Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın kordur
Qadın kordur
Göndərən: Angela7
Şərhlər: 12
Baxılıb: 388
Səs ver:
Kafedə əyləşib deyib gülə-gülə söhbətləşən bax bu xoşbəxt cütlük ər-arvaddılar, yəqin verdikləri sifarişin hazır olmasını gözləyirlər. Qadın... sanki Tanrı onu yaradarkən bütün diqqət və qüdrətini səfərbər edib - olduqca gözəldir, təravətlidir, xoşdur. Kişi... ortabab bir kişidir, yaxından baxanda məlum olur ki, hətta fiziki qüsurludur. Yan masadakı əyləşən əclafın ağzının suyunu axıdansa qadının gözəlliyindən də çox bu cütlüyün nabərabər olduğunu düşünməsidir; sanır ki, belə bir gözəl qadın qarşısındakı fiziki qüsurlunu deyil, məhz onu – şümşad qamətli, enli kürəkli, nə bilim, bəbir biləkli kişini haqq edir. Şou başlayır, o özünü qadının gözünə soxmaq üçün minbir centlmenlik oyunları çıxarır, əlli cür hoqqabazlıq edir; siqareti siqarete calayır, əllərini saçlarına daraq edir, guya ki, eşq dərdinə düşüb, ofisiantla hökmlü danışır, çağırıb musiqini dəyişditdirir... hər nə edirsə olmur, lənətə gəlsin, qadın ona tərəf baxmır belə. Niyə, bilirsiz?
Bayaqdan kişinin bütün bu canfəşanlıqlarnı (bir az da məzəylə) izləyən arıq cüssəli ofisiant nəhayət ona yaxınlaşıb qorxa-qorxa qulağına pıçıldayır:
"Qadın kordu”.
İndi siz bu əclafın düşdüyü halı təsəvvür edin də; qızarır, bozarır, düşdüyü vəziyyətə görə günahlandırmağa bir şey, bir kəs axtarır. Stulun başından pencəyini qapıb masaya bir təpik, kafedən çıxır. Əslində isə qadın kor deyil, sadəcə aşiq idi və ofisiant məhz eşq korluğunu nəzərdə tutmuşdu.
"Əslində isə” dən sonranı belə də yazmaq olar: əslində isə qadın kor deyil, sadəcə tox idi – gözü tox! Belə də yazmaq olar: əslində isə qadın kor deyil, sadəcə sədaqətli idi; belə də yazmaq olar: əslində isə qadın kor deyil, əsl qadın idi, sevirdi. "gözütoxluğun” üzərində dayanmaq istəyirəm. Düşünürəm ki, bu təkcə qadın-kişi münasibətində deyil, həyatın bütün istiqamətlərində belə olmaq gərəkdi.


Şərhlər: 12
Baxılıb: 388
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox gozel bezi qadinlarinsa ibret goturmesi lazim olan hekayedi
26 mart 2016 14:29
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
Kaşki bütün qadın və kişilər belə olardılar insanlar hər məsələdə gözütox olmalıdır
25 mart 2016 20:40
# 11
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

_TəHLuKə_
Hekayə(+).....
25 mart 2016 19:49
# 10
Özün ol!Qəti özənmə özgələrinə!
aLoNe AnGeL
Təki hamı yəni bütün qadınlar belə kor ola bilə...
25 mart 2016 19:03
# 9
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
yarpaq33
Cox gozel hekayedir qadin kor deyildi sadece namuslu idi halalindan bawqasini gozu gormurdu
25 mart 2016 16:56
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ayka95
cox gozel hekayedi
25 mart 2016 16:17
# 7
Barbaris
qadın kor deyil, sadəcə tox idi – gözü tox!
25 mart 2016 16:12
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fi-Ra
Bezi gozudoymayan qadinlar ucun ibretli hekayedir
25 mart 2016 16:04
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Aycelice
cox gozel bir hekayedi.insan birini sevende heqiqetende gozu kor olur..Allah herkese qismet elesin o gozel ulvi hissi heart
25 mart 2016 15:37
# 4
BARBI
Qadin cox zaman kor kar olmagi bacarmalidir. Her zaman altdan almalidir
25 mart 2016 15:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Bu hekayəni başqa bir yerdə oxumuşdum yenədə oxumaq xoş oldu. İstər qadın olsun istərsədə digəri əgər sədaqətlidirsə öz həyat yoldaşına o zaman ətrafına "kor olmağı" bacarmalıdır... Nə qədər ətrafında özünü gözə batıran , abır həyasını itirən, qürursuz varlıqlar çox olsa belə..
25 mart 2016 14:50
# 2
qanadli melek
Qadin kor deyil sadece gozu bawqasini gormeyecek qeder cox sevir cox awiqdi.bele agilsiz kiwilerde her yerde var bir gozel qadin gorende ozunu itiren yalanan lovgalanan qadinin diqqetini cekmek ucun min hoqqalardan cixan
25 mart 2016 14:38
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz