Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
14 saat
14 saat
Göndərən: Tomris Müslümova
Şərhlər: 8
Baxılıb: 339
Səs ver:
Mən səni eyni dayanacaqlarda gözlədim. Yağışda, qarda eyni dəqiqələrdə səni gözləyirdim. Mən necə təsəvvürlər etdim, səni yenidən görmək ümüdü ilə alışıb yandım. Gözlərində o dəfə ki, kimi itmək istəyirəm, sənə qarışıb saçlarını qoxlamaq istəyirəm…

Heç havanın vəziyyətinə fikir vermirdim. Çünki fərq etmirdi mənə, gecə və gündüz gözləyirdim səni. Arada acırdım, mağazaya girib bulka ilə qarnımı doydururdum. Bəzən düşünürdüm ki, zamanı geri qaytarmaq olsaydı yenidən səni bu dayanacaqda görərdim. Sevgi bilmədiyin anda gəlib səni tapır.

Heç gözləmədiyin vaxtda, məkanada fikir vermədən sənin qarşında dayanır. Onsuzda mən axtarmırdım sevgini, özü məni tapacaq ümüdü ilə gəzirdim küçələri. Elə təsadüfən bir qış axşamı tapdı məni. Çox gözəl görsənirdi. Əynində qara kurtka, boynunda qırmızı şərf və əlləri qırmızı əlcək ilə örtülmüşdü. Saçları çox gözəl idi. Səliqəli şəkildə arxaya daranmışdı. Möhtəşəm bir gülüşü ilə ovsunladı məni. Kaş gec gələrdi avtobus.

Lənət olsun, həmin an sözlərimi bir-bir geriyə udqunmağa məcbur oldum. Yarımçıq qaldım, yuxusuzluğuma səbəb oldun. Xəyallarım genişləndi, hər gecə səni bir film kimi izləyirəm beynimdə. Artıq uzun zamandır ki, həmin dayanacağa gedib gəlirəm. İyirmi dört saatın, on dört saatı səni gözləməyə həsr olunur. Ancaq yatmağa gedirəm evə, ya da ki, səni xəyallarımda izləməyə gedirəm. Səni dayanacaqda, qara kostyumum ilə hər dəfə gözləyirəm.

Gəlişin üçün çox darıxıram, inan ki, gəldiyi an səni qollarım ilə sarımaq istəyirəm. Bilirəm, məni sadəcə beş dəqiqəlik izlədin, amma o baxışlar məni on dört saatlıq gözləməyə vadar etdilər. Hərdən düşünürəm ki, görəsən səsin necədir. Lap elə sənin səssizliyin üçün darıxmışam. Adıvı öyrənə bilmədim. Eybi yox gəldiyin gün səni sevgi deyə çağıracam…

Yenə bu səhər çayımın içinə kədər qatırdım. Kədərli çayımı içdikdən sonra, dayanacağa yollanacaqdım. Səni səssiz gözləyirdim, ancaq gəlişivin səsli olmasını istəyirdim. Soyuq bir fəsil yaratdın mənim üçün, gecələr üşüyürəm. Beynimdə səninlə bağlı olan xəyallarım isidirdi məni. Bu gün günəş var, ağlayan buludlar yoxdur. Günəşdə qəribə görsənirdi mənə, amma sənin saçların külək ilə rəqs edəndə anladım ki, qəribə olan mənəm. Bu gün tez gəldin, çünki on dört saat hələ tamam olmamışdı. Sevgi deyə qışqırmaq istədim, ancaq öz səsimi eşitə bilmirdim. Əllərimi açıb, sənin yanıva qaçmaq istədim, amma ayaqlarım getmirdi. Qəribə bir səs eşitdim, burda yatmaq olmaz deyə polis oyandırdı məni. Gözlərim ilə səni axtardım, yuxu olmasın deyə öz-özümə pıçıldamağa başladım…

Bəzən düşünürəm ki, bəlkə də səssiz sevmək gözəldir. Amma sonra düşünürəm ki, axı mən ona toxunmaq istəyirəm. Hətta o ağlayanda yanında olub ovuclarım ilə göz yaşlarını toplamaq istəyi keçir içimdən. Saçlarını əllərim ilə daramaq, dizlərinin üzərində yataraq günəşi qarşılamaq istəyirəm. Yox ee yox mən ona toxunmalıyam, qollarım ilə onu sarıyıb, gözlərim ilə sevdiyimi ona deməliyəm. Kaş indi yanımda olardın, çünki bu gün mənim ad günümdür. Kasıb olsamda, dükandan balaca bir tort almağa pulum çatdı. Bax aşkım, bu şamı sənin üçün üfürürəm. Daynacaqda məndən başqa heç kim yoxdur. Nə olar qaçaraq gəl gözlərimi bağla. Bilirəm qəribədir xəyallarım, tanımayan bir insanın gözlərini necə bağlayacaqsan. Amma mən beş dəqiqəlik sənə baxmaqla, o gündən sonra, on dört saatımı səni gözləməyə ayırdım…

Bəlkə də təsadüf deyilən bir şey yoxdur, bəlkə də var nə bilim. Sevgi bəzən insanı yora bilər, hətta bəzən ağladıb, güldürə bilər. Mən hər şeyə hazır idim bu səhərdə. Bu gün sənə bir gül almaq içimdən keçdi. Bəlkə gələrsən dayanacağa, məni görərsən deyə bu dəfə gül dəstələri ilə səni dayanacaqda gözləməyə başladım. Zaman hər zaman axır, onu saxlamaq mümkün deyil. Qolumdaki saatın əqrəbləri sənin üçün işləyir. İlk gördüyüm andan bəri səni gözləyirəm gülüm. Niyə o gündən sonra gəlmirsən deyə öz-özüm ilə yenə də danışmağa başladım. Nənəm demişdi ki, sevirsənsə və o sevgini gözləməyə bacarırsansa o mütləq sənin yanıva gələcək. Nənəm haqqlı idi. Başımı aşağı əyərək oturaqlı vəziyyətdə şalvarımı təmizləyirdim. Niyə sən belə tərssən, mən yola baxdığım zaman görsənmirsən. Yaxşı ki, başımı tez qaldırdım və səni avtobusa minərkən görə bildim. Bu dəfə səni itirə bilməzdim. Güllərivi əlimdə bərk-bərk saxlayaraq sənin dalınca qaçdım. Yetişəcəm sənə sevgi deyə qışqırmağa başladım. Yəqin ki, sürücü anladı məni və insafa gəlib avtobusu saxladı. İçəri daxil olan kimi, gözlərim səni axtardı. Təngə nəfəs olmuşdum, ancaq bu gülləri sənə vermək üçün nəfəsimi tükətməyə belə hazır idim. Necə də gözəl gülürsən, bilmirəm gülləri bəyəndin yoxsa məni. İnan ki, ilk dəfədir tanımadığım bir qadına gül verirəm. Gülümsə hər zaman, məndə çox xoşbəxtəm, aylarımı on dört saatlıq sənə həsr etdim. Bilirsən heç çəkinmədim sənə yaxınlaşdığım zaman. Utanmadan adımı özüm dedim sənə, sənin adıvı soruşa bilmədim. Çünki sən gülürdün, məndə sənin gülüşüvə həvəslə baxaraq suallarımı unutdum. Eybi yoxdur, adıvı zamanla bilərəm. İndi mən yalnız sənin gülüşüvü izləmək istəyirəm…

Sevgi qayğıdır, saatıvı onun üçün ayırmaqdır. İndi əmin oldum ki, saatlarım boş-boşuna keçmədi. Çünki sən mənə qayğı göstərərək, saatlarımı qaytardın…


Şərhlər: 8
Baxılıb: 339
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Çox gözəl hekayədir, sevən kəs bezmədən sevgisinin arxasınca gedər.
10 mart 2016 09:00
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Şəbnəm Vüsal
Heyat təsadüfleri sevir.maraqli vr duwundurucu hekayədi
10 mart 2016 00:54
# 7
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
vipbetul
maraqli hekayedi bir insan gelegeyse hec vaxt senin isdediyin vaxtda gelmeyegey
10 mart 2016 00:16
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
RuZa
Tesekkurler deyerlidi menalidi.
9 mart 2016 22:51
# 5
Keske her kesin acimasiz oldugunu evvelceden anlaya bile insan..

Necə də qəribədir məni qırdığın yerdə hələdə səni saxlamam....
heyatim_menim
insanin heyatinda basina gelen en gozel hadiseler hec gozlenilmeden geleri.ve bu hadiselerin coxu onu dunyanin en xosbext insani edir.sevgide bucurdur.sevgide hec vaxt gelirem ve ya gedirem demir sadece goznenilmeden insanin heyatinda peyda olur:))cox gozel hekayedir.tesekkur.
9 mart 2016 21:56
# 4
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
lale.veliyeva19
maraqlı hekayədir bəyəndim
9 mart 2016 19:13
# 3
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Azəri_Ledi
maraglı hekayədir

maraglı hekayədir
9 mart 2016 19:02
# 2
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
BARBI
Sevgi emekdir sevgi gozlemekdir. Cox gozel hekayedir. Seven insan ne qederde gozleyermis
9 mart 2016 18:40
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz