Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pul-hər şey demək deyil!
Pul-hər şey demək deyil!
Göndərən: Tomris Müslümova
Şərhlər: 10
Baxılıb: 434
Səs ver:
Bir gün Allahın Rəsulu, sevimli peyğəmbərimiz Məhəmməd (s.a.a) ümmətini, möminləri bir yerə yığaraq, gözəl dinimiz haqda insalara danışırdı. İmanlı insanlar sakitcə oturub, çox diqqətlə Onu (s.a.a) dinləyirdilər ki, birdən qapı açılır və içəri bir kasıb ixtiyar daxil olur. Onun pal-paltarına baxanda çox kasıb olduğu görsənirdi. Gecikdiyini görən kasıb, sakitcə boş yer axtarmağa başladı. Bu zaman şəhərin ən tanınmış zəngin bir adamın yanında boş yer olduğunu görür və ora tərəf gedir. Bunu görən zəngin ağız-burnunu əyərək, pal-paltarını özünə tərəf çəkir və narazı şəkildə dodaqları ilə nəsə də deyir. Kasıb pis olsa da ona fikir vermir və sıxılaraq bir küncdə oturur. Bunu görən Peyğəmbər (s.a.a) çox sakit bir tərzdə deyir:
- "Sən qorxdun ki, onun kasıblığı sənə də keçər?”
Zəngin bu sualı gözləmirdi, özünü itirərək deyir:
- "Xeyir, ey Allahın Rəsulu”.

- "Bəs onda qorxdun ki, sənin var-dövlətinin yarısı onun olar?”
- "Xeyir, Ya Peyğəmbər”.

- "Hə, bildim, onda sən qorxdun ki, birdən o sənin paltarını çirkləndirər, düzdü?”
- "Xeyir, Ya Allahın Rəsulu”.

- "Bəs onda sən niyə bu hərəkəti etdin?”

Bu zaman zəngin öz hərəkətindən utanaraq dedi:
- "Ya Rəsulallah, mən Allahın iznilə öz var-dövlətimin yarısını ona verəcəm, bəlkə onda Allah məni bağışlayar”.

Sıxılıb bir kənarda oturan kasıb birdən bunu eşidərək, mərd deyir:
- "Yox, yox!!! Səni bu cür edən və insanlığını unutduran pulların mənə lazım deyil. Həyatda puldan dəyərli insanlıqdır.”

Zəngin başını aşağı salır və etdiyi hərkətə görə peşman olur. Bu zaman Peyğəmbərimiz Məhəmməd (s.a.a) əlini kasıbın çiyninə qoyaraq deyir:
- "Sən bizim aramızda olan insanların içərisində ən zənginisən”.


Şərhlər: 10
Baxılıb: 434
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
kimliyimizden asli olmadan Basimizin usdundeki Allahimizi unutmayaqki insanliqimzida itirmeyek
19 aprel 2016 23:49
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
bele xudbin insanlar her dovrde var bizim dovrumuzde ise addim bawidi.bir misal var deyir pul exlaqsiz qadin kimidir.ona cox guvenme,bugun sendedise sabah mende ola biler.
19 aprel 2016 23:08
# 9
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ülü16
Doğrusu belə insanlar çoxdu həyatda. Kasıbı bəyənmirlər və aşağılayırlar. Amma insanlar CƏNNƏTi qazanmaq istərlər, CƏNNƏT isə kasıbları gözləyər. Hamının əməli çiynimizdə olan mələklər tərəfindən yazılır. Biz ALLAHIN bizə verdiyi nemətlərə görə çox az şükür edirik. Peyğəmbərimizin buyurduğu doğruları yerinə yetirmirik. ALLAH sonumuzu xeyir etsin. CƏNNƏTİ qismət etsin in şə ALLAH
19 aprel 2016 22:53
# 8
Barbaris
cox maraqli hekayeydi twk
19 aprel 2016 20:25
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
sadece_men
Cox gozel hekaye idi
19 aprel 2016 19:35
# 6
rəmsə
Belə bir məsəlimiz var,ağac bar verdikcə başına aşağı əyər,ama bu insanlarda belə deyil,bar verdikcə,aşağıdakıları əzirlər.
19 aprel 2016 19:33
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
evli.mutlu.cocuklu
Kasib ve ya varli ikiside insandi insanin pulu olsa bele ozuni sade aparmalidir
19 aprel 2016 19:27
# 4
BARBI
Esas insanda durustluk ve xasiyyetdir. Pul her seyi hell etmir. Cibi dolu olub beyni bos olannardan qorx
19 aprel 2016 19:24
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Zənginlik pulla ölçülmür. Gözəl hekayədir təşəkkür
19 aprel 2016 18:45
# 2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Antikvar
Necədə gözəl yazıydı oxuduğum.Zənginlik pul var -dövlət,altında maşın,sarayın olmaqla deyil insan olaraq o zənginliyi qazana bilərsən amma yenədə mən var dövlət zənginliyini demirəm insaniyyət zənginliyindən danışıram ,pulu qazanmağa nə var ki,əsas o pulu necə və hansı yolla qazanmağındı,insanlığını ürəyindəki vicdanı unutmadan ,keçmişini unutmadan hardan çıxdığını unutmadan...Amma unudanlar özlərini zənginliyə qapdırıb lovğalananlar çoxdu bu həyatda..təşəkkürlər.
19 aprel 2016 18:43
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz