Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çarli Çaplinin qızına yazdığı məktub
Çarli Çaplinin qızına yazdığı məktub
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 764
Səs ver:
"Mənim qızım! İndi gecədir. Bayram gecəsi. Kiçik qəsrimizdəki silahsız əskərlər yuxuya gediblər: Bacın və qardaşın yatıb. Hətta anan da uyuyub...
Sən məndən o qədər uzaqdasan ki... əgər sənin şəklin gözlərim önündə deyilsə, qoy mən kor olum. O burdadır, stolumun üstündə - qəlbimin yaxınlığında.
Bəs sən hardasan?
Orada – nağılvari Parisdə.
Yelisey teatrının möhtəşəm səhnəsində rəqs edirsən, mən bunları yaxşı bilirəm. Bununla belə bu sakit gecədə sanki sənin ayaq səsini eşidir, qış gecələrinin ulduzları tək parlayan gözəl gözlərini görürəm. Eşidirəm ki, sən bu bayram sayağı və parlaq tamaşada Tatar xan tərəfindən əsir edilmiş fars gözəlinin rolunu oynayırsan.
Gözəl ol və rəqs et! Ulduz olub parla!
Ancaq elə ki, tamaşacıların həyəcan və minnətdarlıqları səni məst etdi, elə ki, sənə göndərilən güllərin xoş ətri başını gicəlləndirdi, bir anlığa küncə çəkilib mənim məktubumu oxu. Atanın səsinə səs ver. Mən sənin atanam, Çeraldina! Mən Çarli Çaplinəm, Çarli Çaplin!
Heç bilirsən çarpayının yanında neçə gecələr keçirmişəm? Sən lap körpə idin... Sənə o qədər nağıl danışmışam ki... Yatmış gözəl barəsində, qorxunc əjdaha haqqında. Yuxu atanın bu qoca gözlərini yumanda, mən ona gülürdüm və deyirdim: " Çıx get! Mən qızımın arzuları ilə yatıram”. O zaman mən sənin arzularını, gələcəyini görürdüm, Ceraıdina, sənin bu gününü görürdüm. Səhnədə rəqs edən qızı, göylərdə süzən pərini görürdüm. Tamaşaçıların dediklərini eşidirdim: "Bu qızı görürsünüzmü? O qoca təlxəyin qızıdır. Yadınızdamı, onun adı Çarli idi”?
Bəli, mən çarliyəm, qoca təlxəyəm! İndi növbə sənindir. Rəqs elə! Mən cırıq, enli balaq şalvarda rəqs etmişəm. Sən isə ipək şahzadə paltarında rəqs edirsən.
Bu rəqslər, bu gur alqış səni göylərə qaldıracaq, hərdən yerə də en. İnsanların həyat tərzini müşahidə et. Sən ac qalan, soyuqdan tir-tir əsən dilənçi həyat tərzi keçirən rəqqasələrin sərsəri həyatını görməlisən.
Mən onlar kimi olmuşam, Ceraldina! O sehrkar kecələrdən mənim nağıllarımla yuxuya getmisən. Yatmayıb çöhrənə baxmışam. Qəlbinin döyüntüsünü eşitmişəm. Və elə hey öz-özümdən soruşmuşam: "Çarli, görəsən, bu pişikciyəz səni nə vaxtsa tanıyacaqmı”? Sən məni tanımırsan, Ceraldına. O gecələrdə mən sənə çox nağıl danışmışam... Ama öz nağılımı söyləməmişəm. O da maraqlıdır... londonun yoxsul məhəllələrində oxuyan, rəqs edəm ac təlxəyin nağılını... Budur, mənim nağılım. Ac qalmağın, evsizliyin nə olduğunu dərk etmişəm! Qəlbində ümmanlar qədər qürür gəzdirən atan, köçəri təlxək olmağına görə o qədər təhqiredici ağrılar çəkib ki... Bütün bunlara baxmayaraq, yaşamışam. Dirilər haqqında, adətən az danışılır. Yaxşısı budur, sənin haqqında danışaq, Ceraldina.
Sən mənim familiyamı daşıyırsan – Çaplin! Qırx ildən artıqdır ki, o, yer üzünün insanlarını güldürür. Onların güldüyündən daha çox, mən ağlamışam.
Bil ki, sən yaşadığın dünya təkcə musiqi və rəqsdən ibarət deyil.
Gecə yarısı böyük salonlardan çıxanda öz varlı pərəstişkarlarını unut. Amma səni evə aparan taksi sürücüsündən arvadinin vəziyyətini unutma.
Əgər onun arvadı hamilədirsə, əgər gələcək uşağa pal-paltar almağa onların imkanı yoxdursa, onun cibinə pul qoy.
Tapşırmışam sənin bu cür xərclərini bank ödəyər. Başqa xərclərdə isə qənaətcil ol! Hərdən bir metrodan da istifadə et. Şəhəri gəz. Insanları müşahidə et.
Heç olmasa gündə bircə dəfə öz-özünə de: "Mən də bunlardan biriyəm”!
Bəli, qızım, sən onlardan birisən! Adətən, incəsən insanlara səmaya uçmaq üçün qanad verməmişdən əvvəl onların ayaqlarını qırır.
Elə ki, özünü tamaşaçılardan yüksəkdə hiss etdin, o saat səhnədən uzaqlaş. Qarşına çıxan ilk taksilərdən birinə əyləş. Paris ətrafına dolan. Sən bu yerlərdə sənin kimi, hətta səndən də gözəl, səndən də qəşəng, qürurlu rəqqasələrə rast gələcəksən. Burada teatrların gözqamaşdırıcı prpojektorlarından əsər-əlamət olmayacaq. Onlar üçün projektor – aydır. Onlara yaxşı-yaxşı nəzər sal. Bəlkə onlar səndən də yaxşı rəqs edirlər?
Etiraf et, mənim qızım! Həmişə səndən yaxşı rəqs edən, səndən də yaxşı çalan tapılar. Və yadında saxla ki, hələ Çarli ailəsində elə bir kobud ailə tapılmaz ki, o, Sena sahillərində dilələnlərə gülmüş olsun, onları ələ salsın...
Mən öləcəyəm. Lakin sən yaşayacaqsan. Sənin yoxsul olmağını istəmirəm. Bu məktubla bərabər sənə çek kitabçası göndərirəm. Nə qədər istəyirsən, o qədər də xərclə.
Amma elə ki, iki frank xərclədin, bil ki, üçüncüsü sənin deyil. Bu bir frank ehtiyacı olan naməlum adama qismət olmalıdır. Sən belələrini asanlıqla tapa bilərsən. Əgər bu cür naməlum kasıbları görmək istəsən onlara hər yerdə rast gəlmək olar. Səninlə bu haqda ona görə danışıram ki, mən bu "şeytanın” aldadıcı qüvvəsinə bələdəm.
Bilirsən, mən uzun müddət sirkdə işləmişəm. Həmişə də kəndirbazlar üçün həyəcan keçirmişəm. Lakin bir həqiqəti sənə deməyə məcburam: adamlar möhkəm torpaq üstündə etibarsiz kəndir üstündəkindən daha tez-tez yıxılırlar. Brilyanda məftun olmusansa, sənin yıxılacağın labüddür. Ola bilər, günlərin bir günündə bir şahzadə səni özünə məftun edə. Sən elə bu andan dönüb təcrübəsiz kəndirbaz olacaqsan. Təcrübəsizlər də həmişə yıxılırlar. Qəlbini daş-qaşlara, qızıla satma. Bil ki, dünyada ən böyük briliant – günəşdir. Xoşbəxtlikdən o da hamının sifətinə şəfəq saçır.
Elə ki, birini sevdin, onu bütün qəlbinlə sev.
Bilirəm, atalarla evladların mübarizəsi daimidir. Qızım, mənimlə, mənim fikirlərimlə mübarizə et. İtaətkar evladlar mənim xoşuma gəlmir. Bu bayram gecəsində istəyirəm möcüzə baş versin: sən məni başa düşəsən, həqiqətən başa düşüb nə demək istədiyimi anlayasan...
Ceraldina, artıq çarli qocalıb. Gec-tez səhnədə geydiyin ağ paltar əvəzinə qara geyinib qəbrim üstünə gələcəksən. Səni kövrəltmək istəmirəm. Ancaq hərdən bir güzgüyə bax, orda məni görəcəksən. Damarlarında qanım var. Mənim damarlarımda qan dayananda da istəyirəm ki, sən atanı – Çarlini unutmayasan. Doğrudur, mən mələk olmaməşam. Amma insan olmağa həmişə can atmışam. Sən də buna cəhd et!
Öpürəm səni, Ceraldina. Sənin Çarlin”


Şərhlər: 10
Baxılıb: 764
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
cox gozeldi ata qizina insanliq oyredir
22 aprel 2016 10:16
# 10
vipbetul
maraqli mektubdur
22 aprel 2016 00:50
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
krisa
Oy nece de,maraqli,ibretamiz mektubdur.Heqiqeten de bu mektub vasitesi ile,Carli Caplin qizina heyati basa salmaga calisib.Yani sohretden basin firlanmasin.Men deyerdim bu mektub nece de bizim indiki dovrumuz ucun aktualdir.Tesekkurler.
21 aprel 2016 22:11
# 8
yarpaq33
Tesirli bir mektubdur bir atanin bu heyatda evladina vere bileceyi en deyerli sozler yazilib bu mektubda bir atanin evladina gostere bileceyi en duzgun en xeyirxah yol gosterilib eyer qizida bu yolda davam edibse Carlinin yeri cennetlik olub
21 aprel 2016 20:57
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Jafarzadeh96
Neçə illərdir insanların nəsə öyrənə biləcəyi dəyərli məktub..paylaşığınız üçün təşəkkürlər
21 aprel 2016 20:38
# 6
Barbaris
tesirli mektubdur bir qizi esl urekle seven yegane kiwi Atasidir..
21 aprel 2016 20:09
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
evli.mutlu.cocuklu
Tesir eledi menede
21 aprel 2016 19:51
# 4
Catwoman666
Demeli Carli de menim atam kimi qizina duskundur))) O da qizini cox isteyir.
Carli Caplini cox sevib beyenmisem. Meshur komedyandir. Heyatda agri acilar cekib. Hemise de rollarinda kasib adami oynayib. Cunki o kasiblarin dilinden anlayan olub.
Tesirli ve coxx maraqli mektubdur. Men bu mektubdan bezi dersler aldim ve bir nece shey oyrendim.
t
...666...
21 aprel 2016 19:22
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
Çox təsirli məktubdur.Mənimdə şəklim atamın iş yerində stolun üstündəki şüşənin altındadır.2-də oxuyanda Tumurcuq qəzeti üçün çəkdirdiyim hörüklü şəkil.Bir dəfə gedib görəndə məətəl qaldım.İndi Ümidində şəkli ordadır.
Qəribə söz işlətdi ki,övladın ataya itaətkarlığını sevmirəm,çalış mənimlə, mənim fikirlərimlə mübarizə et.Mən biraz tərs və söz götürməyən insanam.Haqsızlığıdaki heç kimə keçən deyiləm.Hətta olub ki,atamada etiraz etmişəm.Oda məni pis danlayıb ki,belə olmaz.Amma özüdə həmişə deyir ki,haqsız olmayın,haqsızlığı cavabsız qoymayın.Nəisə çox təsirli məktub oldu.Kaş hamı insana olmağa bir balacada olsa cəhd etsin.
21 aprel 2016 18:55
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Tesirli yazidir. Atanin qizina sevgisi necede derindir
21 aprel 2016 18:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz