anasindan uzaq duwurler axi
11 may 2016 22:37
# 8
Nur Melikzade
Hec olmazsa yuxularima gelirsen.Ama dozmek cox cetindi.sensiz heyat cox cetindi anam (((
11 may 2016 21:41
# 7
İmza
vipbetul
cox gozel tesirli yaziydi Rebbim hec kimi valideyinle imtahan etmesin AMin insallah

cox gozel tesirli yaziydi Rebbim hec kimi valideyinle imtahan etmesin AMin insallah
11 may 2016 21:14
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Oxuyaraq aglamamaq mumkun deyil sanki menim ve atamin butun yawadiqlarimizi aliblar qeleme cox tesir eledi mene bu yazi
11 may 2016 21:01
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


11 may 2016 20:02
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Sara035
Çox tesirli hekayedi dogurdanda,kaw qayitsa bizi qoyub getmeseler,qurban olum anama bawinin bir tuku duwmesin yere.Atamin yerini dolduran tek insan heyatda soykendiyim guvendiyim tek insan.Allah butun analara can sagligi uzun uzun omur versin amin.

Artıq şəkillərdən səni canlandırıb danışa bilmirəm.Danışmaq kifayət etmir,gəlib özündə görməlisən........Dogurdanda wekiller artiq yetmir seni istiyirem canim ATAM
11 may 2016 19:36
# 3
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
BARBI
Tesirli yazidir. Kas analarimiz olmese. Ah onlarin evezi verile bilmez
11 may 2016 19:11
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
evli.mutlu.cocuklu
Necə təsirli idi uffff
11 may 2016 18:31
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz