Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəlkə, sən Murakaminin romanında yaşayırsan?
Bəlkə, sən Murakaminin romanında yaşayırsan?
Göndərən: Fialka
Şərhlər: 4
Baxılıb: 278
Səs ver:
Bir fil qəribə formada yoxa çıxır. Evinə qayıdanda səni div bir qurbağanın gözlədiyini görürsən. Pişik qeybə çəkilir. Göy üzündə eyni vaxtda iki Ay yüksəlir. Həyat yoldaşın birdən-birə itir. Qəribə bir adam səndən bir qoyuna rast gəlib-gəlmədiyini soruşur və ya bir qadın həyatının 10 dəqiqəsini tələb edir.
 
Ətrafına bax! Aşağıdakıları oxu!
 
*Qəhvəni tünd və südsüz içirsən.
 
*Keçmiş caz vallarını çox sevirsən.
 
*Yad adamlarla mənəvi bağlılıq hiss etmədən yaşadığın seks sənə normal gəlir. Belə bir təcrübəni dostuna danışmağa çalışsaydın, soyuq bir dildən istifadə edərdin. Ancaq bunu edə bilməzsən, çünki heç dostun yoxdur.
 
*1960-cı illər... Tünd qəhvə, günortadan sonra baş tutan hissiz sevişmələr -  bu tip bəsit zövqlər yaşamaq xoşuna gəlir. Ancaq bilirsən ki, 1960-cı illərdə yaşasaydın belə, yenə də yalnız olacaqdın.
 
*Günlərini "necə edim ki, daha real bir həyat yaşaya bilim?” sualını götür-qoy edərək keçirirsən.
 
*Bəxtsizsən, ətrafındakı hamı kobuddur. Onlar diqqətinə layiq olmayan insanlardır.
 
*Bir tanışın var. Ancaq tamamilə sənin ziddindir.
 
*İçində olduğun məkanları qüsursuz şəkildə təsvir edə bilirsən. Ancaq növbə hissləri təsvir etməyə gələndə çox bacarıqsız olursan.
 
*Bir qadına edə biləcəyin ən böyük "kompliment” onunla yatmamaqdır.
 
*Bir nəfər var, o sənin alnının yazısıdır. Onunla münasibətin yalnız eşqdən ibarət deyil. Kainat sən onunla qarşılaşa biləsən deyə yaradılıb.
 
*Evini tərk edib nəyinsə arxasınca düşmüsən. Ancaq axtardığın şeyin nə olduğunu sən də bilmirsən. Beşulduzlu mehmanxanalara, kiçik qəsəbələrə, dağ başında yerləşən ruhi dispanserə gedirsən. Sonra gözləməyə başlayırsan. Ancaq olmağını gözlədiyin şeyin çoxdan baş verdiyini görmək üçün mütləq evinə qayıtmalı olursan. 
 
Bunlardan ən azı biri sənin də başına gəlibsə, yapon yazıçısı Haruki Murakaminin hər hansı romanının və ya hekayəsinin qəhrəmanı ola bilərsən. Bəlkə, sən Murakaminin yaratdığı onlarla obrazdan birisən. Elədirsə, kədərlənməyə və fəlakətlərə hazır ol! Həyatının qadınını tapsan belə, sonda xoşbəxt ola bilməyəcəksən. Çünki Murakaminin yaratdığı kainatda həmişə nəsə əskik qalır.
 
Qeyd edək ki, bu maraqlı test "The Toast” adlı saytda yayımlanıb. Orada qeyd edilənə görə, bu test təkcə kişilər üçündür. Çünki Murakami romanının içindəki qadın olsaydınız, çoxdan yox olmuşdunuz.


Şərhlər: 4
Baxılıb: 278
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maaqli qeyri-adi sozlerdir
23 aprel 2016 14:40
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
-__MOONLIGHT__-
İndiyə kimi Haruki Murakaminin bir romanını oxumuşam "Kafka Sahildə" romanı. Həqiqətəndə bu yazarın əsərləri çox qarışığlığ düyüm təşkil edir. Hadisənin hardan başlamasını anlamaq çətindi. Bir epizodda göydən zəlilər yağırsa digər epizodda 15 yaşlı Kafka Tamura yuxulu vəziyyətdə bilinməyən zaman tunelindən keşib atasını öldürür yuxudan oyananda özünü qanlı köynəyiylə birgə köhnə bir işığı yanan məbədin yanında tapır. Qısaca o romanda 1 şeyi dərk etmişdimki atası Kafkanı lənətləmişdi..uşaqlığdan Kafkaya demişdiki sən bacınla və ananla (Cinsi yaxınlığda)olacaqsan. Elədə oldu. Yenə yuxulu vəziyyətdə doğma bacısının başına fəlakət gətirdi. Sonra dərhal o biri epizod gəlir ordada yaddaşını itirmiş 60 yaşlı pişiklərlə danışa bilən Nakata adlı bir qoca kişidən söhbət gedir o da zamana aid bir böyük daşı axtarır. Çox qəribə romanları var. 8-ci sinifdə idim bu romanı ilk dəfə oxuyanda. Bitirdim. 9cu sinifdə birdə başladım oxumağa. Yenədə o romanda əsas mövqedə nədən söhbət gedildiyini başa düşə bilmədim. 11ci sinifəm bitirim imtahanları verim yenə oxuyacam. Müəmmalı qalır mənə o əsər. Burada yazılanların bir qismidə o əsərə aiddi. Çünki orada da Kafka keçmiş 1960-cı illərin caz vallarını dinləyirdi. Oda romanda günortalar qəhvə yaxud çay içirdi belə yadımda qalıb. Müəmmalı ölümlərlə bağlı romandı. İnşallah digər əsərlərinidə oxuyacam. Çox düşündürücüdü əsərləri. Məndən bu qədər=)
22 aprel 2016 22:41
# 3
Həyat paylaşdığca gözəl=)))
Tomris Müslümova
Başa düşülməsi çətin olan maraqlı yazıdır.İki dəfə oxudum.Biraz vahiməli bir yazı kimi gəldi mənə amma yenədə tam dəqiq başa düşmədim.Təşəkkürlər)
22 aprel 2016 20:29
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Barbaris
twkeler xebere gore
22 aprel 2016 20:02
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz