Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Van Qoq
Van Qoq
Göndərən: Fialka
Şərhlər: 3
Baxılıb: 328
Səs ver:
Bəlkə də ən böyük rəssam olan Vinsent Van Qoqu xatırlamağını istəyirəm. Atası onun din adamı olmasını, sadəcə bu dünyada deyil, həm də digər dünyada nüfuzlu, rahat və düzgün bir həyat yaşamasını istəyirdi. Amma Vinsent van Qoq rəssam olmaq arzusundaydı. Buna görə atası ona "sən dəlisən!" deyirdi.
O isə cavabında "Ola bilər. Mənə görə də dəli sənsən. Rahib olmaqda heç bir məna görə bilmirəm, çünki əgər rahib olsam yalandan başqa heç bir şey söyləyə bilməyəcəm. Mən tanrını tanımıram. Cənnət və cəhənnəmin mövcud olub-olmadığını bilmirəm. İnsanın ölümdən sonra yaşayıb-yaşamadığından xəbərim yoxdur. Davamlı olaraq yalan söyləyəcəm. Təbii ki, bu nüfuzlu işdir, amma bu cür hörmət mənlik deyil. Mən bunlardan həzz ala bilmirəm, ruhuma işgəncə olar". Bu sözlərdən sonra atası ondan imtina edir. 
O, rəsm çəkməyə başlayır - və ilk modern rəssama çevrilir. Vinsent van Qoq bir dəyişim nöqtəsidir: ondan öncə rəsm çəkmək adi bir şey idi. Hətta ən böyük rəssam Mikelancelo belə, onunla müqayisədə geri qalır, çünki çəkdikləri çox adi idi. Əsərləri bazarda satmaq üçün çəkirdilər. Mikelancelo bütün həyatı boyu kilsə üçün kilsə divarlarına və tavanlarına rəsmlər çəkir, tavanlarda işləyərkən bel sümüyünü qırır, çünki bu iş zamanı o dayanmadan uzanıqlı işləməli idi. Bu çox narahat bir duruş idi, günlərcə, aylarca durmadan belə işləmək... Amma o bununla pul və hörmət qazanırdı. Mələklərin, İsanın, dünyanı yaradan Tanrının rəsmlərini çəkirdi. Ən məşhur əsəri dünyanı yaradan Tanrı haqda olan əsəridir.
Vinsent van Qoq tamamilə yeni bir yol açdı. Bütün həyatı boyu bir dənə belə rəsm əsəri sata bilmədi. İndi kim deyə bilər ki, onun əsərinin hər hansı bir mənası var? Onun əsərlərində hər hansı bir şey görə bilən bir insan da yox idi. Kiçik qardaşı ona acından ölməməsi üçün bir həftəlik pul və ərzaq göndərirdi - əgər bir aylıq göndərsəydi, Van Qoq onun hamısını iki günə bitirər və qalan günlər ərzində acından ölərdi. Beləcə, ona həftəlik pul göndərməli idi.
Vinsent van Qoq dörd gün yemək yeyir, geridə qalan üç gün isə boya və kətan üçün pul yığmağa çalışırdı. Bu kifayət qədər pul qazanan və zəngin bir insan olan Mikelancelodan tamamilə fərqli bir şey idi. Mikelancelo bütün əsərlərini satırdı, əsərlər satılmaq üçün çəkilirdi, bu biznes idi. Əlbəttə ki, o da böyük bir rəssamdır, buna görə də satış üçün çəkilən rəsmləri də gözəl bir şəkildə ortaya çıxırdı. Amma van Qoqdakı cəsarət onda olsaydı, bütün dünyaya zənginlik qatardı.
Üç gün aclıqdan sonra Van Qoq pulları boya və kətan almaq üçün istifadə edirdi. Heç bir əsərini sata bilmədiyini eşidən qardaşı bir gün bir adama pul verir - Van Qoqun tanımadığı bir dostuna - və ona gedib ən azı bir rəsm əsəri almağını söyləyir: "Bu onu bir az sevindirəcək. Yazıq ölür, bütün günü şəkil çəkir, rəsmləri üçün ac qalır, amma heç kim bir dənə belə almaq istəmir - onun etdiyi şeyi heç kim görmür". Çünki Van Qoqun tablosunda bir şey görə bilmək üçün ən azı onun gözlərinə sahib olmaq lazımdır, ondan az işə yaramaz.
Əsərləri insanlara qəribə gəlirdi. Ağacları o qədər hündür çəkirdi ki, ulduzları belə keçir, ulduzlar aşağıda qalırdı. İndi düşünəcəksən ki, bu adam dəlidir... Vinsent Van Qoqdan "sənin ağacların hər zaman ulduzlardan yuxarıda olur?" deyə soruşduqda o, "Bəli, çünki mən ağacları başa düşürəm. Ağacların yer üzünün hər zaman ulduzlara qarşı hiss etdiyi sevdası olduğunu duyuram. Yoxsa niyə? Ulduzlara toxunmaq, onları hiss etmək, ulduzları keçmək - bu yer üzünün arzusudur. Yer buna cəhd etsə də arzusunu həyata keçirə bilmir. Yer mənim rəsmlərimi anlayacaq. Sənin bunları başa düşüb-düşmədiyin mənə maraqlı deyil".
İndi sən belə bir əsəri sata bilməzsən. Qardaşının göndərdiyi adam gəlib çatır və Van Qoq buna çox sevinir: nəhayət kimsə onun rəsmini almağa gəlib! Amma tezliklə üzündəki sevinc yoxa çıxır, çünki adam içəri girir, bir tablo seçir və pulunu verir.
Van Qoq ondan "bu rəsmi başa düşdünüzmü?" deyə soruşur. "Sanki təsadüfi birini seçdiniz, heç baxmadınız belə. Mənim yüzlərlə əsərim var. Ətrafınıza baxma zəhmətinə belə girmədiniz. Sadəcə təsadüfən qarşınızda duran bir rəsmi seçdiniz. Şübhələnirəm ki, sizi qardaşım göndərib. Rəsmi yerinə qoyun və pulunuzu götürün. Gözləri olmayan insana rəsmimi sata bilmərəm. Və qardaşıma deyin ki, bir daha belə bir şey etməsin." Həmin adam onun bunu necə anladığını təəccüb elədi. "Məni tanıyırsızmı, necə anladınız?" - deyə soruşdu.
"Çox sadə" deyir Van Qoq. "Bilirəm ki, qardaşım mənə təsəlli vermək istəyir." Yəqin ki, sizi bura o göndərib - və bu pul ona aiddir. - çünki rəsmlərə qarşı kor olduğunuzu görə bilirəm. Və kor insana şəkil sata bilmərəm. Kor bir insanı istismar edib ona necə şəkil satım? O bununla nə edəcək? Və qardaşıma bunu da deyin ki, onun da şəkillərdən başı çıxmır, yoxsa bura sizi göndərməzdi".
Qardaşı bu məsələni öyrənir və üzr istəmək üçün gəlir. "Sənə kiçik bir təsəlli vermək əvəzinə zərbə vurdum. Bir daha belə bir şey etməyəcəm".
Van Qoq bütün həyatı boyu əsərlərini sadəcə dostlarına verirdi. Həftənin dörd gününü yemək yediyi otelə və ya ona "sən yaraşıqlısan" deyən bir küçə qadınına öz əsərini hədiyyə edirdi. Əslində o tamamilə çirkin birisiydi. Həyatı boyu heç bir qadın ona aşiq olmamışdı, bu mümkün də deyildi. Bir fahişə sırf rəhmi gəldiyi üçün, sadəcə öz mərhəmətinə görə ona "səndən çox xoşum gəlir" - dedi. Van Qoq həyatı boyu belə şey eşitməmişdi. Sevgi onun üçün çox uzaq bir anlayış idi. Hətta xoşlanmaq belə...
"Həqiqətən məndən xoşun gəlir? Mənim nəyimi xoşlayırsan?" deyə soruşdu. Qadın nə edəcəyini bilmədi.
"Qulaqlarını" dedi. "Onlar çox gözəl görünürlər". Yəqin ki, bunu eşitdikdə təəccüblənəcəksən, Van Qoq evə gedir, qulağının birini ülgüclə kəsir, onu səliqəli şəkildə paketləyir və yenidən gəlib həmin qadına verir.
Hər yer qan içərisində idi...
"Sən nə etmisən?" deyə qadın soruşur.
"Bu günə kimi heç kim məndə nəyisə bəyənməyib" - dedi Van Qoq. "Mən kasıbam, sənə necə sağ ol deyə bilərdim ki? Qulaqlarımdan xoşun gəlirdi, onlardan birini sənə hədiyyə etdim. Əgər gözlərimi bəyənsəydin, onlardan birini verərdim. Yox, özümü bəyənsəydin, sənin üçün ölərdim".
Qadın gördüklərinə inana bilmirdi. Amma Van Qoq ilk dəfə idi ki, sevincliydi, gülürdü, kimsə ona aid olan bir şeyi bəyənmişdi. Van Qoq bütün həyatını kasıblıq içərisində yaşadı. Rəsm çəkərək öldü. Ölümündən öncə bir il dayanmadan günəş rəsmi çəkdiyinə görə dəli olmuşdu: yüzlərlə rəsm əsəri, amma heç biri o istədiyi kimi deyildi. Bütün günü Fransanın ən isti yeri Arlesdə günəş başına vururdu - bu təcrübə olmasa necə rəsm çəkə bilərsən ki? Ən son rəsmini çəkdi və sonra dəli oldu, istidən və aclıqdan... amma daxilən xoşbəxt idi, hətta dəliykən belə rəsm çəkirdi. Dəlilər evində çəkdiyi rəsmlərin indi milyonlarla qiyməti var.
O, adi bir şeyə görə intihar etdi - istədiyi hər şeyi çəkmişdi. Artıq çəkəcəyi heç nə yox idi, ölümlü sona gəlib çatmışdı. Edəcəyi heç nə yox idi. Yer tutmaq, kiminsə yerini işğal edərək yaşamaq, bu onun üçün utanc idi.
Bütün bunları qardaşına yazdığı məktublarında qeyd etdi:"İşimi bitirdim. Həyatı istədiyim kimi dolu-dolu yaşadım. Çəkmək istədiyim şeyləri çəkdim. Bu gün son rəsmimi bitirdim və indi bu həyatdan bilinməzliklərə doğru atlayıram. Artıq həyatın mənim üçün bir mənası yoxdur"
Bu insanı dahi olaraq dəyərləndirirsənmi? Bu insanın ağıllı və müdrik olduğunu anlayırsanmı? Yox, ümumən onun sadəcə dəli olduğunu düşünərsən. Amma mən belə deyə bilmərəm. Onun həyatı və rəsmləri iki fərqli şey deyildi: rəsm çəkmək onun yaşam tərzi idi, bu onun həyatıydı. Bu hadisə bütün dünyaya intihar kimi görünür - amma mənə elə deyil. Mənim üçün bu sadəcə təbii bir son idi. Rəsmlər bitmiş, həyat tamamlanmışdı. Başqa hədəf yox idi, Nobel mükafatını almaq və ya digərləri tərəfindən dəyərləndirilməyin bir mənası yox idi.
Həyatı boyu ona əsərləri üçün təşəkkür edən olmadı. Sağkən heç bir sənət qalereyası onun rəsmlərini qəbul etmədi, hətta pulsuz belə. O öldükdükdən sonra fədakarlığına görə rəsm sənətinin yavaş-yavaş bütün dəsti-xətti dəyişdi. Van Qoqsuz Pikasso mövcud ola bilməzdi. Van Qoqdan sonra gələn bütün rəssamlar ona borcludurlar, çünki bu insan rəsm çəkməyin bütün istiqamətini dəyişdirmişdi.Yavaş-yavaş istiqamət dəyişdikcə onun rəsmləri kəşf edildi. Böyük tədqiqat başlandı. İnsanlar lazımsız olduğunu düşünərək bu rəsmləri boş evlərinə və zirzəmilərinə atmışdılar. Qaçaraq zirzəmilərindən onları tapdılar,təmizlədilər. Hətta çoxlu saxta Van Qoq rəsmləri bazara çıxarlıdı. Hazırda sadəcə iki yuz tablo var, yəqin ki, o minlərlə çəkmişdi. İndi bir Van Qoq əsərinə sahib olan hər hansı bir qalereya bununla fəxr edir, çünki bu adam bütün həyatını bu rəsmlərə xərcləyib. Onlar rənglərlə deyil, qanla,nəfəslə çəkilib - ürək döyüntüləri var orada. OSHO


Şərhlər: 3
Baxılıb: 328
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
heyatinin menaini resmlerinde gorurmus demek bu gur insanlar cox vaxt deli our onsuzda
16 aprel 2016 01:53
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur Melikzade
Bu ressamin heyatini nece defe oxumuwam. Mene cox maraqli gelir.Tewekkurler
15 aprel 2016 18:53
# 2
İmza
Barbaris
maraqla oxudum twk
15 aprel 2016 18:42
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz