Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İntihar
İntihar
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 314
Səs ver:
(İntihar edən bir qızın dilindən)
- Bu mənəm, bir neçə dəqiqə əvvəl intihar edən şəxs. İntahardan sonra və əvvəl yaşadığım hissləri, sizlərlə bölüşməyimə, icazə verdi Tanrı. Bunun üçün minnətdaram yaradana, lakin vaxtım elədə çox deyil...
- İntahar:
- Xəzər sahilində son dəqiqələrimi yaşayırdım. Artıq bəlli idi, məxsus olacağım yer.Bu gün dəniz çox həzin idi, sanki onda boğulacaq bir canlı üçün layla çalırdı. O qədər halsız idim ki, əlimi qaldırıb, göz yaşımı silə bilmirdim. Çox üşüyürdüm, halbuki qalın geyinmişdim əynimi. Artıq, bu şəhərdə keçirdiyim hər saniyəni, zaman sərfi kimi düşünürdüm. Bir-təhər əlimi qaldırıb, paltomun qolu ilə burnumun suyunu sildim. Bir-iki addım önə gedib, şəhəri son dəfə izlədim. Bulvar bu gündə gözəl görsənməyə çalışırdı. Gözümü yumub, cansız kimi görsənən bir bədəni suya tulladım. Dənizə, ilk burnumun toxunduğunu hiss etdim...
- Su o qədər soyuq idiki, yalvarırdım Tanrıya, bir dəqiqə zamanı geriyə çəkməsi üçün. Su, bədənimin hər bir nöqtəsini səssiz bir şəkildə doğram-doğram edirdi. Həmin o suda keçirdiyim bir neçə saniyədə, bütün gəncliyim gözümün önündə canlandı, bir fraqment kimi... 
- İlk düşündüyüm bu oldu: Kaş evə qayıda bilsəm,anam məni axtarar indi. Atam şəkər xəstəsidir, bilib üzülər. 
- Üzülər dedim?
- Üzür istiyirəm, ağlım, uşağlığıma getdi, məni kefsiz görüb, üzülər deyə.
- Hər şey artıq gec idi. Nə o son bahar, nədə qarda üşüyən əllər qalmışdı. Bir neçə saniyə ərzində, illərdi darıxdığımı hiss etdim. Həmin an uşaq kimi, anam bilib üstümə qışqırar deyə çox qorxurdum. Arzular bitmək bilmir suyun dərinliklərində. Kaş yenə uşağ olsam, gəlinciyimin bəzəyərkən, "qızım tez ol, yemək soyudu" desə anam. Kaş yenə, evdə işıqlar sönərkən "ad-soyad" oynunu oynuya bilsəm. Kaş.... Arzular bitməz, amma sən bitərsən. Ölmək üçün tələsərsən, lakin dəniz buna məhəl qoymaz, səssiz-səssiz kəsər vücudunu. 
- Düşünərsən, düşünərsən ki, sabah olacaq, səhər açılacaq, amma mən daha olmuyacam. Hər gün davam edəcək, hər gecə axşam düşəcək, amma mənim otağım kimsəsiz qalacaq...
- Hər kəsə qısqandığım bacım evlənəcək, qızına mənim adımı qoyacaq, amma mən olmuyacam. Həyatda deyil, hansısa yaxınımın adında yaşayacam. Atam siqaret çekməyə başlayacaq yenə. Gündə mənimlə dalaşan böyük qardaşımda, otağın bir küncündə hönkür-hönkür ağlayacaq, uşaq kimi lap...
- Və bağışlanmaq üçün gözlərinlə yalvarıb, köçərsən həyatdan. Tanrıdan ilk və son istəyim, bunları yazmaq üçün, istədiyim vaxt oldu. Beynində intihar fikri olan insanlara çatdırın bu yazını, anlasınlar ölümün nə olduğunu azda olsa. Əgər beyninizdə intihar fikri varsa, elə indicə öldürün onu. Onu öldürmək günah deyil, and olsun... Əksinə yaşatmaq günah. Xahiş edirəm yaşayın, yaşatmıyın onu düşüncənizdə...

Son olaraq:
- Səni sevirəm ata, məni bağışla ana. Ata sənki incimərsən məndən, gəl yenədə incimə, sən əla atasan. Dünyanın ən yaxşı atası'sən'! Sizləri sevirəm...
- Süleyman Əliyev


Şərhlər: 10
Baxılıb: 314
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Cox pis oldum bele xəbərlərdə ne yazacaqimi bilmirem intihar en boyuk ve bağışlanılmaz gunahdir! (
12 aprel 2016 00:37
# 10
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
bunlari bilib derk esden insan intiharin hec i sini fikirlesmez
12 aprel 2016 00:37
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ummuselma
Çox təsirli idi. Allaha iman gətirmiş bir kəs heç vaxt intihara əl atmaz. Çünki Allah heç kəsi altından qalxa bilmeyeceyi bir yüklə yuklemez
11 aprel 2016 20:56
# 8
Tomris Müslümova
Allah heç kimi bu həddə gətirib çıxarmasın,Allah heç kimin ağlını əlindən almasın.Bir insən nə həddə gəlib çıxar ki,özünə qəsd edər.Bunun günahını balac uşaqdan tutmuş böyüyə kimi hər kəs gözəl bilir.Amma yenədə deyirəm Allah heç kimi bu həddə gətirib çıxarmasın.Gözəl və təsirli yazıdır.
11 aprel 2016 20:44
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Ay ureyim sixildi oxuyana kimi.bir anliq o yerde duwundum ozumu(uzaq olsun
11 aprel 2016 19:19
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Tesirli yazidir. Intihar esl zeiflik numunesidir. Intihar bagislanilmaz gunahdir
11 aprel 2016 19:15
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Allah hec kimin aglin elinden almasin her kes bilmelidirki intihar etmek cox boyyk gunahdi
11 aprel 2016 18:54
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Asya
Allah hec kimi intihar edecek fikre,o dereceye getirib cixartmasin..
11 aprel 2016 18:49
# 3
Totu
Maraqli xeberdi
11 aprel 2016 18:39
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Marta
Cox tesirlendim((( ne yazacagimi bilmirem oxudiqca sanki men yasadim((( tesekkur.
11 aprel 2016 18:33
# 1
Немного терпения, и у тебя все получится..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz