Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çobanın elmi - Çox ibrətli hekayə
Çobanın elmi - Çox ibrətli hekayə
Göndərən: Roza
Şərhlər:
Baxılıb: 419
Səs ver:
İslamın ilk əsrlərində yaşamış məşhur ariflərdən biri olan Abdullah ibn Mübarək bir gün səhradan keçirdi. Bir tərəfdə sürüsünü otlayan bir çoban gördü.
Ürəyində çobana acıdı: "Bu biçarə elmdən, mərifətdən uzaq bir çöl adamıdır. Kim ona Allahı tanıtdırar, kim ona dini öyrədər? Qoy bu savabı mən qazanım, ona Allahdan danışım, dinini başa salım”.
Abdullah çobanın yanına gəldi, salamlaşıb hal-əhval tutdu. Sonra soruşdu: "Qardaş, Allahı tanıyırsanmı?”. Çoban cavab verdi: "Heç ağasını tanımayan qul olarmı? Əlbəttə, tanıyıram”. Abdullah sual verdi: "Sən bu səhrada, yazıb-oxumaq bilmədiyin halda Allahı necə tanımısan? Bunu sənə kim öyrətdi?”. Çoban: "Qoyunlarım öyrətdi. Otardığım qoyunları diqqətlə müşahidə etdim, Rəbbimi tanıdım”. Abdullah təəccüb içində idi: "Canım, qoyunlara baxmaqla Allahı tanımaq olarmı? Bu nə hədyandır danışırsan?”. Çobanın cavabı belə oldu: "Baxıb gördüm ki, bu qoyunlar mənsiz özbaşına yaşaya bilməzlər. Onları otaran, canavardan qoruyan, soyuqdan saxlayan bir çoban olmalıdır. Mən olmasam, bunlar hamısı qırılarlar. Anladım ki, əgər kiçik bir sürünün çobana ehtiyacı varsa, bu qədər böyük və rəngarəng dünyanın da bir sahibi olmalıdır. Kainatda hər şeyi bəsləyən, qoruyan, ruzisini yetirən bir tanrı mütləq var”.
Abdullah növbəti sualı verdi: "Bəs Allahın sifətlərini necə tanıdın? Onu kimə bənzətdin?”. Çoban cavab verdi: "Heç kimə. Mənim Allahım heç kimə və heç nəyə bənzəməz”. Abdullah: "Nədən bu fikrə gəldin?”. Çoban dedi: "Yenə qoyunlarıma baxdım, bu fikrə gəldim. Gördüm ki, nə qoyunlar mənə bənzəyir, nə də mən onlara. Mən onlara bənzəsəydim, onları idarə edə bilməzdim. Onlar mənə bənzəsəydilər, mənə tabe olmazdılar. Başa düşdüm ki, hökm edənlə tabe olan eyni ola bilməz. Əgər bütün dünyanın sahibi Allahdırsa, deməli, Allah dünyada olan heç nəyə bənzəmir. Onu təsəvvür etmək, nəyə isə bərabər tutmaq düzgün deyil”.
Abdullah aldığı cavablardan heyrətə düşmüşdü. Yenə soruşdu: "Sən elmdən, bilikdən bir şey öyrənmisənmi?”. Çoban təvazökarlıqla cavab verdi: "Mən hara, elm-savad hara? Bu səhrada kimdən dərs alacağam? Bildiyim üç şeydir, vəssalam. Bunun biri ürəyə, biri dilə, o biri isə bədənə aid bilikdir. Bu üç şeydən başqa heç nə bilmirəm”.
Abdullah soruşdu: "Dediklərini mənim üçün xırdala”.
Çoban açıqlama verdi: "Ürək elmi budur ki, Allah mənə qəlb verib, öz sevgisini və mərifətini orada yerləşdirib. Mənim də borcum bu qəlblə Onu tanımaq və sevməkdir. Gərək Onun sevdiklərini mən də sevim, Onun bəyənmədiklərini mən də bəyənməyim.
Dil elmi budur ki, Allah mənə dil verib, bu dillə Ona şükr etməyimi, nemətlərini sadalamağımı istəyib. Gərək dilimə söyüş, yalan, qeybət almayım.
Bədən elmi budur ki, Allah mənə mükəmməl bir cism verdi. Bu bədənlə istədiyim işi görə bilirəm. Amma gərək Onun ibadətini də yerinə yetirim, Onun xoşlamadığı əməllərdən uzaq olum, bədənimin gücünü xeyir işlərə sərf edim”.
Abdullah ibn Mübarək çobanın sözlərinin təsiri altında idi. Ağlına belə gəlməzdi ki, yazıb-oxumaq bacarmayan, savadsız bir çöl adamı bu qədər dərin mərifətə və möhkəm imana sahib ola bilər. Ayrılanda çobandan soruşdu: "Sən elmin əsil məğzini mənə öyrətdin. İndi xahiş edirəm, mənə nəsihət ver”.
Abdullahın kimliyini tanımayan çoban dedi: "Üzünüzdən elm əhli olduğunuzu görürəm. Əgər elmi Allah rizasından ötrü öyrənmisinizsə, adamlardan heç nə istəməyin, elminizin əvəzində insanlardan mənfəət ummayın. Yox, əgər din elmini dünya qazancından ötrü öyrənmisinizsə, bilin ki, bundan bir xeyir-bərəkət görməzsiniz”.


Şərhlər:
Baxılıb: 419
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz