Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səni dinlərkən Kabil yadıma düşür
Səni dinlərkən Kabil yadıma düşür
Göndərən: Fialka
Şərhlər: 4
Baxılıb: 217
Səs ver:
— Səni dinlərkən Kabil yadıma düşür.
— Gözəl əfqan qadınları?
— Oradakı avtomat səsləri, eynən onlar kimisən, Ester, susmursan. Sükut yaranırsa da, qəfildən elə pozulur ki, insanın bütün vücudunu cəhənnəm həyəcanı bürüyür.
Mən… mən o avtomatlara nifrət edirdim, Ester. Mən avtomatlara, əsgərlərim isə mənə nifrət edirdi.
— Daha yoxdur, Otto, nə avtomat, nə atəş səsləri...
— Var, Ester! Burada yoxdur, ancaq orada var! Həmişə haradasa var, insan var olan yerdə atəş səsləri də kəsməyəcək. İnsanlar daim durmadan özlərini məhv edəcək, yeni-yeni silahlar icad edəcək. Hər yeni mərhələdə ölüm daha səssiz olacaq, daha sürətli və səssiz silah yaradacağıq. Bu insanlığın ən ali məqsədidir, almaq və görmək, daha çörək və tamaşa yox — çörək və ölüm istəyirik...
 
Müharibədə əsgərlər qanlı əlləri ilə çörəyi tutur və iştahla yeyirdilər. Bax sən də indi süfrə açmısan, bir azdan xəbərlər başlayacaq — İraqda, Suriyada, daha harada partlayışlar barədə xəbərlər verəcəklər. Aparıcı "partlayış zamanı 56 nəfər ölüb, 36 nəfər yaralanıb” deyəcək, milyonlarla insan isə, içi mən qarışıq bunu dinləyə-dinləyə, sakit-sakit yeməyini yeməyə davam edəcək. Bu ölümlərin birbaşa təminatçıları, o cümlədən, silah biznesini idarə edənlər isə ölüm xəbərlərini xüsusi maraqla dinləyəcək, atışma zamanı ölənlərin sayını bahalı şərabdan, qəlyanaltıdan dada-dada dinləyəcək, ləzzətlə yeyəcək və dinləyəcəklər, buna əminəm. Biz hərbçilər siyasətçilərin qullarıyıq, buna məhkumuq. Hitler yəhudilərə nə qədər nifrət edirdisə, mən də siyasətçilərə bir o qədər nifrət edirəm, Ester.

— Sənə görə narahatam, çox düşünürsən.
— Bu dəfə sən yox, mən susmadım.
— Yeməyimizi yeyək, ancaq xəbərlərə baxmarıq.
— Mən o xəbərlərdə nə deyiləcəyini əzbər bilirəm.

Ester stulun başından yapışıb hüznlə dayanan sevgilisinə arxadan yaxınlaşdı, başını astaca onun kürəyinə söykədi: – Müharibə səni yaman yorub, əzizim.
— Düz deyirsən – Otto üzünü Esterə çevirdi. – Sən, yəqin, çox bədbəxtsən, əlbəttə ki, hərbçidən qadına həyat yoldaşı çıxmaz.
— Yox… Səni bütün əzabların, hisslərin və düşüncələrinlə birgə sevirəm. Mən yalnız… müharibələri sevmirəm, çünki onlar səni bədbəxt edir.
— Yalnız məni bədbəxt edir deyə? Bəs başqaları?
— Başqaları məni maraqlandırmır. İnsan ancaq sevdiklərinin ağrısını hiss edə və anlaya bilər. Başqalarının kədəri mənə yaddır, eynən mənim ağrım mənə aid olduğu tək. Məni eqoist olmaqda təqsirləndirə bilərsən, ancaq belə deyil, Otto. Həqiqət reallıqlar üzərində qurulur, reallıq isə budur ki, insanlar qəddardır. Sən dünyanın yükünü öz üzərinə götürmüsən, ancaq əminsənmi ki, yıxılanda dərdini çəkdiyin o insanlardan biri ayağa qalxmağına yardım edəcək? Mən daha heç nəyə əmin deyiləm. Bircə səni dəli kimi sevdiyimi bilirəm. Sən burada olmadığın müddətdə nələr çəkdiyimi bir bilsəydin… Sən müharibədə olduğun müddətdən etibarən bu sözə nifrət etməyə başlamışam, bu sözün əsl mənasını, yükünü anlamışam. Sənə sarılarkən dünyanın ən xoşbəxt qadını oluram, indiki kimi...

— Mənim Esterim, sevgilim, vaxt gələcək "müharibə”lər olmayacaq.
— Nə gözəl… – Ester sevinclə söylədi. Hələ də Ottoya bərk-bərk sarılmışdı.
— O zaman bəşəriyyət öləcək… – Otto ürəyində dedi... 

Müəllif. Aytən Cavanşir  "Səni dinlərkən Kabil yadıma düşür”


Şərhlər: 4
Baxılıb: 217
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
cox tesirli idi ve heqiqet
27 mart 2016 11:57
# 4
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
vipbetul
Maraqliydi bu gun dunyani teror buruyub
26 mart 2016 14:50
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
maraqlı hekayədir müharibələrdə nə olursa elə yazıq kasıb insanlara olur varlıların hüç vecinə də deyil öz həyatlarını yaşayırlar
25 mart 2016 20:10
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

evli.mutlu.cocuklu
Maraqla oxudum
25 mart 2016 19:51
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz