Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adı Nəfəs idi
Adı Nəfəs idi
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 274
Səs ver:
Bir gün qərar verdi; nə olursa olsun, bu adanı tərk edib arzularının ardınca gedəcək. Ona əziyyət verən hər şeyi, hər kəsi geridə buraxacaq. Sonsuz okeana açılacaq, yeni dünya kəşf edəcək.
Adı Nəfəs idi. Sevmirdi adını. Sanki ömrü boyu arzu etdiyi havanı uda bilməyəcəyini hiss ediblərmiş kimi ona bu adı vermişdilər.
Çox uzun zaman sahildə oturub gözünü okeanın sonsuzluğuna dikib gəmi gözlədi. Gəlib keçənlər təhlükəli gəmilər idi, quldur gəmiləri idi… Amma bir gün nəhayət ki, güvənli bir gəmi göründü. Əllərini yuxarı qaldırıb tullanıb-düşməyə, - "Bura, bura!”, - deyərək qışqırmağa başladı. Gəmi lövbər saldı. Nəfəs ona tərəf qaçdı. Təkcə bir nəfər vardı gəmidə - sükanı idarə edən. O, sahilə endi.
- Salam. Adın nədir sənin? - dedi.
- Nəfəs. Sən kimsən?
- Adım Həyatdır. Mən azadlığımı qazanıb həyatımı xilas etməyə gedən, axmaq olmağa qərar verən biriyəm.
- Məni də apara bilərsən?
- Bəs sən necə, gedə biləcəksən?
- Bu dəfə mütləq gedəcəm, - dedi.
Nəfəs qərarlı idi. Bir az vaxt istəyib adaya tərəf qaçdı. Evinə gəldi. Vidalaşmaq istəyirdi. Hər tərəf ona həyatı boyu çəkdiyi sonsuz əziyyəti xatırladırdı. Divardakı şəklinə baxdı; gözlərini məchul nöqtəyə zilləyib bədbəxt ifadə ilə baxırdı…
Dərindən nəfəs aldı. Xurcununu götürdü, içini doldurdu. Həyətə düşdü. Çıxmaq istəyəndə ağaclar dilə gəldi:
- Bizi kim suvaracaq bəs?
- Yağış suları sizi sulayar.
- Axı bizə həmişə dupduru quyu suyu verdin, yağış suyu içməyə qoymadın.
Boğazı qurudu. Bir addım da atmışdı ki, sevimli pişiyi dilləndi:
- Məni kimi yedirəcək bəs?
- Bütün başqa heyvanlar kimi sən də yaşamaq uğrunda mübarizə aparacaqsan.
- Axı sən heç vaxt buna imkan vermədin. Özün ən ləzzətli yeməklərlə bəslədin məni. Bundan sonra nə edərəm mən?
Nəfəs gözlərini bərk-bərk yumdu. Boğazında qəhər düyünləndi. Sürətlə irəliləyib darvazadan çıxdı. Tozlu yolla qaçaraq sahilə tərəf getməyə başladı. Birdən arxadan səs eşitdi:
- Oğlum, məni hər gün sevimli dənizimə baxmağa kim aparacaq? Bilirsən, axı sən əlimdən tutmayanda yeriyə bilmirəm, arıqlayıb taqətdən düşmüşəm.
Sahilə çatanda ayaqlarını güclə sürüyürdü. Həyat onu gözləyirdi. Nəfəs güclə:
- Mən gedə bilməyəcəm dedi.
Həyat təəccüblənmədi, onun dodaqlarına Nəfəsin anlamadığı bir təbəssüm qonmuşdu. Həyat gəmiyə döndü. Gəmi tərpəndi. Nəfəs ümidsizcəsinə qışqırdı:
- Yenə gələcəksən?
- Sən indiyə kimi məni buralarda görmüşdün? Neçə il gözlədin məni?
Nəfəs tükənən səsi ilə:
- 35 il, - dedi. Bəs mən də sənin kimi azadlğımı qazanıb, həyatımı xilas etmək istəsəm, nə edəcəm?
- Mənim buralardan çətin ki, yolum düşsün. Amma sən bir gün həqiqətən həyatını dəyişmək istəsən, bir gün mütləq okeana açılacaqsan, inan mənə.
Həyat uzaqlaşdıqca Nəfəsin içində cəsarətin ilk toxumları cücərirdi... O, qurban deyildi...

Cəlalə Nəzəroğlu


Şərhlər:
Baxılıb: 274
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz