Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zamanın qocalda bilmədiyi eşq sultanı
Zamanın qocalda bilmədiyi eşq sultanı
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 464
Səs ver:
Kamil insan ney kimidir. Qupquru qurumuş, sinəsi qızmar şişlə dəlik-dəlik açılmış qamışdan düzəlmiş ney onu üfürənin istədiyi səsi çıxardığı kimi, kamil insan da onu yaradanın istəyindən özgə bir səs çixarmaz. (Mövlana)
Bu gün Konyada sevgi bayramı var, coşqu var, şölən var. Könlünü Haqqa vermiş, Allahına aşiq olmuş gözəl bəndələrin ölümü dərd deyil, vüsaldır. Əsrlərdən bəri könüllərdə taxt qurmuş Mövlana Cəlaləddin Ruminin, sadəcə Mövlananın vüsal günüdür bu gün. Açın klassik ədəbiyyatımıza baxın, amma elə-belə, başdangetdi baxmayın, könül gözüylə baxın. Bütün əsərlərdə cəmi üç obraz görəcəksiniz: Can, Canan, əğyar. Can dediyin müəllif özüdür; Canan bizi yaradan uca Mövlamızdır ki, Özünü bir quluna sevdirməsi əslində o quluna ən böyük lütfüdür, mərhəmətidir.
İki sevgi var, biri dünyada başlayıb, dünyada tamamlanan, yəni fani sevgi; digəri isə dinyada başlayıb axirət yolçuluğunda belə insandan ayrılmayan sevgi, yəni baqi sevgi, ölməz sevgi. Allahı sevmək bəndə üçün ən böyük səadətdir. Çünki axirətdə hər kəs öz sevdikləri ilə birlikdə olacaq. Əgər sən Allahı sevirsənsə, bu sevginin vüsalı elə öz bətnində, öz ruhundadır. Dünyaya aid bir şeyi, bir kəsi sevirsənsə, o sevdiyinə doğru yol getməlisən, yox əgər Allahı və Onun Rəsulunu sevirsənsə, vüsal o sevginin içində gizlidir. O sevgiyə ucalanlar danışmazlar, yaşadıqlarını insandan gizli tutarlar.
Əğyar dediyinsə dünya və dünyaya aid fani olan hər şeyin ümumi adıdır. Klassik ədəbiyyatda buna masiva da deyilir, yəni insanla Allah arasına girən, əngəl olan hər cür göz aldadan sevgi.
Bəşər tarixində elə böyük zəkalar, parlaq şəxsiyyətlər var ki, yazdıqları, söylədikləri heç zaman köhnəlmir, dəyərini itirmir. Elə bil ki, ötüb keçən, keçdikcə də hər kəsi qocaldan zaman bu cür nadir insanlara toxunmur, onları gələcək nəsillərdən uzaqlaşdırmır, ayırmır.
Belə parlaq şəxsiyyətlərdən biri, heç şübhəsiz, şərqin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Rumidir. XIII əsrdə yaşamış bu böyük fikir adamının əsərləri İslam dünyasında ən çox oxunan əsərlər arasında yer tutmuşdur. 700 ildən artıq bir dövr ərzində bütün məktəb və mədrəsələrdə Mövlananın əsərləri tədris edilmişdir. "Məsnəvi", "Divani-kəbir" (böyük divan), "Yeddi məclis", "Məktubat" əsərləri dünya ədəbiyyatının inciləri sırasında yer almaqdadır. Bugünkü Əfqanıstan ərazisindəki Bəlx şəhərində doğulan, amma həyatının ən parlaq dövrünü Anadoludakı Konya şəhərində yaşayan Mövlana əsərlərini o dövrün ənənələrinə uyğun olaraq fars dilində yazmışdır. Mövlana düşüncəsinin mərkəzində Allahın yaratdıqlarını sevmək, həm də Allahın rəğbətini, razılığını qazanmaq üçün sevmək (yaradılanı Yaradandan ötrü sevmək) prinsipi durur. İnsanlar onu sevgi ümmanı adlandırmış, sevməyi ondan öyrənmişlər. Onun əsərləri, xüsusilə də "Məsnəvi" çox ibrətli, insana gerçəyi anladan misallarla doludur.
Mövlana insanlara çox şey öyrətmişdir. Həm də onu öyrətmişdir ki, insan həyatını düzgün yaşaya bilsə, ölüm onun üçün toy-bayrama çevrilər. O, bunu öz həyatı ilə sübut etmişdir. Belə ki, ölüm yatağında olarkən ailə üzvləri kədərlənib ağladığı halda, Mövlana özü fərəhlə "Allaha qovuşuram. Rəsulullaha qovuşuram" söyləmişdir. Ona görə də hər il Mövlananın ölüm günündə, yəni dekabrın 17-də dünyanın müxtəlif yerlərindən Konya şəhərinə toplaşan minlərlə insan bu böyük şəxsiyyətin anma mərasiminə, "Şəbi-Ərus", yəni vüsal gecəsi məclisinə qatılır.


Şərhlər:
Baxılıb: 464
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz