Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İbrətamiz hekayə
İbrətamiz hekayə
Göndərən: Roza
Şərhlər: 10
Baxılıb: 370
Səs ver:
Dünya görmüş qoca şəhərin girişində əyləşib, fikrə dalmışdı. Şəhər qapılarına yaxınlaşan gənc ondan soruşdu:
- Mən heç vaxt bu şəhərdə olmamışam. Buranın camaatı necədir? Qoca suala sualla cavab verdi:
- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?
Gəncin sanki yarasına duz səpdilər:
- Heç soruşma, ay baba! Çox pis insanlar idi, hamısı əsəbi, kinli. Elə buna görə də köçmək qərarına gəldim.
Qoca dilləndi:
- Bilirsən, elə buranın camaatı da belədir.
Gənc artıq şəhərə daxil olmadı, kor- peşman yoluna davam etdi.
Bir qədər keçdikdən sonra şəhərin qapılarına başqa bir gənc yaxınlaşdı, o da ağsaqqala müraciət etdi:
- Bu yerlərin adamı deyiləm, baba. Mənə bir məsləhət verərdiniz. Bu necə şəhərdir, insanları necədir?
Qoca yenə suala sualla cavab verdi:
- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?
- Çox gözəl insanlar idi, baba. Alicənab, qonaqpərvər, mərd. Orda çox sayda dostum var. İnanın ki, onlardan heç ayrılmaq istəmirdim. O şəhərdə bir müddət yaşadığıma görə Allahıma çox şükür edirəm!
Qoca gülümsəyərək dedi:
- Bax, elə buranın camaatı da belədir.
Gənc şəhərin qapılarından daxil olub izdihama qarışdı. Baş verənləri izləyən yaxındakı karvanın rəhbəri olan tacir təəccüblə qocadan soruşdu:
- Axı iki insana eyni suala necə tam fərqli cavablar verə bilərsən?
- Oğul, hər kəs dünyasını öz ürəyində daşıyır. Gəldiyi yerlərdən özü ilə qəzəb, kin gətirən elə burda da eynisini tapacaq. Əksinə, qərib diyardan qəlbində sevinc, sevgi, Allaha şükür gətirən bəndə harada olursa olsun, yenə də xoşbəxt olacaq. İnsanlar ideal olmur.
Onlar pis və yaxşı xasiyyətləri özlərində cəmləşdiriblər. Xoş yaxşını görüb, yaxşıdan yararlanıb, pisləri bağışlamağa bacaranların halına!


Şərhlər: 10
Baxılıb: 370
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
NURANE
Cox qewey ibretamiz oldu beyendim
29 aprel 2016 09:32
# 10
zalimin zulmu varsa seveninde Allahi var
gulay..
Dogurdanda ibretamiz hekayedir..
21 mart 2016 20:55
# 9
Sən xiristianlar ölkəsində tək müsalaman, Mənsə sənə həsrət qalmış `azan...
_TəHLuKə_
Səhv eləmirəmsə 6cı sinif dərsliyində bu hekayə var idi..(...Qəlbin necədirsə ətrafı elə görəcəksən...Yaxşı hekayədir
21 mart 2016 15:40
# 8
Özün ol!Qəti özənmə özgələrinə!
kiraz mevsimci kiz
cox gozel hekayedi insan ozu necedirse etrafindakilarda ona qarsi ele olur
21 mart 2016 13:10
# 7
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Sevincka
həqiqətən doğrudur
21 mart 2016 12:20
# 6
lale.veliyeva19
insanın ürəyi necədirsə hyatıda elə görür
21 mart 2016 11:42
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

BARBI
Ibretamiz ve menali hekayedir. Qelbinde pislik dasiyan insan hara isterse getsin o pisdir. Qelbinde yaxsiliq olan insan her yerde yaxsidir
21 mart 2016 09:32
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Cox maraqli hekayedi
21 mart 2016 02:31
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
cox gozel cavabdir insan ozu negedirse etrafinida o gur bilir ibretli hekayedir
21 mart 2016 02:00
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Mənalı olduqcada ibrətlik bir hekayə idi doğrudur ki, "hər kəs dünyasını öz ürəyində daşıyır" kim ətrafına , dünyaya necə gözlə baxırsa o cürdə görür yəni çox şey asılıdır insanın xislətindən o qəlbinin rəngində yaşayar həyatı , qəlbinin rəngidə ətrafa yamsılanar... Deyir yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir...
21 mart 2016 01:21
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz