Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlblərin xəstəliyi
Qəlblərin xəstəliyi
Göndərən: Fialka
Şərhlər: 5
Baxılıb: 368
Səs ver:
Ərəb dilində olan «qəlb» sözündə bir dəyişkənlik, haldan-hala keçmə mənası var. Quranda qəlbin bu işi neqativ xassə kimi göstərilir və insan qərarlı bir varlıq olmağa təşviq edilir. Və belə anlaşılır ki, iman qəlbə bu qərarlılığı qazandırmağa kömək edir. Çünki reallığı görməyə mane olan göz korluğu yox, qəlblərin korluğudur. «Şübhəsiz, bunda bir ibrət dərsi var döyünən ürəkli, eşidən qulaqlı, görən gözlü kimsə üçün. (Qaf 37). «Bir gəzib dolaşalar yer üzünü, görələr-götürələr, ağıllanmalarına səbəb olacaq ürəkləri, eşidən qulaqları ola. Kor olan gözlər deyil, sinələrdə ürəklərdir kor olan. (Hacc 46). Quran qəlblərə nur verir«Sizə Allahdan bir nur gəlib, aydın bir Kitab gəlib» (Məidə, 15). Bu nurla qəlblər nurlanır. O, qəlblərdə paslanma və korlaşmanın qarşısını alır. Möhür vurulmaz nur olan qəlblərə. O olan yerdə ilahi eşq olar. İlahi eşq olan yerdə isə başqa heç nə olmaz. Çünki o, hər şeyi yandırar. Məcnun: «Leyli sözü söylə, ya da xamuş» deyirdi, ona görə ki, qəlbindəki Leyli eşqi başqa eşqlərə qalib gəlmişdi. Amma Leyli eşqi masiva eşqi deyildi. Çünki onun «nəqqaş idi nəqşdən muradı» (Füzuli). Bu yolu tutan başqalarını unutmalıdır. Dünya ilə bağlı olan hər şeyi yaddanı çıxarmalıdır. Quranda əbəs yerə deyilmir ki, arvad, uşaq, var-dövlət… insanı əsas eşqdən yayındırır. «Məsnəvi»də bu həqiqət obrazlı şəkildə belə ifadə olunur. Məcnun dəvəni minib Leylini görməyə gedirmiş. Dəvənin belində xəyallara dalır və yüyən boşalır. Dəvənin də fikri öz balasının yanında. Yüyənin boş olduğunu görüb başını döndərir öz evlərinə, balasının yanına. Məcnun baxır ki, dəvənin istəyi yerinə yetib. Bir neçə dəfə belə təkrar olunandan sonra dəvəni buraxır: «Sən mənim başımın bəlasısan. Sənin öz dünyan var, mənim öz dünyam, səninlə mənimki tutmuz». Dəvə burada insanı Allahdan uzaqlaşdıran hər şey mənasında işlənib

Qəlblərin xəstəliyi
Deyirlər ki, xəstə adam gözəl yeməklərin dadını anlaya bilmədiyi kimi, əmr edən nəfsə təslim olan adamın da qəlbi xəstə olar və o, ibadətlərdən ləzzət ala bilməz. Kin, qəzəb, şəhvət, paxıllıq, riyakarlıq, tamah bu xəstəliyin simptomlarındandır. Qəzali yazır ki, insan qəlbi öz yaradılışından dəmir kimidir. Onu yaxşıca cilalamaqla güzgü düzəltmək olar. Və cilalanmış «güzgü»də bütün dünyanı görmək olar. Əks halda o pas atır və pas onu yediyindən daha güzgülüyə yaramır. Uca Tanrı bu barədə deyir: «Xeyr, onların əməllərindən qəlbləri pas bağlayıb» (Mutaffifin 14).
Maraqlı bir cəhət budur ki, xəstəlik deyəndə əməli ilə sözü, zahiri ilə batini uyğun gəlməmək nəzərdə tutulur. «Dilləri qəlblərində olanı söyləmirdi» deyilir. Dinimizə görə, dil qəlbin tərcümanı olmalıdır. Yalan varsa, xəstəlik var, riyakarlıq varsa, xəstəlik var. Şairlərə olan irad da («şairlərə sapmışlar uyar») bu səbəbdəndir və ürəkdən gələni yox, yalan yazmalarına görədir. Təsadüfi deyil ki, «onlar bunlardan deyil» deyə iç dünyasını, duyğularını saf, səmimi şəkildə dilə gətirənlər onlardan fərqləndirilir: «Məgər görməmisənmi, bir söz vadisindən o birinə keçərkən onlar necə hədlərini aşırlar [yə'ni nə həcv, nə də mədhiyyə qoşmaqda sərhəd gözləmirlər], Eləmədiklərini «Eləmişik» deyərlər» (Şuara, 225-226) . Qəlbi-səlimlə gəlin Xəstəliyə tutulmamış təmizlənmiş qəlb isə səlim qəlb adlanır. Allah taala istəyir ki, hüzuruna səlim qəlblə gəlsin insanlar: «O gün ki, mal-dövlət, oğul-uşaq fayda verməz heç kimə – yalnız təmiz ürəklə gəlməli Allahın dərgahına» (Şuara 89). Tanınmış türk alimi Yaşar Nuri Öztürk «qəlbi-səlim»dəki «səlim»in islamla bir kökdən olmasına diqqət çəkir: «Səlim qəlb sülh, hüzur, təhlükəsizlik, ağlıq və sükunətlə dolu qəlb deməkdir. İslam da bu dəyərləri əldə etmək yoludur. Səlim qəlb Allaha lazım olan qədər təslim olan qəlb deməkdir. …Rəhman olan Allahdan gizli bir yolla güc alan və Rəhman üçün ürpərən bir qəlbdir»


Şərhlər: 5
Baxılıb: 368
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel yazidir fikri pis olanin qelbide xesdedir
13 aprel 2016 02:15
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Qelbi xeste insan hec neden zowq almir. Bele insanlarin qelbi qara ve nifretle dolu olur
12 aprel 2016 21:01
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
Maraqli oldu oxumaq. İstəsək demir ureyimizi cilalayib güxgü ederik. Oxuduqca insan rahatlasir
12 aprel 2016 19:56
# 3
YARIM QALMIS XEYALLAR
Elimde olsa ureyimi sokub yerinden atardim. Istemediyim cox xasiyyeti var. Ve isterdimki ureyim aziciq qeddar olsun.
12 aprel 2016 18:42
# 2
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Barbaris
twkler xebere gore
12 aprel 2016 18:36
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz