Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Böyük uşaqlar...
Böyük uşaqlar...
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 235
Səs ver:
Mən artıq həyatdan yorulmuşam- pəncərə qarşısında əyləşmiş oğlan uşağı dilləndi.
- Niyə?- deyə yaxınlıqdakı anası soruşdu.
- Mənim bu həyatla mübarizə aparmağa gücüm yoxdur- deyə uşaq fikirli və kədərli halda cavab verdi.
- Kimsə məktəbdə xətrinə dəyib? Yəqin yenə də o 5-ci sinifdə oxuyan Dimkadır. Artıq neçənci dəfədir ki, sinif rəhbərinizə şikayət edirəm. Görəsən onun valideynləri nə fikirləşir.
- Yox, ana, yox, məktəbdə hər şey qaydasındadır.
- Bəs sənin əhvalını pozan nədir?
- Nə üçün bu həyatda mənim fantaziyalarıma, arzularıma yer yoxdu?
- Başa düşmədim, sən nə haqda danışırsan, oğlum?
- Sinifdə yalnız mən təyyarəçi olub buludlar üzərində uçmaq istəyirəm. Digər yoldaşlarım isə biznesmen, direktor olub çoxlu pul qazanmaq istəyirlər.Dostum Vanyanın atası deyir ki, təyyarəçi olmaq həm axmaqlıq, həm də qorxuludur. Çünki təyyarə xarab ola bilər, sən qəzaya uğraya bilərsən, həm də ki, onlar çox az maaş alırlar. Ən yaxşısı bir dükan açmaqdır.
Dostlarım arasında yeganə mən bədii ədəbiyyat oxumağı xoşlayıram. Ona görə yox ki, bunu bizə tapşırıq kimi verirlər, sadəcə mənə bu doğrudan da maraqlıdır. Təkcə mən kitabxanaya gedir, o toz basmış kitabları oxuyuram. Digərləri isə mənə gülür, məni botanik adlandırırlar. Özləri isə kompüter oyunlarını, internetdəki hazır hekayələri xoşlayırlar. Mən çalışıram və bəzən də ev tapşırıqlarında səhvlər edirəm, yoldaşlarım isə valideynlərinin uşaqlarının yaxşı oxuması üçün onlara aldıqları vəsaitlərdən hazır həlləri köçürürlər. Vladik mənə deyir ki, onun atası 7-ci sinifə qədər oxuyub, buna baxmayaraq tikinti firmasında müdirdir, lakin onun qarovulu institut bitirib.
Ana, insanlar nə üçün bu qədər ünsiyyət vasitələri fikirləşirlər, lakin öz yaxınları və sevdikləri ilə çox az ünsiyyətdə olurlar. Bilərək ki, istənilən an zəng edə bilərlər, çox zaman bu zəngi də unudurlar...
- Oğlum! -kövrəlmiş ana oğlunu qucaqladı.
- Yəqin mən bu dünyanı başa düşmək üçün çox balacayam. - deyə uşaq qəmgin halda sözünə davam etdi - o həyatı ki, mənim yaşıdlarımın uşaqlıq arzularını, ümidlərini, sadəlövhlüyünü alır, indi heç kim düzgünlüyə, xeyirxahlığa, sədaqətə, səmimiliyə inanmır...
- Mən hələ balacayam - deyə uşaq anasının qucağında mürgüləyərək sözünə davam edirdi - Mən hələ mübarizə aparmaq üçün balaca və gücsüzəm, lakin böyüyəndə mütləq, amma...amma mənə maraqlıdır ki, bəs böyüklər niyə heç bir şey etmirlər, sadəcə olaraq vaxtın, pulun, gücün, sağlamlığın azlığından şikayət edirlər. Yadındadı atam deyirdi ki, müdir olandan sonra bizimlə daha çox vaxt keçirəcək, amma o indi heç evə də normal gəlmir, gah məzuniyətlər, gah iclaslar. O hətta dünən mənim oynadığım tamaşaya da gəlmədi. Ana, sən isə baş mühasib olandan sonra artıq mənim sevdiyim blinçiklərdən də hazırlamırsan., hansı ki, qəzetə büküb mənim çantama qoyurdun ki, mən məktəbdə ac qalmayım. Onların əvəzinə indi çantamda kağız parçaları var, o kağız parçaları ki, onlarla mən məktəbin bufetindən özümə yeməyə nəsə almalıyam. Axı orada sənin blinçiklərindən satmırlar, mən onların qoxusu üçün darıxmışam. Mən heç vaxt, amma heç vaxt sənin blinçiklərini o çantamda olan kağız parçalarının milyonuna da dəyişmərəm. Mən hələ balacayam, balacayam, balac...
O yuxuya daldı, harda ki, o həqiqətən də xoşbəxt idi.


Şərhlər: 3
Baxılıb: 235
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Təsirləndim özüdə çox hər bir sözü ürəyimə sanki bir ox kimi dəydi,çünki mənim ağlımda tam uşağın söylədiklərini fikirləşib mübarizə apararlardandır.Məndə bu dünyada heç kimi başa düşə bilmirəm,daha doğrusu insanların nə istədiyini bilmirəm,məqsədləri nədir bilmirəm.Bilirsiz mənə nə gülünc gəlir sizə qabaqlarda bir insanla danışdığım sözləri bölüşəcəm görün hansı zəmanəyə aid olan (özünü şəxsiyyət sanan) "şəxslərnən"yaşayırıq.
Çox savadlı bir oğlan var öz yerini bilən ,içməyən,çəkməyən,hətta 21 yaşına qədər heç bir qızla ünsiyyətdə olmayan hörmət etdiyim oğlandır.Bu bir gün valdeynləri ilə toya gedir orda dostlar tanışlarnan birgə oturur,o doatlar başlayırlar içməyə bu oğlanada məcbur edirlə ki,səndə vur amma istəmir bu oğlan deyir: (mən hesab edirəm o murdar içki mənə o qədərdə vajni deyil)nə qədər dostlar məcbur etsələrdə öz dediyindən dönmür.Amma o dostlardan biri səhəri gəlir bir məclisdə oturub bu oğlanın axmaqlığından danışır gülüb məxsərəyə qoyur ..Bəs səbəb nədi?Səbəb odu ki,oğlan içmir,çəkmir, qızla danışmır, gəzmir...Ancaq oxuyur...görəsən oxumaq yuxarıda sadalanan iyrənclikdən dahada pisdimi?ağıllı olmaq pisdimi?Cəmiyyətimiz niyə qınamağı sevir niyə ağıllı şəxsləri görüb axmaqları yola gətirmək üçün çalışmırlar?Səfh olduqlarını bilə-bilə yenədə bildiklərindən əl çəkmirlər,nəhlətə gəlmiş pul niyə bu zəmanədə insanlıqdan belə bu qədər önəmlidir?İnsanların vicdanını ,qürurunu,şəxsiyyətini alacaq qədər pul önəmli bir kağız parçasıdır çox heyif ...Onuda pul acgözlüyü olan kəslər edir ,gözü tox olan insanların pulu çoxda olsa öz mənliyini unutmurlar...
Təşəkkürlər çox mənalı hekayə oldu.
23 aprel 2016 21:16
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
negede gozel menali tam bugunun sozleri heqiqetleridir,bezen olurki balaga usaq ele danir deyirsen elbet boyguyubde balagalasib indi her kes pul pesinde bu cur fikirlesenler berkemde hec yoxdur balaga

negede gozel menali tam bugunun sozleri heqiqetleridir,bezen olurki balaga usaq ele danir deyirsen elbet boyguyubde balagalasib indi her kes pul pesinde bu cur fikirlesenler berkemde hec yoxdur balaga
23 aprel 2016 20:51
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Tesirli hekayedi dogrudanda heyatda insanlar azginlawiblar hami her weyi pulla olcur pulun varsa kec yuxari bawa yoxdursa biden deyilsen zemanesidir ele bil artiq insanliga qiymet verilmir neden beledir goresen her weyide atiriq zaemanenin ustune ama eslinde insanlarin qelbi dawlawib
23 aprel 2016 18:52
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz