Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İki nəfərlik pyes: Qadının öz beyniylə dialoqu
İki nəfərlik pyes: Qadının öz beyniylə dialoqu
Göndərən: my_angel
Şərhlər: 16
Baxılıb: 551
Səs ver:
Qadın: İlahi, o gedir, o məndən uzaqlaşır… (ağlayır)
Beyin: Pozitiv ol, pozitiv ol…
Qadın: Nə pozitiv? Əşyalarını yığır, əclaf…
Beyin: Zırıldama, gülümsə… Sirli şəkildə gülümsə… Bir dəə yel dəyirmanı kimi əl-qolunu yellətmə!
Qadın: Əclaf, çamadanını necə də həvəslə yığır…  Abırlı bir kişi gedəndə, corab və alt paltarlarını götürməklə kifayətlənər, bu əclaf isə köynəklərini də yığır… (ağlayır)
Beyin: Gülümsə!
Qadın: Bəlkə, boynuna sarılım?
Beyin: Axmaq!
Qadın: Bəlkə, qarşısında diz çöküm?
Beyin: Axmaq!
Qadın: Bəlkə, elə onun…
Beyin: Nə "onun”?
Qadın: Başından tava ilə yüngülvari…
Beyin: ???
Qadın: Yazıqdır axı… Sağaltmaqla məşğul olaram, beləliklə də onun getməyini iki ay uzada bilərəm… Bəlkə, sonra öyrəşər, getməz…
Beyin: Cinayətkar olmaq istəyirsən, bir sözlə… Bəs birdən vurarkən gücünü nəzərə almasan…
Qadın: Əvvəlcə güc toplayıb, sonra qəş-ş-ş-şəngcə vuraram!
Beyin: O mənada demirdim… Sənin əlin ağırdır axı… Vurub öldürəcəksən, xəbərlərə çıxacaqsan!
Qadın: Belə ağıllısansa, de onda nə etməliyəm?
Beyin: Gülümsə! Pozitiv ol…
Qadın: Burda nə pozitivlik ola bilər? Mən tək qalaca-a-a-a-a-a-a-a-a-am! (ağlayır)
Beyin: Gülümsə! Özü də, tək yox, sərbəst qadın olacaqsan…
Qadın: Nəyimə lazımdır belə sərbəstlik?
Beyin: Gülümsə! Sərbəstlik möhtəşəm şeydir: ancaq özünlə məşğul olacaqsan!
Qadın: Niyə? (burnunu çəkir)
Beyin: Elə ona görə! İspan dilini öyrənərsən – sən həmişə ispanca kinolara tərcüməsiz baxmağı arzulamısan… Zərb alətləri dərnəyinə yazılarsan, bu əli ağırlıqla səndə yaxşı alınar!
Qadın: Necəsə vaxt olmayıb heç vaxt…
Beyin: Öz büdcəni özün tənzimləyəcəksən, heç bir lazımsız amerikan alətlərinə və bitməyən maşın təmirinə pul xərcləmədən!
Qadın: Kürk alaram, ayaqqabı alaram… həmin qırmızı ayaqqabını… (gözünü silir)
Beyin: Hüquq şöbəsindəki o oğlan ilə axşam yeməyinə çıxarsız – həmişə gözlərini sənə zilləyir…
Qadın: (Gülür) Hə, "MCdonalds”a gedərik, yeri gəlmişkən, təklif də edib… Kürkümlə ayaqqabımı da geyinərəm… (Sirli gülür)
Beyin: Nə kiməsə yemək bişirmək var, nə paltarını yumaq…
Qadın: Ancaq manikür-pedikür-maskalar-masajlar! (Xoşbəxtcəsinə gülür). Ekskursiyaya da çıxaram… (xəyallara dalır)
Beyin: Görürsən, sən də pozitiv şey yoxdur deyirdin…
Qadın: Hə, dözərəm! (Qalibmişcəsinə gülür). O-o-o-o-o-oy!
Beyin: Nə oldu?
Qadın: O, çamadanıyla qarşımdadır, diz çöküb… Dizləri öpməyə başladı!
Beyin: Kimin?
Qadın: Çamadanın yox hər halda! O deyirki, mənim kimi birini heç vaxt tapmayacaq… Bağışlamağımı istəyir… və getmək istəmir!
Beyin: Oy!
Qadın: Bəs sərbəst qadın? (ağlayır). Bəs zərb alətləri dərnəyi? Bəs kürk, ayaqqabı?(Zırıldayır). Bəs hüquq şöbəsindəki Vasya?
Beyin: Pozitiv ol, pozitiv ol…


Şərhlər: 16
Baxılıb: 551
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
negede maraqli yazidi beli kisi qarsisinda eyilmek olmaz onlarin qarsisinda eyildikge zlerini bir sey sanirlar gordukde ise onlara fikir vermirsen ozleri el ayaqa dusub yalvarirlar
6 aprel 2016 22:32
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
S.Heydarova
maragliydi təşəkkür
6 aprel 2016 22:32
# 15
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
heyatim_menim
maraqli dialoq oldu.beyin insani yorur o qeder yasadiqlarini yasamadiqlarini fikirlesirsen ki yorulursan isder isdemez
6 aprel 2016 22:26
# 14
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
YARIM QALMIS XEYALLAR
Maraqli idi amma hemise pozitiv olmaq olmur. Bir iki defe ele pozitiv olursan sonra pozituv dusunce gorursenki ele sadece beyninde qalir semse beyninde pozitiv dusunceyle felaketler acilar yasayirsan. Daha pozitive inamin olur ondan sonra.
6 aprel 2016 21:51
# 13
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Antikvar
Sitat: guzellik
maraqdan cox maral

Ay gözümüz aydın gəldinmi sən)))))gözümüz yollarda qalmışdı)))Allah sizi saytımıza çox görməsin)))))
6 aprel 2016 21:00
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Ela
Maraqlı dıaloq alınıb)tessufkı her zaman her seyı pozıtıv qarsılamaq olmur
6 aprel 2016 20:55
# 11
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
guzellik
maraqdan cox maral
6 aprel 2016 20:55
# 10
sade semimi merbandan kino medcezir
Antikvar
Düzü sona doğru gülümsədim))İnsan beyni ilə öz istədiyi şəkildə düşünüb cavab tapa bilər,bunun beyni öz xəyallarını,arzularını reallaşdırmağa imkan yaradan şəxs deyil ,onu yolundan edən biridi deyə fikirləşirdim ki,sonra yadıma gəldi qadın deyirdi vursam beyni deyirdi vursan belə olarsan ,burda söz tamamilə başqa məzmundan gedir yəni nə qədər üzülsəndə ,kədərlənsəndə həyata hər zaman pozitiv olmalısan,gərçəkləşdirmək istədiklərini fikirləşib qarşı tərəfin önündə əzilməməlisən.Kişi bəlkədə qadının gülüşünü görüb peşman olubdur,əyər qadının əyildiyini ,ayaqlarına qapandığını görsəydi el ili desək bir nazlanardıda kişi gedirəm mən))))Amma sonda əksi oldu.Hər nə olursa olsun ailədə hər zaman mehribançılıq olsun heç kimin sonu ayağaqapanmaqla keçməsin:)
6 aprel 2016 20:53
# 9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Cox maraqli dioloqdur. Qadin hec kimin qarsisinda ozunu kiciltmemeli alcatmamalidir. Hemise pozitiv olmalidir
6 aprel 2016 20:36
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dj_Vampir
-Amma her sheyi pozitivlikle hell etmek olmurki....
6 aprel 2016 20:28
# 7
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Canavar sevgisi
Demey isdiyirki pozitiv olanda her wey yaxwi olir
Amma qiz artiq beyninde nawqa bir oglani fikirlewdi. Ayrilan kimi bawqasinin qucagina tullannan qizlar var. Hec aawa duwmeyim.insam tipleri. Biri ile qurdigu xeyali indi bawqasiynan qurir, biri ile kecdiyi yerden indi bawqasiynan kecir hemde hec ne olmamiw kimi. Onun ozunu unudarsan beynin unudar ama sozlerini toxunuwlarini guluwunu nece unudarsan bawa duwe bilmirem
6 aprel 2016 20:07
# 6
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
ulduz
Maraqlı dialoqdu.. Yaxşı ki,şeytana uymadı. Amma qadının kişiyə yalvarmağlnı heç bəyənmədim
6 aprel 2016 19:54
# 5
Narın Yağış
Kül sənin başıva neynirsən sərbəstliyi? Bir gün adam bezir)) azadlıq yaxşıdı ama sevdiyin birisi olsa azadlığı ona qurban vermək mümkündür :) sonu yaxşı bitdi şükürki) ama qızdan gözüm su içmədi kişk qapıdan çıxmamış oğlannan görüş xəyalları qurur çox qəribə, ayrılğı bu qədər asan qəbul edən var görən?
6 aprel 2016 19:43
# 4
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
rəmsə
Dialoqdakı qadının beyni yox,şeytandı deyəsən:)onu yoldan çıxarmağa çalışır.Nə yaxşıki axırda şeytanı sevindirmirlər,barışırlar.Şeytanın ən sevdiyi işdi,ailəni dağıtmaq...
6 aprel 2016 19:22
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Asya
Maraqliydii..
6 aprel 2016 18:57
# 2
___Jasmin___
oyy yaman maraqli oldu nese
6 aprel 2016 18:52
# 1
I remained behind now the mother of 14 spring -Big

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz